Edebiyyat.az » Proza » ŞvartsMan - 40 yaşlı qadın (hekayə)

ŞvartsMan - 40 yaşlı qadın (hekayə)

ŞvartsMan - 40 yaşlı qadın (hekayə)
Proza
nemət
Müəllif:
15:46, 27 avqust 2019
5 168
0
Ş vartsMan - 40 ya ş lı qadın (hekay ə )






Uçrumlarda doğulmusan, ya küləkli düzənlərdə?

Hara getsən kölgən kimi izlər səni taleyimiz.

Bilinməz ki, nəşələrə tərəfdarsan, yoxsa dərdə,

Niyə belə sən azadsan, niyə belə köləyik biz?


Şarl Bodler, "Gözəllik himni”



1

Hər şey belə başlayır: xoşbəxt olmaq istəyirsən, buna görə evlənirsən, uşaqların ikinci xoşbəxlik olur, üçüncü bədbəxtlikdir ərinin səni başqalarıyla aldatmağı və dördüncü qərara gəlirsən ki, sən də ərini başqasıyla aldadasan. Bax bu, nə xoşbəxtlikdir, nə də bədbəxtlik.

Qadın yaşca özündən böyük kişiyə meyl edirsə, maddiyyat axtarır. Özündən kiçiyə meyl edirsə, məhəbbət axtarır. Həmyaşıdına meyl edirsə, həm pul, həm məhəbbət axtarır. Mən ikinci kateqoriyaya aidəm. 

Özündən on iki yaş kiçik oğlanı sevməkdə qeyri-adi nəsə yoxdur. Sadəcə qəribədir: o, on yaşında gizlənqaç oynayanda mən təzəlikcə evlənmişdim. Heç ağlıma gəlməzdki, biz on yeddi ildən sonra sevgili olacağıq. Əgər mənim xoşbəxt ailəm olsaydı, cavan oğlana aşiq olmazdım. Bəzən böyük xoşbəxtliklər, böyük faciələrdən yaranır. 

Mənim qısa vikipediyam belədir: gənc idim, həyat gözümdə göyqurşağı rəngində idi. Evli idim, hər şeyin yaxşı olacağını düşünürdüm. Amma birdən hər şey dəyişdi. Toy gecəsi üç baldızım  üstümə düşdülər ki, bakirə deyilsən.Ağladım və ordan qaçmaq istədim.  Nədir-nədir qanın rəngi qırmızı yox, açıq çəhrayı rəngdə idi.   Ərim Rusiyaya işləməyə getdi, onun bacıları mənə olmazın zülmlər etdilər, gəlin-qaynana davaları başladı. Elon Maskın Marsda koloniyalar qurmaq planının yanında mənim gəlin-qaynana, ailə-məət söhbətlərim mənasız və gülməli görünə bilər. Amma biz kosmosda yaşamırıq, dünyanı cəhənnəmə çevirən insanların arasında yaşayırıq. Qazandığım pulları məcbur   qaynanamın döşəyinin altına qoyurdum, ərimin ifritə bacılar və anası hərbidəki “dedovşina”nı yaratmışdılar üstümdə. Məni ac saxlayırdılar, hamilə olanda işlədirdilər, döyürdülər. Son ümid kimi ərimlə əlaqə saxlamağa da  icazə vermirdilər. Ərimin Rusiyadan qayıtmağını istəyirdim, amma sonradan başa düşdüm ki, ərim ordakı qadınlarla kefdədir. Bu uçulmuş rütubətli evdə şəraitsiz və həkimsiz ilk uşağımı dünyaya gətirməyim və tənhalığım. Bu dəətli şeylərdən sonra məndə fobiyalar yarandı. Evdə tək qala və bir yerə tək gedə bilmirəm. 40 yaşıma kimi aşırı stressdən  5 dəfə huşum gedib yıxılmışam. Mənim kimi üç dil bilən qadını başqalarından asılı vəziyyətə saldılar. Cehiz kimi ər evinə  kitablar   gətirəndə mənə lağ edirdilər. Mən daha əminəm ki, bizi özümüz yox, başqaları məhv edir.

Bizim ailələrə qıraqdan müdaxilə çox olur deyə münasibətlər davamlı olmur. Ailə sanki məcburiyyətdir. Heç kim ər-arvad sədaqətsizliyinin səbəblərini araşdırmaz. Arvadın ərinə xəyanəti qəbuledilməzdir. Cəmiyyət buna hazır deyil. Yox,  “xəyanət” sözü burda yerinə düşmür. Çünki xəyanət sözündə “aldatmaq” “satmaq” var. Halbuki bu, sadəcə, partnyorunu dəyişmək, əvəz etməkdir. Xəyanətə uğrayan qadın da, kişi də eyni hissləri keçirdir. Nədənsə qadının xəyanəti daha çox şişirdilir. 

