Edebiyyat.az » Proza » Müasir ədəbiyyatın sərhədində: Ceyms Coys

Müasir ədəbiyyatın sərhədində: Ceyms Coys

Müasir ədəbiyyatın sərhədində: Ceyms Coys
Proza
Necef Esgerzade
Müəllif:
18:00, 29 mart 2019
2 037
0
Ədəbiyyata modernizm axının, 19-cı yüzilin ortalarından etibarən Renessans dövrünün meydana gətirdiklərindən romantizm, realizm, natüralizm kimi axınlara reaksiya olaraq ortaya çıxdığını bilirik. Yəni modernizm sənayə dövrünə olan reaksiyanın reaksiyasıdır. Romantizm ilə birlikdə ortaya çıxan fərdiyyəçilik, hisslərə verilən əhəmiyyət, doqmalardan qurtulma səyi modernizm ilə birlikdə bir addım daha irəliyə getmişdir. Modernizmi ortaya çıxaran ən vacib düşüncə tez-tez rastlanmayan hadisələr ardıcıllığından meydana gələn macəra romanları yerinə “ yeni bir şeylər etmək” düşüncəsidir. Modernizm ilə birgə o zaman qədər yazıya köçürülməsi düşünülməmiş hadisələr, daha vacibi fərqli mövzular, üslublar, nəql edilmə növləri ortaya çıxmışdır. Fərqli bir ədəbiyyat əsərləri yazan yazıçı soruşurduqda ağla gələn ilk adların əvvəlində təbii ki,
Ədəbiyyata modernizm axının, 19-cı yüzilin ortalarından etibarən Renessans dövrünün meydana gətirdiklərindən romantizm, realizm, natüralizm kimi axınlara reaksiya olaraq ortaya çıxdığını bilirik. Yəni modernizm sənayə dövrünə olan reaksiyanın reaksiyasıdır. Romantizm ilə birlikdə ortaya çıxan fərdiyyəçilik, hisslərə verilən əhəmiyyət, doqmalardan qurtulma səyi modernizm ilə birlikdə bir addım daha irəliyə getmişdir. Modernizmi ortaya çıxaran ən vacib düşüncə tez-tez rastlanmayan hadisələr ardıcıllığından meydana gələn macəra romanları yerinə “ yeni bir şeylər etmək” düşüncəsidir. Modernizm ilə birgə o zaman qədər yazıya köçürülməsi düşünülməmiş hadisələr, daha vacibi fərqli mövzular, üslublar, nəql edilmə növləri ortaya çıxmışdır. Fərqli bir ədəbiyyat əsərləri yazan yazıçı soruşurduqda ağla gələn ilk adların əvvəlində təbii ki, Ceyms Coys vardır.                         

Ceyms Coysu ilham aldığı modernist yazıçılardan ayıran ən əhəmiyyətli xüsusiyyət, sahib olduğu bədii bacarıqları sonuna qədər istifadə etməsidir. Ədəbiyyatı bir torbaya oxşadarsaq, diğər modernist yazıçılar torbanı davam gətirə bildiyincə nazikləşdirmişsə, Ceyms Coys torbanı sözün əsl mənasında deşmiş və deşilmiş torbanın nəyə oxşadığını analiz etmişdir. Və baxıb görmüşdür ki, sərhədlərindən aşmış bir ədəbiyyat zənn edildiyi kimi pis bir şey deyil də, tam tərsinə sənəti daha da irəliyə daşıyacaq xətdir.                                                                                                                                              

