Edebiyyat.az » Poeziya » Günel Rəcəb - Darıxmağın rəngi

Günel Rəcəb - Darıxmağın rəngi

Günel Rəcəb - Darıxmağın rəngi
Poeziya
nemət
Müəllif:
16:20, 21 fevral 2019
2 228
0
Günel Rəcəb - Darıxmağın rəngi




Sənə həsrət pəncərəmdən
Boylanıram həsrətinlə.
Toxunuram sənsizliyin
Şəffaf soyuqluğuna.
Qondururam pəncərəmə
Bədənimdə donub qalmış
Dodağımda yuva salmış
Darıxmağın al-qırmızı rəngini.
Darıxıram bulud kimi
Göydən yağan ağ qar kimi.
Dənə-dənə yağıram
Bu şəhərin canına.
Daşa dönmüş qəlbinin
Min çalarlı bozu kimi
Bu şəhərin yolları
Gətirmədi səni mənə.
Darıxıram yollar kimi
Bu şəhəri sevmirəm.
Bu şəhərin yolları
Gətirmədi səni mənə.
Darıxıram bir köynəyin
Dəniz mavisi qədər.
Sahilinə can atan
Çılğın dalğalar qədər.
Fəsillər dəyişmir
Sən gedən gündən
Soyuq qış fəslinə
Qayıdıram mən.
Darıxıram günəş kimi
Darıxıram, isit məni.
Gülüşümün rəngini
Geri gətir, sevgilim.
Yığıb bütün rəngləri
Şəhərimə gəl, sevgilim...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)