Kişinin xəyanəti çox vaxt səbəbsiz olur, qadın xəyanət edirsəəsaslı səbəbləri var. Əsas səbəb budur ki, qadını və kişinin uşaqdan başqa heç nə bağlamır, gözləyirlər ki, nə vaxtsa ölsünlər. Kiçik səbəb isə yalatdırmaq. Məhz buna görə bir dəfə ərinizə yüngülvari xəyanət etmək olar. Reklam çarxı:" Ərinizə xəyanət etmək istəyirsiz? Buna bəhanə tapmırsız? Elə isə KUNİ  ən yaxşı bəhanədir!" 

Bizim əksər kişilər arvadı ilə seksual gecəsi belədir ki, çox əlləşməyə ehtiyac yoxdur, işini bitirdin, götünü çevir yat. Bizim kişilər dovşan kimidilər: gözləri qızıb, beyinləri çönüb, kiminlə gəldi olurlar. Bizim əmilərimizin, dayılarımızın istirahəti kabablamaq, əlli-əlli vurmaq  və bazlığa getməkdir. Bu adamlar bizə nümunə ola bilməz. Özlərinə nəzarət edə bilməyənlər, cəmiyyətə nəzarət etmək istəyirlər. 

Qadının insanlıq tarixində yerinə baxdıqda çox vaxt ikinci cins olub. Təbiət də çox vaxt kişilərə üstünlük verib. Tarix boyu kişilərin hesabına qadınlar kraliça olub, yüksəliblər, güc sahibinə çevriliblər. Təbiət qadına sağ qalmağı üçün yalnız bir şey verdi: GÖZƏLLİK. Biz bununla kişilərin dünyasında yaşaya bildik. Ağıllı olmadıq, hiyləgər olduq. Və öz gözəlliyimizi hiyləgərlik edərək kişilərə “satdıq”. Həm qanuni yolla (nikah), həm də qanunsuz yolla (məşuqə). Bu, təbiətin bizə qəddar münasibəti idi, biz isə sadəcə sağ qalmaq istədik. 

Bir dəfə qadın psixoloqun yanına gedəndə mənə evli ola-ola çoxlu sevgililəri olmasından danışdı. Seansın sonunda mənə dedi ki, “niyə kişiləri əlimizdə fırlatmayaq ki?! Axı ifritəyik”. İstəyirsiz şəklini və nömrəsini göndərim sizə?

Mənim indiki evliliyim belədir:53 yaşlı ərimlə həm dini, həm rəsmi nikahımız var. Kəbin elə bir müqavilədir ki, səərinlə 3 ay intim münasibətdə olmayanda texniki dildə desək, deaktiv olur. Artıq sən onun dini baxımdan arvadı sayılmırsan. Deməli, mən 7 aydır ərimlə olmuram və onun arvadı deyiləm. Bu, din cəhətdən belədir. Rəsmi dövlət nikah şəhadətnaməsinə görə, onun arvadıyam. Mən ona dəfələrlə dedim sevmirəm səni və boşanmaq istəyirəm. Boşanmır ki, boşanmır.  Amma uşaqlarımın taleyi məni narahat edir. Mənə görə uşaqlara pis davranır. Aramızdakı münasibətdən uşaqlarım əziyyət çəkir və bir ana  kimi   bu məni  kədərləndirir. Bunu unutmayın ki, qadın sevgi məsələsində oyun oynamır. Qadın soyuqluğu çox pis soyuqluqdur. Kişi seks xətrinə özünü sevirmiş kimi göstərə bilər. Amma bu, qadın təbiətinə ziddir. Qadın əriylə yatmırsa, ona qarşı aşırı soyuqdursa, deməli həşey bitib. Qadın kinlidir. Qadın nə qədər sevsə də, ona edilən pislikləri unutmur. Sevgisi kimi, nifrəti də böyükdür. Bizim qadınlar yox, cəmiyyət ikiüzlüdür. Bugün bizdə boşanmaq və ərini başqasıyla aldatmaq problemlidirsə, deməli, qadın-kişi münasibətimiz maddiyyata və emosional ictimai təzyiqə köklənib. Heç kim rahat yaşamır deyə, kimisə rahat yaşamağa da qoymurlar. 