 Coysun ən çox hörmət edilən cəhətlərindən biri istifadə etdiyi üslubudur. Şair tərəfi də olduğu üçün Coys ingilis dilinə çox hakimdir və cümlədə sözləri necə seçəcəyini bilir. Onun sözləri cümlələri gərər, yazıda olandan daha çoxunu anlatmağı bacarar. Onlarca səhifə tutan hekayəni bir səhifəyə “sıxışdırılmış” olaraq toplayar. Buna görə də onun əsərləri ağırdır və oxumaq vaxt alar. Bu üslubdan ilk dəfə “Sənətçinin Bir Gənc Olaraq Portreti” adlı kitabında istifadə etmişdir. Eyni zamanda bu kitab bizə Coysun sənət və estetika haqqında düşüncələrini açıq şəkildə göstərir, şah əsərləri haqqında məlumat verir və öz şüur axını texnikasını necə inkişaf etdirdiyini nümayiş etdirir.              
Dublinlilər adlı hekayə kitabı (eyni zamanda nəşr etdirdiyi ilk kitabı) bizə Coysun nə etmək istədiyini tam olaraq göstərir. Dublinlilər, Dublində yaşanan, hər kəsin bildiyi adi insanların monoton gündəlik işlərini nəql edən sadə hekayələrdən ibarətdir. Adi sözü çox əhəmiyyətlidir, çünki Coysa görə gündəlik həyat içərisində etdiyimiz hər bir hərəkət estetik cəhətdən gözəldir. O özündən əvvəlkilər kimi dastanlara xas hekayələri, normal halda olmayacaq hadisələri danışmaq istəməz. Onun yerinə insanları, doğru tərəfdən baxılarsa gündəlik həyatın nə qədər dastanvari olduğuna razı salar. Bu gün onu hələ də bu qədər tez-tez yada salmağımız onu sübut edir ki, o bu şeyi bacarmışdı.             
Coysun bu anlayışı bizi şah əsəri sayılan Uillis əsərinə gətirib çıxarır. Çünki Uillis də gündəlik həyata edilmiş bir gözəlləmədir. Belə ki, səkkiz yüz səhifəyə yaxın kitab sadəcə bir gündə olan hadisələri nəql edir. Yazıçı Uillis əsərini yazarkən Homerin məşhur İliada adlı dastanından ilham almışdır. Fəqət buradakı obrazlar müharibə qəhrəmanları, mifoloji varlıqlar deyil də, adi insanlardır. Əsərdə baş vermiş hadisələr müharibələrlə, qovuşamayan aşklarla və inqilablarla bağlı deyil, qatarın gedişini izləməklə, qəhvə içməklə, küçələrdə gəzib insanlarla söhbət etməkdir ibarətdir. Coys sadəcə bu şəkildə bir yenilik yaratmamışdır. Uillis romanını yazılmış ən yaxşı romanlardan biri edən bir diğər xüsusiyyət isə müasir həyatımızda tez-tez adı çəkilən şüur axını texnikasıdır. (Tristram Shandy kimi bir neçə kitab xaricində). O zamana qədər romanlarda obrazların düşüncələri müəyyən edilən bir məntiq ardıcıllığı və nizam içərisində mətnə köçürülürdü. Coys bütövlüklə həmin bu fikrə qarşı çıxdı. Ona görə ki, insanın ağlından keçən düşüncələr bir məntiq ardıcıllığı içərisində ola bilməz, bütövlük göstərə bilməz, bu cəhətdən mətndə də bu şəkildə olmamalıdır. Necə ki kitabın əsas obrazını tez-tez onlarca düşüncə içərisində olarkən görürük. O paraqraflar onun ağlından keçdiyi kimi, yarım, nizamsız, əlaqəsizdir. Coys sadəcə öz istəyinə uyğun olaraq real hadisələri danışır.                                    

 Daha əvvəl edilməmişi etmək fikri Coysun əsərində istifadə etdiyi dilə təsir edir. Uillis bir üst paraqrafda söylədiklərimin yanında içərisində ehtiva etdiyi söz oyunlarıyla da müasir ədəbiyyatın ən yetkin örnəklərindən birini əmələ gətirir. Bəli, Uillis romanının postmodern bir roman olduğunu söyləyənlərin əksinə, modernizmi belə lazım olduğu qədər gərməsinə rəğmən Uillis romanı ədəbi cərəyan olaraq modern bir romandır.                                                                                                                                   
Əgər Uillis romanı modernizm uçurumunun ən kənarında gəzirdirsə, yazıçının son əsəri Finnegan’s Wake( türk dilinə Finneganın Vahı və Finnegan oyanması adı altında iki şəkildə tərcümə edilmişdir) uçurumdan aşağıya tullanmaq mənasına gəlməkdədir. Çünki bu roman Coysun ədəbiyyat anlayışının son mərhələsini təmsil edir. Finnegan’s Wake romanı gerçəkliyin yuxulara qarışdığı, zaman və məkanın məhv olduğu, içində türk dilinin də olduğu onlarca dili birləşdirərək törədilən sözlərdən meydana gəlib. Əsərin tərcümə edilə bildiyi dil sayı bir əlin barmaqları qədərdir. Bir çox  ədəbiyyatçılar əsərin sadəcə yazıldığı dildə oxunmasının vacib olduğunu deyir. Və hələ də oxunması ən çətin romanlardan biri olaraq sayılır. Təbii bunun bir səbəbi var. Ceyms Coys aktiv oxuyucu qavramının əhəmiyyətini davamlı vurğulayan bir yazıçı. Özünün verdiyi onlarca illik əməyə qarşılıq oxuyucunun da onu anlamaq için əmək verməsini istəyir. Coys söyləmək istəyir ki, oxuyucu olmaq yazıçı olmaqdan o qədər də bəsit deyil.                                                                                                                        
Əlbəttə Ceyms Coys bir çox paraqrafla nəql edilə biləcək bir yazıçı deyil. O bir çox cəhətdən, bir çox yazıçıdan fərqlənən fikirlərə sahib biridir. Ədəbiyyata və daha ümumi olaraq sənətə baxış bucağını, əsərlərini, həyatını tam olaraq anlatmaq üçün cildlər lazımdır. Ən yaxşısı, əvvəldə çox da dərinə enmədən yazıçının kitablarını bir-bir oxumaq və 20. yüz ilin ən əhəmiyyətli insanlarından birini öz rəvayəti içində öyrənmək daha məqsədə uyğundur. Bütün həqiqətləri, bütün sadəliyi və bütün sehrləri ilə birlikdə.
                                                                                                               
                                                                                                                   Tərcümə etdi: Nəcəf Əsgərzadə
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)