Edebiyyat.az » Proza » Elvin Rizvangil - Gecəyarısı zəng

Elvin Rizvangil - Gecəyarısı zəng

Elvin Rizvangil - Gecəyarısı zəng
Proza
Necef Esgerzade
Müəllif:
22:55, 10 avqust 2019
1 658
1
 Gecə saat 3-də telefonun zənginə oyandım. Bu vaxt adama zəng edərlər?
 Deyinə-deyinə zəngi imtina etmək üçün telefonu götürdüm. Ekranda qardaşımın adını görüb cavab verməli oldum.
 -Bəli.
 -Atamız öldü...Tez gəl!
 -Yaxşı, gəlirəm.
 Eyvana çıxıb bir siqaret yandırdım.Çəkib qurtarandan sonra yataq otağına qayıtdım. Uzanıb yenidən yuxuladım.Telefon yenidən zəng çaldı.
 -Hə...
 -Hardasan, gəlirsən?
 -Hə, gəlirəm.
 -Qurban olum, tez gəl...Təkəm, başımı itirmişəm.
 -Gəlirəm... gəlirəm.
 Yoldaşım yuxulu-yuxulu gözlərini açıb:
 -Kim idi zəng edən?...Nə olub? -soruşdu.
 -Turaldı... Atam ölüb.
 -Nə?.. Nə vaxt?..
 -Birinci dəfə zəng edəndə dedi, indi keçinib.
 -Nə oturmusan? Məni niyə oyatmırsan? Hələ də oturub e... Sənnənəm, dur da... dur, gedək!
 -Mənim atam çoxdan ölüb, - etinasızcasına dedim,- 92 də qapı döyüləndə... qaçıb şifonerdə gizlənəndə...
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)