Cəmiyyətimizdə böyük inamsızlıq var. Ər arvadına inanmır, qadın da ərinə. Mülkiyyət məsələlərində kimsə kiməsə güzəştə getmir. Qadın və kişi məhəbbəti? Bəsdirin, səncanı, mənə belə nağıllar danışmayın. Heç kim heç kimi sevmir, sadəcə nəsil artırmaq üçün seçdiyin münasib insanlar var. Münasib şərait və münasib insan varsa, o dəqiqə nəsil artırırlar. 40 yaşlı qadınam, anladım ki, mən evlənmək və uşaq istəmirdim. Məni buna məcbur etdilər. Bizdə qadın yalnız bir yolla təhlükəsiz şəkildə seksual tələbatını ödəyə bilər.NİKAH! Mən puldan, mülkiyyətdən, evlilik və uşaqlardan arınmış məhəbbətə inanıram. Sevmək qarşındakı adamı dəyişdirmək deyil, öz-özünü dəyişməkdir. Bizim iki cins qarşındakı adamı istədiyi formaya salır, amma özündə heç cür dəyişlik etmək istəmir. Bizim insanlar sevməklə yox, nəsil artırmaqla məşğuldurlar. Mənim düşüncələrim, zövqlərim, maraqlarım öz yaşıma uyğun deyil. Cəmiyyətin yaratdığı bir xətt üzrə yaşamağı yox, ziqzaqları sevirəm. Oğlumla birlikdə Repə qulaq asıram. Kitab sevgim nəsilimdəkilərin dünyagörüşü ilə uyuşmur. Cəmiyyət   mənimkimilərə uyğunlaşmaqdan, mən onlara uyğunlaşıram. Çöküş məhz  bunda başlayır. Qısacası, bizim cəmiyyətin anlamadığı iki söz var: azadlıq və səmimiyyət.

Cəmiyyəti qırağa qoyaq. Bizim qadınlar özündən yaşca kiçik oğlanı ciddi qəbul etmirlər. Çünki əksəriyyəti kişidən maddi sığınacaq güdür. Cavanda çox vaxt pul olmur axı. Qadın üçün kişidə ciddi yaş 30 yaşdır. Qadın niyə özündən kiçik oğlanla bərabər olur?1. Özünün yaşamadıqlarını  onda görür, bu ayrı zövq verir.  2. Özündə ölən hüceyrələrin qarşısındakı oğlanda dirilməsi.Ruh halı. İzahı çətindir. Bir növ özündən yaşca kiçik biriylə yatmaqla qocalığı ləngitmək.3.İtirilmiş coşqunu onunla tapmaq-  ama tapmır və münaqişələr.

Fərqlər: cavan  madiyyatla başı xarab etmir.40 yaşlı kişi qadından çox, pulu düşünür, söhbətinin çoxu pula köklənir, ya da ki, siyasi vəziyyətə. Doymuş olur qadınlardan. 28 yaşlı oğlan daha maraqlıdır, qadın gələcəyinə ümidlidir.Yaşlı kişi “qadınlar eyni zibildi” fikrinə alışıb. 40 yaşlı kişi daim qayğı istəyir, cavanın isə tələbatları azdı. Bir də ki, ancaq muğamata qulaq asıb yosunlaşmış kişini hansı qadın sevər?! Fikir vermisiz, qoca milyonçular evləndikləri topmodellərə brilyyantlar, svarovskilər, bahalı villa və sport maşınlar alırlar. Bilirsiz niyə? Çünki yataqda qadınını təmin edə bilmir deyə, maddi şeylərlə kompensasiya edir ki, qadını əlində saxlasın. Qadın da az  iblis deyil, qocanın üzünə gülür, cavanla yatır. 

Mənim sevdiyim oğlan yazıçıdır. Necə ki, Qala Salvador Daliyə görə öz ailəsini atdı, mən də ataram. Qadını xəyanətə sürükləyən təkcə seksual həvəs deyil. Hər qadın istəyər rəssam, yazıçı, rejissor arvadı olsun. Qadın yaradıcılığa və fərqliliyə can atır. Bunlar izahı olmayan incə məsələlərdir, kişilər anlamaz. Qadın yaşamaq və gənc qalmaq istəyir. 40-50 yaşlı kişilər adətən fərqli heç nə yaşamaq istəmirlər və öz qocalıqlarını çoxdan qəbul  ediblər. Şəxsən mən 30 yaşdan yuxarı kişilərlə ünsiyyəti iqnorlamışam. Çünki 30 yaşdan sonra kişilərdə cəmiyyətə tabe olma və qəlibləşmiş düşüncələr yaranır. Belə qəlibləşmiş düşüncələrdən biri, bizim kişilər boşanmış və dul qalmış qadına "ikinci dərəcəli qadın", "kiminsə işlənmişi" kimi baxırlar. Onda sual verim: əgər ananız boşanmış və ya dul qalmış olsaydı başqalarının sizin ananıza yuxarıdakı kimi baxması xoşunuza gələrdi? Yox? Onda siz də elə baxmayın. Boşanmaq və dul qalmaq nə ayıbdır, nə seçim. Sadəcə taleyi elə gətirib. Yəni demək istəyirəm ki, kişilər 30 yaşdan sonra yolu dəyişə bilmirlər.

