Ədəbiyyatın pis qadınları
Proza
Ədəbiyyatın “pis uşaqları” deyəndə ağlımıza kimlər gəlir? Martin Amis, Salman Rüştü, Conatan Franzen, Ernest Heminquey. Bəs qadınlardan yazarlardan kimləri “pis qadın” adlandıra bilrəik? “Flavorwire” saytı hazırladığı ədəbiyyatın “ədəbsiz” qızlarını müəyyənləşdirməyə çalışır.

Sapfo (e.ə. 630-570; Qədim Yunan şairəsi)
O Yunanstanın ən məşhur lirik şairlərindən sayılırdı. Lesbos adasında dünyaya gələn Sapfo altı yaşında yetim qalanda qohumları onu orada olan hetera məktəbinə (gənc fahişələrə incəsənəti, rəqs və bədii qiraət, sevişmə qaydalarını öyrədən məktəb) verirlər. Burada onun şairlik qabiliyyəti üzə çıxır və tezliklə Sapfo kübar cəmiyyətin bəzəyinə çevrilir.
Sapfonu “lezbiyan” sözünün yaradıcısı da hesab edirlər. Tarixdən onun qadınlarla da sevgi əlaqələrinin olması məlumdur. Sapfo öz şeirlərindən qadınlara olan sevgisindən məharətlə yazırdı. Sonralar onun Afrodita məbədində bakirə qızlar üçün məktəb yaratdığı məlumdur.
Özünə qəsd etmiş şairənin günümüzə çox az şeiri gəlib çatmışdır.
Jorj Sand (1804-1876)
Sapfodan sonra siyahıda Jorj Sand gəlir. Onlarla roman (“İndiana”, “Konsuelo”, “Mopra”), bir neçə pyes, xatirə kitabı və ədəbi tənqid kitablarının müəllifi olan fransız yazar bu qədər işin içində “dəcəlliy”ə də vaxt tapırmış.
Əsil adı Amanda Avrora Lüsyen Düpen olan yazar da həməsri olan bir çox qadın yazar kimi kişi imzayıla yazırmış. Amma onun cinsiyyət dəyişməsi tək ədəbiyyatda olmayıb. Gündəlik həyatında da kişi paltarları geyən, o dövr qadınlarında əsla görünməyən siqaret çəkmək vərdişi olan Sand 19 yaşında ərə gedib, 9 ildənsonra boşanaraq böyük bəstəkar Frederik Şopenlə eşq macərası yaşamışdır.
Kolett (1873-1954)
Ah bu fransızlar… Siyahı tamamilə onlardan ibarət də ola bilərdi. Sidon Qabriella Kolett o məşhur “Klodin” əsərini çap etdirdiyi aralarda üç dəfə evlənmiş və ikinci ərinə onun oğluyla xəyanət etmiş qadındır. Əvvəllər yazdığı əsərləri əri yazıçı Anri-Qotye Vilların imzası ilə çap olunsa da sonralar əsərlərini öz imzası ilə yazmışdır.
Qadınlarla olan münasibətləri və kübar cəmiyyətdə çoxlu qadın sevgilisinin olması, “Mulen Ruj”da göstərilən “Misir yuxusu” adlı pantomim tamaşasında aktrisa ilə öpüşməsi onun adını xeyli qalmaqallı etmişdi.
Kolet qadınların gözündən cinsi həyatı, seksuallığı və qadın olmanın xüsusiyyətlərini ən yaxşı anladan yazarlardandır.
Doroti Parker (1893-1967)
XX əsrin ən məşhur ədəbiyyatçılarından olan Parker həm roman müəllifi, həm şair, həm də tənqidçi olması ilə bərabər dərin yumorlu aforizmləri ilə Amerikadakı sol hərəkatının da qabaqcıllarından idi. Hazırcavablığı ilə seçilən Parker üç dəfə evlənmişdir. Üç evlilikdən ikisi eyni adamla – Allan Kempbellə- olmuşdur. Ölümündən əvvəl bütün var-dövlətini Martin Lüter Kinqə vəsiyyət edən Parker “Algonquin Round Table” adlı ədəbi məktəbinin də qurucularından biri olub.
Hollivud üçün ssenarilər yazan yazıçının sol hərəkata bağlı olması onun “Hollivudun qara siyahı”ya düşməsinə səbəb olmuş, depressiyaya düşən yazıçı alkoqolizmə yolxumuşdu
Anais Nin (1903-1977)
Ədəbiyyat çevrələrində “ilham pərisi” kimi tanınan Anais Nin gündəliklərinin nəşrindən sonra yazıçı kimi də məşhurlaşdı. Keçən əsrin əvvəlləri üçün olduqca açıq-saçıq bir dillə yazan Anais Nin erotik romanları ilə yanaşı evli ikən Henri Miller, Qor Vidal, Edmund Vilsonla yaşadığı eşq macəraları ilə də məşhurdur.
Simona de Bovuar (1908-1986)
Bovuar fransız feminizminin anası hesab olunur. Amma bu onun haqqındakı maraqlı məlumatlardan yalnız biridir. XX əsrin ən məşhur qadın yazarlarından olan Bovur Jan Pol Satrla evlilikdən sonra onunla ayrı-ayrı evlərdə yaşamış, uşaq sahibi olmaqdan imtina etmişdir. Sartla evlilikləri ərəfəsində başqa bir adamla sevgili olduğu məlumdur.
Onun “İkinci cins” romanı feminizmin Bibliyası hesab olunur.
Silviya Plat (1932-1963)
Bir şeyi vurğulamaq lazımdır ki, Platı “pis qadın” edən onun intihar etməsi deyildi. Həyatı ağır ruhi sarsıntılarla keçən Platı ən çox əsəbiləşdirən əri şair Ted Huqun ətrafındakı gözəl qadınlar idi. Hətta bir dəfə ərini bir qadınla yaxalayan Plat qısqanclıqdan onun yanağını dişləmişdi.
Keti Aker (1947-1997)
Radikal feminist olan Keti Aker 1984-cü ildə çap etdirdiyi “Orta məktəbdə qan və cəsarət” adlı romanı ilə ciddi qalmaqala səbəb olmuşdu. Əsərlərində əsasən insest, abort və homoseksuallıq mövzularından bəhs edən Aker açıq şəkildə lesbiyan olduğunu etiraf edirdi. O, 1997-ci ildə döş xərçəngi xəstəliyindən vəfat etmişdi.
Kayzen.az

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Ernest Heminqueyin həyatı
Artur Şoperhauer - Qadınlar haqqında
Heminquey - Amerika ədəbiyyatının təkrarsız dühası
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
F.ENGELS - AİLƏNİN, XÜSUSİ MÜLKİYYƏTİN VƏ DÖVLƏTİN MƏNŞƏYİ
İvan Bunin. San-Fransiskolu cənab (Hekayə)