Haynrix Böll - Vida
Proza
Haynrix Böll - Vida
İnsanın çoxdan vidalaşmış olduğu, amma qatar hərəkət etmədiyi üçün ayrıla bilmədiyi o bərbad ruh halındaydıq. Gözləmə salonu bütün stansiyalarda olduğu kimi, çirkli idi və yel çəkirdi, isti buxar və səs-küy içindəydi; insan və vaqonların səsi.
Şarlotta uzun qatar dəhlizindəki pəncərənin başında durmuşdu: bəziləri davamlı olaraq arxadan onu kənara itələyir və lənət oxuyurdu, ancaq bu son dəqiqələrdə, birlikdə yaşamağımızın bu ən dəyərli son dəqiqələrində izdiham dolu şöbədə bir-birimizi işarə ilə anlaya bilmirdik.
— Çox zərifcəsinə, — üçüncü dəfə dedi, — mənə gəlməyiniz, həqiqətən, çox zərifcəsinədir…
— Rica edirəm, bir-birimizi tanımadığımız o qədər ildən sonra, əlbəttə, on beş il.
— Bəli, bəli, artıq otuz ildir, amma yenə də olsun…
— Önəmli deyil, rica edirəm. Bəli, artıq otuzuncu ilimizdəyik. Rus dövrünün yaşında…
— Pisliyin və aclığın yaşında!
— Savaşın....savaşın yaşındayıq!
— Hələ çox gəncik.
— Haqlısan. Dəhşət gəncik, — Şarlotta güldü.
— Nəsə dedin? — əsəbi halda soruşdu, çünki arxadan bir ağır zərbə almışdı.
— Xeyr, ayağımdır.
— Ayağına sahib olmalısan.
— Haqlısan, həddindən artıq çox danışır…
— Hələ də dura bilirsən orada?
— Bəli… — əslində, onu sevdiyimi söyləmək istəyirdim, bu on beş ildən bəri yenə olmadı…
— Bəli?
-Heç nə… İsveç, demək İsveçə gedirsən?
— Bəli, bir az utanıram… əslində, artıq bunlar həyatımızın bir parçasıdır, çirkinlik, iyrənclik, cır-cındır və zibil… və bir azca utanıram. Özümü qorxunc görürəm.
— Boş-boş danışma, sənin yerin oradır. İsveçə getdiyin üçün sevin!
— Bəzən sevinirəm, bilirsən, yeməkləri çox gözəl və heç bir şey yerli-yersiz deyil. O, məktublarında hər şeydən heyranlıqla yazır...
Qatarların hərəkət etmə cədvəlinin anonsunu elan edən səs indi bir platforma yaxınımıza gəlmişdi, qorxdum, amma hələ bizim platforma deyildi. Səs, sadəcə, Roterdamdan Baselə gedən bir ölkələrarası qatarın anonsuydu və mən Şarlottanın kiçik, zərif üzünə baxarkən, yaxşı bir sabunun və qəhvənin qoxusu ağlıma gəldi; özümü dəhşət bədbəxt hiss etdim. Bir an içində bu çəlimsiz qadını yanıma almaq və burda saxlamaq üçün içimdə ümidsiz bir istək duydum, o, mənə aid idi, mən onu sevirdim...
— Nə oldu ?
— Heç bir şey,- dedim,
— İsveçə getdiyin üçün sevinməlisən.
— Bəli, səncə sonsuz bir enerjiyə sahib deyilmi? Üç il Rusiyada əsirlik, macəralı bir qaçış və indi Rubens üzrə oxuyur. — Əla, həqiqətən çox əla! — Sən də bir şeylər etməlisən, doktoraturanı oxu, heç olmasa.
— Yum ağzını!
— Nə dedin? — deyə təəccüb içində soruşdu,
— Nə dedin? — üzü ağappaq olmuşdu.
— Bağışlayasan, — deyə pıçıldadım,
— Ayağım… bəzən onunla söhbətləşirəm. Şarlotta bir Rubens kimi durmurdu, daha çox Picassonu xatırladırdı və özümə insanın nəyə görə onunla evlənmək istəyəcəyini soruşurdum, gözəl də deyildi və mən onu sevirdim.
Platforma boşalmışdı, hər kəs yerindəydi, ortalıqda, sadəcə, vidalaşan bir-iki nəfər var idi. Səs hər an qatarın çıxışını elan edə bilərdi. Hər an son an ola bilərdi. — Nəsə bir şey etməlisən, hər hansı bir şey, belə olmaz.
— Olmaz, — dedim.
Bir Rubensin tam əksinəydi: incə, uzun ayaqlı, əsəbi və Rus Dövrünün yaşındaydı, Avropadakı aclığın, pisliyin və savaşın yaşındaydı.
— Heç cür inana bilmirəm… İsveç… Bir xəyal kimi… — Onsuz da hər şey bir xəyaldır.
— Elə deyirsən?
— Təbii. On beş il. Otuz il… və yenə otuz il. Nəyə görə doktoranturanı oxuyum? Səssiz ol, lənət olsun! — Ayağınla danışırsan?
— Bəli.
— Nə deyir elə?
— Dinlə.
Heç səs çıxartmadan durub bir-birimizə baxdıq, gülümsədik və tək kəlmə danışmadan bir-birimizlə danışdıq.
Mənə gülümsədi:
-Nə dediyini anlayırsan indi, hər şey qaydasındadı?
— Bəli, bəli.
— Həqiqətən?
— Bəli, bəli.
— Görürsən? — deyə yavaş səslə davam etdi,
— Heç də elə deyil, bütün bunlar və bərabər olmaq. Heç də elə deyil! Düzdür? Qatarların çıxışını elan edən səs indi tamamilə yaxınlığımdaydı, rəsmi və axıcı. Mən sanki platformanın üzərində böyük, boz rəngli bir mövqedə qamçı dəyirmiş kimi diksindim.
— Salamat qal!
— Salamat qal! Qatar ağır-ağır hərəkət edərək geniş və tutqun qaranlıqda uzaqlaşdı…
Tərcümə: İlahə Eldarqızı
Mənbə: Kayzen.az
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Uells Tauer - Gözdəki qapı
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