Mən o gənc yazıçı oğlanımı sevirəm. Zövqlərimiz və düşüncələrimiz bir-birini qucaqlayır. Onunla olmaq və gizlincə görüşərək öpüşmək, sevişmək məni xoşbəxt edir. Həyat elə qısadır ki, onu sevmədiyin, dəyərsiz kəslərə sərf etməməlisən. Bunu anlamağım üçün 40 yaşlı qadın olmalıydım. 

Bu hekayəni oxuyan kişidirsə, mənə pis baxırsa, bilsin ki, 40 yaşına çatanda o da gənc qızlarla arvadına xəyanət edəcək-baxmayaraq ki, indi də edir. Deyə bilərsiz ki, kişininki başqa, qadınınkı başqadır. İnanın ki, ikisi də eyni şeydir, sadəcə səbəblər fərqlidir. Təbiət cütləşməyin və nəsil artırmağın tərəfdarıdır, evliliyin yox. İnsandan başqa heç bir canlı müqavilə bağlayıb evlənmir. Axı hər insan ömrü boyu bir insanla yaşaya və intim münasibət qura bilmir. Təbiətə zidd çıxıb hamını nikaha məcbur etməyin məntiqli tərəfi yoxdur.

Bizim kimi özünün səhv olduğunu qəbul etməyən insanlar düz olanı hardan tapsınlar? Səhv çıxmasan düzü necə tapa bilərsən? Buna görə bizim kimi müsəlman və patriarxal ölkələrdə feminizm zəifdir. Vaxt vardı feminizm deyəndə Aynur Qurbanqızı yada düşürdü. Ərindən boşanmışdı, bir qızı vardı, qadın haqlarını müdafiə edirdi. Hər yerdə o idi:radioda, televiziyada, saytlarda. Sonra nə oldu? Daha onun səsi gəlmir. Nə baş verdi? Allah xoşbəxt eləsin: ikinci dəfə evləndi, uşağı da oldu. Feminizm fiasko! Azərbaycanlı qadın bir növ müsəlman qadını olduğundan kişidən həm maddi, həm seksual baxımdan asılıdır. Feminizmin yaşaması üçün lezbianlıq lazımdır. Lezbianlıq təkcə homoseksualizm deyil, həm də qadınların bir -birini sevməsidir. Əgər cins olaraq birlik yoxdursa, eyni cəbhədə mübarizə apara bilməzsən. Ona görə feminizm seminarlarında sırf marağa görə iştirak edən kişilər bizə dodaqucu gülümsəyirlər. Çünki bilirlər ki, bir zibil çıxan deyil.

Amma bunlara baxmayaraq, Aynur Qurbanqızıdan sonra feminizmin yeni fenomeni Aysel Əlizadə oldu. Qadın kimi deyirəm, baxarsız o da uğursuz olacaq. Kaş mən səhv çıxım.

Belə. Çox danışmadım? Bu monoloqu bitirmək istəyirəm. Mən və O. Bilirsiz, mən torpağam, o havadı. Torpağın havaya ehtiyacı var. Torpaq tutub saxlamağı, bir yerdə kök atmağı sevir. Hava isə uçur, bir yerdə dayanmır. Hər yerdə və heç yerdədir. O mənim qarşıma sıxan “xoşbəxt ölüm” kimi bir şeydir. Onunla daim əzab çəkdim, rahatlıq tapmadım, amma yenə də sevirəm, qopa bilmirəm. Bizi bir-birimizə çəkən izahedilməsi mümkünsüz nəsə var. İkimiz tanış olandan bir xeyli sonra tibbin qeyri-adiliklərindən   istifadə etməyə başladıq. Üz dərimizi cavanlaşdırmaq üçün sperma sürtdük, öz sidiyimizi içdik( qeyd:Flora Kərimova mikroinsultlara öz sidiyini içməklə qalib gəlib).  Tibbi baxımdan bunlar sübut olunmuş profilaktik tədbirlərdi. İyrənc olsa da. Hətta gələcəkdə sevgilimin spermasını kremləşdirib satmaq olar. Çünki siqaret çəkməyən və spirtli içki qəbul etməyəndir. Bu zərərli vərdişlər spermanın  keyfiyyətinə və miqdarına təsir edir.

