Edebiyyat.az » Proza » Nemət Mətin - Vicdanın oyanışı

Nemət Mətin - Vicdanın oyanışı

Nemət Mətin - Vicdanın oyanışı
Proza
admin
Müəllif:
20:45, 23 iyul 2020
1 776
0
Nemət Mətin - Vicdanın oyanışı




Neçə vaxtdır yaddaşımın sınıq-salxaq küncündə ilişib qalan bir hadisə haqqında danışacağam. Adi günlərin birində elektrik mişarlarının səsi aləmə yayıldı. Baş-qulağımın getməyi cəhənnəm, ağaclar tələf olurdu. Təbiət onları bağışlamayacaqdı. Bir kamaz daş gələndə də nə tikiləcəyini bilmirdik. Nəhayət düz iyirmi beş gündən sonra obyekt hazır oldu. Geyim mağazası olacaqdı. Üstündən asılmış reklam kağızındakı geyim şəkilləri və "ucuzluq" sözü buna işarə idi. Avqustun yeddisi mağaza açıldı. Pəəəh, Ucuzluq mağazası at oynatmağa başladı. Qəsəbədə ilk geyim dükanı idi. Üstəlik yiyəsini hamı tanıyırdı. Bir müddət belə davam etdi. Biznesmen pula pul demirdi. Gəlib şirinlik istəyənləri də ələ almışdı. Rəislərlə danışıb ara düzəltmişdi. Nə dəyən var idi, nə də dolaşan. 
 Bir gün mağaza ilə üzbəüz yolda yeni tikili ucalmağa başladı. Nə az, nə çox. İki mərtəbə mağaza olacaqdı. Paho. Qəsəbədə yeganə geyim dükanın sahibi Kərimin rəqibi peyda olmuşdu. Doğma əmisi idi. Kərimə bir söz demədən iki mərtəbəli mağaza tikib başa çıxmışdı. Özü ortalıqda görünmürdü. Yalnız mağaza hazır olandan sonra Ağanazim Kərimin obyekti ilə üzbəüz iki mərtəbəli mağazasının açılışını etdi. Cürbəcür parça növlərindən tikilmiş, müxtəlif ölkələrdən gətirlimiş geyimlər göz oxşayırdı. Kərimin mallarından bir manat ucuz satırdı Ağanazim. Mağazanın adı da "Ən ucuz geyimlər" olacaqdı. Rəqabət başladı nə başladı. Az qala top-tüfəng gətirib savaşacaqdılar. Kərim əmisi ilə münasibəti tam kəsdi. Hər dəfə yolda onu görəndə mısmırığını salladı, yolunu dəyişdi. Xoşagəlməz mənzərə idi. Amma deyəsən biznesdə qohumluq yaramır. 
 Kərim mağazanın adının aşağısına "30 faiz endirimə köynəklər" yazdırdı. Ağanazim buna cavab olaraq "Su qiymətinə köynək-şalvar" yazısını artırdı. Kərim də cavabsız qalmadı. Mağazaya geyimdən başqa aksesuar və digər mallar doldurdu. Ağanazim də az quşun yuvası deyildi. O, nəinki mağazaya yeni mallar gətirdi. Hətta onları aylığa bölüb satırdı. Təkcə şəxsiyyətin çıxarılmış üzünü tələb edirdi. Camaat da kasıb. Gələn Ağanazimin mağazasına üz tuturdu. Yüz manatlıq qab-qacaq alaraq beş aya ödəyirdi. Pul gözə görünmürdü. Faizi də yox idi.
 Kərim üç gün yata bilmədi. Müflis olmaq istəmirdi. Əmisinə qarşı fırıldaq plan hazırlamaq qərarına gəlsə də ağlına bir şey gəlmirdi. Səhər yatmamaqdan üz-gözü şişmiş Kərim mağazasına yollandı. Mağazanın qarşısında dayananda pəncərənin şüşəsindən gözünə kvadrat ağ nəsə sataşdı. Fırlanıb baxanda Ağanazimin mağazasının pəncərəsində qara rənglə nəsə yazılmış ağ kağız yapışdırıldığını gördü. Tez gəldiyindən küçədə gözə adam dəymirdi. Xəlvət yaxınlaşıb baxanda elan olduğunu gördü. Xanım işçi tələb olunur. "Tutdum səni, həci" deyib əlavə etdi: 
 <<Qardaşın oğlu başına oyun açsın, sən də bax!>>
 Kərim çoxdan görüşdüyü Lyuba xanıma zəng vurdu. Lyubanın qadınlıq hisləri özünü büruzə verəndən Kərim onu yaxalamışdı. Ac pələng şikarına aman vermədiyi kimi, düz xirtdəyindən yapışmışdı. Qır-qızıl, ətirlər, bahalı restoranlar görən Lyuba Kərimə aşiq olmuşdu. O gün, bu gündür Kərim Lyubanı saxlayır. Kərim onunla heç vaxt evlənə bilməzdi. Anası müsəlman qadın axtarırdı onunçun. Anasının kövrək ürəyini qıra bilməzdi. Taleyi ilə barışaraq hələlik Lyuba ilə gizlin həyat yaşamaqdan başqa əlindən heç nə gəlmirdi. Gözəllik abidəsi olan Lyuba ilk baxışdan kişiləri, oğlanları dəli edirdi. Sarıtəhər parıldayan dəri, ala gözlər, şişman dodaqlar, sütül bədən, incə yeriş onu baxımlı edirdi. Kərim şikarından razı idi. İlk əvvəl ona bağlanmışdı. İllər keçdikcə Lyuba kimi gözəl qadından da soyumuşdu. İndi ondan istifadə etmək zamanı idi. Kərim Lyuba ilə görüş təyin etdi. Ən şık geyimini geyinib Lyuba ilə görüşə tələsdi. Yolda ona gül almağı da unutmadı. Nə olsun ki, xeyli vaxtdır görüşürlər. Qadın hər gün yenidən eyni adamı sevməyi bacaran canlıdır. Kərim bunu bilirdi. Təcrübəsi az deyildi. Odur ki, ideal atmosfer yaradan Kərim sözə başladı:
-Sən bu gözəl güllərdən və hədiyyədən artığına layiqsən Lyuba. Sən gözəl qadınsan. Səninlə bir iş qurmaq istəyirəm."
 -Çox sağ ol əzizim. Nə işi?
- Mağazamla üzbəüz mağazanı alıb sənə vermək istəyirəm. Sən işlə, mağazanı böyüt, inkişaf elətdir. Qara işlər mənlikdir.
-Axı, o mağaza əminindir.
-Bilirəm. Bu problemi həll edərik. Ona işçi lazımdır. Sənin kimi gözəl qadın.
 Xırdalıqları danışdılar. Lyuba razı olmuşdu. Görünür Kərimə inanırdı. Tezliklə Lyuba mağazaya işə düzəlir. Ağanazimi də ələ alır. Nə deyirdisə, Ağanazim alırdı. Aralarında münasibət yarandı. Ağa zibilə düşdü. Qadına canı-könüldən bağlandı. O gündən işləri gətirmirdi. Məqsədinə nail olan qadın kişini uzaqlaşdırmaq üçün məqam gəzirdi. Elə də oldu. Ağanazim sənəd üzərindən hər şeyi onun adına keçirdi və qapı arxasında qaldı. Kərimin sevincinin həddi-hüdudu yox idi. 

