Edebiyyat.az » Poeziya » Vaqif Bayatlı Odər - Hamıdan çox sevəcəyəm

Vaqif Bayatlı Odər - Hamıdan çox sevəcəyəm

Vaqif Bayatlı Odər - Hamıdan çox sevəcəyəm
Poeziya
nemət
Müəllif:
16:28, 07 fevral 2019
6 268
0
Vaqif Bayatlı Odər - Hamıdan çox sevəcəyəm
Dünyanın ən güclü adamı
ola da bilmərəm,
olmaq da istəmirəm.
İstəmirəm bir kimsə
mənimlə qorxuda uşağını.

Dünyanın ən varlı adamı
ola da bilmərəm,
olmaq da istəmirəm,
rahat yatmaq istəyirəm gecələr.

Mən səni, mən səni
dünyada hamıdan çox
sevə də bilmərəm,
sevmək də istəmirəm,
çünki
bütün yalandan sevənlər
hamıdan çox sevirlər.

Mən səni sakitcə,
yavaşca sevmək istəyirəm,
Tanrıdan yazılantək.
Bir balaca quş
öz balaca yuvasının
küncünə qısılantək.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)