Bu yaxınlarda xəstəxanaya düşdüm. Sevgilimlə mübahisədən güclü depressiv atak yaşadım. Həkimlər sinus taxikardiyası diaqnozu qoyublar. Bu ürək xəstəliyi deyil, amma ürək xəstəliyini yaradan səbəblərdəndir. İllərlə yaşadıqlarım və həssalığım, empatiyam mənim ürəyimi zəiflətdi. Hələ üstəlik ərimin mənə fiziki zorakılıqları, bədənimdə qalan göy izlər. Hamısı başqasını sevdiyim üçün. Başqasının dodaqları üçün. 


2

Vanna su ilə doldurulur. Mən hamama keçmək üçün hazırlaşıram. Hamam otağından onun səsi gəlir:

-Gəlirsən, Kamilla?..

Qapını açdım. O, Toni Montana kimi köpüklü vannadan mənə baxır. Mən də ona diqqət və içimdəki isti həyəcanla ona baxıb xalatı çıxardım. İstədim bədənimi görsün. Başdan ayağa məni süzüb üzümə gülümsədi:

-Çox qəşəngsən. Çox. 

-Mən elə də gözəl deyiləm -deyib tələsmədən vannaya girdim- qarın altı piyim var. 

-Rəssam deyiləm və çox da estetikaya fikir vermirəm. Hər şey gözəldi, əzizim. Hətta bokallardakı bu qırmızı şərab da, səslənən Maria Daines – “That’s What the Blues is all about” da gözəldir.-bir az susduqdan sonra əlavə etdi- Sənin taleyin məni düşündürür. Bəlkə də bizim deməliydim. Sənin evli olmağın “münasibətimiz nə olacaq” sualını verir mənə.

-Heç vaxt bunu düşünmə. Mən belə bu an evli olduğumu unutmuşam-onun bunu yadıma salmağı mənim xoşuma gəlmir və onunla xoş saatlarımı ana və kiminsə arvadı olduğumu xatırlayaraq keçirmək istəmirəm. O daim mənim yaşımı və evli olduğumu xatırladır, elə bil mən bunları unuduram. 

-Bu münasibətdə ən çox risk edən sənsən. Məhəbbət və ölüm arasında qalmısan. -onun bu realizmi vannadakı pozisiyamıza heç uyğun deyil. Niyə belə şeylər danışır bilmirəm?

-Canım, niyə belə şeylər danışırsan? Sən mənim yaşım və evli olmağım narahat edir?-ciddi soruşuram.

-Yox,əksinə, bunlar məni ehtiraslandırır. Narahatam ki, sən daha çox əzab çəkirsən bizə görə. Yaxınlıq və uzaqlıqdan. Sevmədiyin adamla bir evdə yaşayırsan. Hətta onun səni keçən gecələrin birində zorlamağa çalışmağı…Bilmirəm nə deyim…

-Heç nə demə- pis təsir edir onun belə danışmağı. Kədərlənmək istəmirəm. Susuram, susuruq və birdən danışmağa başlayıram:

-Can, danışılası çox şey var. Ərimin qohumları başıma nə oyunlar açırdılar. Ən pisi budur ki, ikinci uşağımı əlimdən almaq istədilər.

-Necə yəni? Zorla?-baxışları dəyişdi və təəccübləndi.

-Hə, zorla. Baldızımın uşağı olmurdu, əri də sərxoş idi. İmkansızlıqdan biz onların zirzəmisində yaşayırdıq. Qorxurdum onlardan. Tək qalmışdım, köməksiz idim. Bir gün ərim, baldızım və əri qarşımı kəsib tələb etdilər ki, oğlunu verməlisən, uşaqları yoxdur. Ərim bunu mənə deyirdi və onların tərəfində idi. Nifrət və məyusluq. Hər şey gözümdən düşdü. Onlar kim idilər mənim uşağımı əlimdən alırdılar!!!  Bir ananın elə bir anda kədər və qəzəbini görmək lazımdır. Elə bərkdən qışqırıb “vermərəm heç kimə uşağımı” dedim ki, onlar geri çəkildilər. Mən həyətimizdəki hamama qaçıb qapını qıfıllayıb oğlumu qucaqlayıb ağlamağa başladım…

-Adam inana bilmir ki, belə hadisələr olur. Halbuki Yeşilçam filmlərinə gülürük. -o dedi.

