Edebiyyat.az » Poeziya » Fərid Muradzadədən şeir

Fərid Muradzadədən şeir

Fərid Muradzadədən şeir
Poeziya
admin
Müəllif:
13:33, 08 iyun 2025
0
0
Fərid Muradzadədən şeir



Nə mütləqəm, nə faniyəm


Zərrəm surəti-rəsmdə, 

Savabam, günaham, lələ! 

İnsanam, son nəfəsimdə 

"Eh"əm lələ "ax"am lələ! 


Korun-korun yanan odam, 

İnsanlar içində adam, 

Adamlar içində adam* (ad) 

İşığam, çırağam,lələ! 


Tozlar, zərrələr yoldaşım, 

Çəmənlər, otlar sirdaşım, 

Çiçəklər bacım, qardaşım, 

Ağaca yarpağam, lələ! 


Nə acizəm, nə adiyəm, 

Nə mütləqəm, nə faniyəm, 

Dünya adlı bir faniyə, 

Mehmanam, qonağam, lələ! 


02.06.2025

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)