Edebiyyat.az » Poeziya » Hadaa Sendoo (Müasir Monqolustan ədəbiyyatı)

Hadaa Sendoo (Müasir Monqolustan ədəbiyyatı)

Hadaa Sendoo (Müasir Monqolustan ədəbiyyatı)
Poeziya
admin
Müəllif:
09:45, 24 aprel 2025
364
0
Hadaa Sendoo (Müasir Monqolustan ədəbiyyatı)



At və şeir


Fəxr edirəm ki, yaxşı şeirim var

Yaxşı şeir yaxşı at kimidir

Gözlərində dərin məna, səmimi. 


Bəlkə də bu sonuncu şeirimlə

Səyahət edəcəyəm hər yerə

Bütün dünyanı gəzəcəyəm. 


Məktub


Ah, əzizim

Xahiş edirəm  məni bağışlsayasan

Müharibənin alovlarının 

Çoxdan yandırdığı məktubu vermədiyim üçün

Üst-başım toz-torpaqla və yarpaqlarla örtülüb

Cibimdə  nə bir vərəq kağız 

Nə də bir qələm var. 

Çünki səndən ötrü 

Köynəyimi də soyunmuşam. 


Ah, əzizim

Yaşıl otlar saralıb xəzəl olub

Soyuq meh əsir

Yəhərin  üstünə ay işığı düşür.

Bu məktubu oxuyanda kövrəlmə

Qan axan barmaqlarımla 

Bu məktubu bitirirəm indi. 



Kök


Mən sağam, 

çayların mənbəyini görə bilirəm. 

Otun kökünü

Səmanın buludlarını

Qayaların dibini

Poeziyanın kökünü görə bilirəm. 



Mən bu dünyadan köçəndə

Poeziyanın kökünü xəyal edəcəyəm.

Diblərin qayalarını

Buludun səmasını

Kökün otunu

Mənbələrin  çaylarını.


Translator Sevil Gültən

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)