-Həə… amma bunlar reallıqdır, film deyil. Bu da sənin üçün yazılası dram. 

-Yox, bu haqda yazmaq istəmirəm. Bu hadisələrə səbəb olan düşüncələrdən yazmaq istəyirəm. Bizim insanımızın həyatında düşüncə çatışmır. Keçən dəfə qohumumuz qonaq gəlib. 28 yaşım var, subayam və bu onu narahat edir. Daim sözlərində məni evliliyə çəkmək istəyir. Düşündüm ki, Azərbaycanın bütün problemləri həll olunub, tək həll olunmayan problem mən qalmışam? Gülmə, düz deyirəm. -gülürəm, o da gülür. -Bir xeyli danışdıq. Dedim, mən ailə adamı deyiləm, məsuliyyətdən qaçan adamam, mənə əlavə yük lazım deyil, vaxtım da çox deyil. Bəzən haqq qazandırdı, amma axırda öz dediyində qaldı ki, ən yaxşısı evlən. Onlar gedəndən sonra fikirləşdim bu haqda.

-Evlənmək haqqında?

-Yox, canım-o gülümsədi. Onun təbəssümünü sevirəm, elə bil gülümsəyəndə daha yaxşı insan olur. – Nə evlənmək.. Niyə narahatdılar mən narahat deyiləmsə. Düşünüb tapdım. Bilirsən bizdə hamını niyə evləndirməyə çalışırlar? Qorxurlar deyə.

-Nədən qorxurlar?-qəribə gəldi. 

-Tək qalmaqdan. Evli adamlar sevinmirlər evləndiklərinə. Bədbəxtdilər. Və başqalarını xoşbəxt , azad və yüksüz  görmək onların xoşuna gəlmir. "subaysan? get evlən"- bunu şüursuzca deyirlər. Sən düşünməmisən ki, onlar niyə belə təkid edirlər? Səni evli görməklə öz səhvlərini düz çıxarmaq istəyirlər. Sən də onların səhvini edəndə onlar kimi düz olacaqsan, onlar tək qalmayacaqlar.  Bir səhvi bir nəfər edəndə səhvdir, çoxluq edəndə düzdür.

Mən heyrətlə onun üzünə baxırdım. Bu necə həqiqətdir və o bunu necə görə bilib? Bu dolanbaclı yalan və saxtalıq üzərində qurulmuş cəmiyyətdə necə yaşayırıq? Kimi necə xilas edə bilərik? Həqiqət kimdədir? 

-Deməli, özləri də bilirlər səhvdilər. Evliliyin müdafiə olunacaq tərəfi yoxdur. 

-Əlbəttə, canım. 15 ildir evli olub özünü xoşbəxt hiss edən kişi var? Ya 30 il əri ilə yaşayan qadın nə vaxtsa Marsda da onunla yaşamaq istəyərmi? Yox. Yox. Yox. Demirəm heç kim evlənməsin. Sadəcə insanımız niyə bu cür düşündüyünü, bu cür yaşadığını anlamağa çalışmalıdır. Həqiqətən özün ola bilirsənmi bu cəmiyyətdə? Biz proqramlaşdırılmış robot kimiyik: ancaq hərəkət edirik, düşünmürük.  