 *

Müharibə başlanmışdı. İnsanlar olduğundan da kasıb vəziyyətə düşmüşdülər. Analar oğullarının yolunu gözləməkdən şam kimi əriyirdilər. Mağazadan nəsə almağa pulları yetmirdi. Üstəlik oğurluq da artmışdı. Kərim müharibəyə getmədi. Ağanazim isə getdi. Tezliklə Ağanazimin döyüşdə göstərdiyi qəhrəmanlıq xəbərləri qəsəbəyə yayıldı. Kərim əmisinə qarşı etdiyi fırıldaqlardan utandı. Özünə yer tapa bilmirdi. Vicdanı oyanmışdı. Günahlarını yumaq üçün əsgərlərə yardım payı göndərdi. Pulunu balta kəsməyən Kərim mağazanın birini sataraq əsgərlərə silah-sursat aldı. Bir gözündə problem olduğu üçün döyüşə aparmamışdılar. Özü də bir o qədər can yandırmırdı. Arxa cəbhədə döyüşməkdən boyun qaçırmadı. Gəlirləri azalsa da əsgərlərə yardım göndərirdi. 
 Bir gün qara məktub düz mağazasına gəldi. Kərim vəziyyətdən agah olub xeyli ağladı. Əmisi canını torpağa tapşırmışdı. Bir düşmən postunu ələ keçirərkən qəhrəmancasına döyüşmüş və şəhid olmuşdu. Kərim o gündən özünə yer tapa bilmirdi. Gecələr yatmırdı. Gündüzlər isə yemək boğazından keçmirdi. Nəyahət özü üçün ən ali qərarı verdi. Bütün biznesini sataraq əsgərləri xaricə təlim keçməyə göndərdi. 

*

 Dünən Kərimi gördüm. İllər keçib. Qocalıb, üz-gözünü saqqal basıb, ayaqları yerimir. Əvvəl sahibi olduğu obyektin qarşısında dilənirdi. Bir manat pulu toz basmış papağına qoyanda gözlərinə baxdım. Yol çəkirdi gözləri. Evə getmədim. Tində dayanıb onu güddüm. Axşamçağı ayağa durub köhnə daxmasına tərəf gedəndə Əmisinin adı verilmiş məktəbə baxıb gülümsədi. Sonra dərindən bir ah çəkərək ağladı...
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)