Sənə deyim də, canım, Bir dəfə əsgərlik yoldaşım mənə dedi ki, "sən evliliyə qarşı deyilsən, sadəcə cəmiyyət bunu qəbul etdiyi üçün prinsipə ona qarşı çıxırsan. Əgər cəmiyyət subaylıq tərəfdarı olsaydı məncə ona qarşı çıxmazdın." O həqiqətə yaxınlaşşdı, hədəfi vura bilmədi. Düşünə bilən hər adam mənim dostumdur. Cavab verdim ki, “cəmiyyət subaylıq tərəfadarı olsaydı mən yenə şübhə ilə yanaşardım. Həqiqətin yalnız bir adı var:ŞÜBHƏ. Çoxluq bir şeyi müdafiə edirsə, məşübhələnirəm. Bu subaylıq da ola bilər, evlilik də. Sadəcə mən düşünürəm: müdafiə etdiyimiz şey nədir və bizə nə verir? Həqiqət məndədir, yoxsa onlarda? Evlilik( heyvanlarda sürü)və nəsil artırmaq bioloji baxımdan düzdür, ama məntiqi baxımdan yox. Dovşan düşünə bilməz ki, mən nəsil artırmayım, dovşanlar cəmiyyətinə   xeyirim dəysin, özümü inkişaf etdirim zad. Dovşan instinktiv hərəkət edir. Sən axı insansan. Sənin şüurun və instinktin var. Sən həm bioloji, həm də mentaloji ola bilirsən. Dovşanla sənin aranda böyük fərq var. Biologiyana zidd yaşamaq çətindir, lakin mümkündür. Əsas seksdir. Ondan sonra gələn   sənə oxşayan uşağının olmaq istəyi və daim yanında sevdiyin biri olması ailə şəkilində -bu artıq aldatmacadır, təbiətin oyunudur. Cavanşir Məmmədovun  gülməli bir cümləsi var: sən yaxşı edirsən, amma düz eləmirsən. Sən də evlənib nəsil artırmaqla bioloji olaraq yaxşı edirsən, amma məntiqi baxımdan düz eləmirsən...

Lenin vaxtilə nikahı qanunla qadağa etmişdi. Düşünürdü ki, ailə adlı qurum kapitalizmə xidmət edir. Ailəli adam daim işləməyə və pul qazanmağa məcburdur. Lenin yaxşı etmişdi, amma düz eləməmişdi. İnsan  Quldarlıqdan buyana ailə şəkilində yaşayır. Bu neçə əsrdə var olanı bir qanunla ləğv etmək mümkündürmü? Buna görə Leninin qərarı əks effekt yaratdı. Atılmıış uşaqlar, uşaq cinayətləri və ailə faktorli intiharlar çoxaldı. Evlənməmək haqqında qanun ləğv olundu. Lenin bunu qadağan etməyib, əleyhinə təbliğat aparsaydı, daha effektiv olardı. Uzaq gələcəkdə ailəyə ehtiyac olmayacaq. 

-Sən haqlısan, hərəkət edirik, düşünmürük. -haqlı olaraq sevgilimi dəstəkləyirəm, dəstəkləməsəm bir vannada nə işimiz var?! Özü də köpüklü vannada. – Bu düşüncəsizlik təkcə evlilikdə yox, qadın-kişi münasibətində də özünü göstərir. 

-Yaxşı dedin, əla. Bir dəfə ədəbi məclisdə oturmuşam, roman yazmağa hazırlaşan hüquqşünas bəy dedi ki, bir qəhbə ilə yazışırdım… Mən bu cümlədə ilişdim. “Bir qəhbə ilə yazışırdım…” Azərbaycanlı kişi hansı kriteriyaya görə qadına qəhbə deyir. Gəl bəndləşdirək. 1. Evli ola-ola başqası ilə olan qadına. Məsələn, sən, əzizim, bu dəqiqə qəhbəsən bunu oxuyan kişi oxuculara görə. -bir qadın kimi acı gülüş yaranır üzümdə - 2. Erotik şeylərə meyillisən və boşanmısansa. 3. Ərin yoxdur və münasibət qurmağa kişi axtarırsansa. 4. Söyüş söyən qadınsansa. 5. Çoxlu sevgililərin olubsa. 6. Gecə klubuna gedirsənsə. 7. Doğurdan da masaj salonunda işləyirsənsə. Və sairə.. Uzatmaq olar. Bizim müsəlman kişilərə görə bu bəndlərdən birinə daxil hər qadın fahişədir. Bax, onlar düşünmürlər ki, biz niyə belə düşünürük. Çoxluq kimi düşünürük və kiminsə seksual istəyinə görə onu əxlaqsız adlandırırıq. Qadın var bir kişi ilə yatır, qadın var yüz kişi ilə. Cənub və isti ölkələrdə yaşayan insanlar şimal və soyuq ölkələrdə yaşayan adamlardan daha ehtiraslıdırlar. Bu coğrafi və iqlim şəraiti ilə   bağılıdır. Həm də bu din və qapalı cəmiyyətldən də asılıdır. Bizdə ictimai yerdə seksdən danışmaq ayıbdır, amma onunla gizlincə məşğul olmaq yox. Monteni tanıyırsan da əzizim?

-Hə, Mişel Monten. Fransız filosofu. Aristokrat. Öz qəsrinə qapanıb   düşüncə və təcrübələrini yazan adam. 

-Onun insan təbiəti ilə bağlı dediyi bu cümləni unutmaram. “ Bir insan yaratmaq istəsək, bununla gizlincə məşğul oluruq. Bir insanı öldürmək istəsək, bunu hamının  gözünün qabağında edirik”.  Bu cümlə 5 ya 6 əsr bundan əvvəl deyilib və aktuallığını itirməyib. Yəni bir insanı dünyaya gəlməsi gözəl bir şeydir və bununla ayıb, pis bir şey kimi gizlincə məşğul skimi cəmiyyətlərçürümüş dalarını və düşüncələrini qorumaq üçün qarşı tərəfə əxlaqsız deyir, təzyiq göstərir, düşmən elan edir. Bu, özünü qoruma instinktidir. Məsələ sənə gəldikdə isəəzizim, canım, gözəlim, kişilər ona görə sənə qəhbə deyirlər ki, sabah ya birigün arvadları onlara xəyanət edəndə “peysər” çıxmasınlar. Sırf özlərini sığortalamaq üçün. Çünki sənin kimi qadınlara haqq qazandırsalar arvadları xəyanət edəndə də gərək qəbul etsinlər. Onları cəmiyyətin reaksiyası qorxudur. Svingerlər bizim kişilərə görə “peysər”dilər. Çünki öz arvadını dostuna bir müddətlik verir, dostu da ona öz arvadını. Amma Avropada onların klubları var. Bizdə heç qaqa düşüncəli adamların klubları yoxdur. Bizim svingerlərə fahişə ya da peysər deməyimiz onların vecinə deyil. Bu onların həyat tərzidir. Bizim bu cür əxlaq və dəyərlər anlayışımız sərhədi bir addım keçən kimi öz əhəmiyyətini itirir. Heç kimə lazım olmur bu əxlaq və dəyərlər. Azərbaycanlı öz yumurtasının içində özünü kral hesab edir. 

-Qısacası, əzizim?

- Məndən   başqa heç kim qədrini bilməz.-gülümsəyir. Mən də gülümsəyirəm. Və o əlavə edir: -Eyni zamanda səndən başqa kimsə mənim qədrimi bilməz. Səncanı, mən hansı qadına lazımam? Qadınlar Alfa kişiləri sevir, varlı olsun, idmançı olsun. Məndə yalnız yaradıcılıq var. Mən də özümü belə sudan quru çıxardıram. Yalnız sən buna dəyər verə bilirsən. Sənin yaşından bir qadın mənim kimi cavan oğlanı ciddi qəbul etməz. Sən məni görə bilirsən, dəyər verirsən. Mənim əməlli-başlı bəxtim gətirib-boşalmış bokalları şərabla doldururuq və mahnını Michelle Gurevich – “Way You Write” dəyişirik. 

-Bilirsən, sən layiq olduğun yerdə deyilsən. Səni hamı tanımalı və oxumalı idi. Adın ən çox çəkilməlidir. Gənc yazıçılar arasında fenomen olmalısan. Bu gün sən küncdə qalmısan, reklamın yoxdur. Saytlara baxırsan, o qədər maraqsız və axmaq yazılar var. Baxırsan gənc yazıçılara düşünürsən: bunlarmı cəmiyyəti dəyişdirəcək, qabağa aparacaq?! Biri qızların dalınca düşüb, biri reklam, şan-şöhrət hayında, biri ədəbiyyatı ilahiləşdirib. Və nəticədə ortada oxuya biləcəyin düz-əməlli əsər yox. Kişinin oğlu şedevr yaratmaq istəyir, a bala, sən mənim oxuya biləcəyim hekayə və ya şeir yaz zövq alım bu bəsdir.

- Kamilla, 28 yaşım var və bu yaşıma kimi saymamışam, amma heç 28 qadınla  münasibətim olmayıb. Mən kəmiyyətə yox, keyfiyyətə önəm verirəm. Keyfiyyətə önəm verdiyim üçün qadınlar haqqında yazanda elə bilirlər ki, yüzlərlə qadınla yatmışam.  Hər şey beyində  başlayıb, beyində bitir. Buna və ya digər səbəblərə görə, mən gənc yazıçılar arasından ən yaxşılardan biriyəm.   Heç kim mənim kimi yaxşı yaza bilmir. Hətta məndən zəhləsi gedən adam da mənim yazdığımı maraqla   oxuyur. Çünki mən bilirəm nə və necə yazmaq lazımdır. Buna görə də kimsə mənə deyəndə "fərqli, yaxşı yazmısan", ürəyimdə deyirəm ki, "bilirəm, brat, bilirəm". 

-Bu özünü tərifdir?-maraqla soruşuram. 

-Yox, yox. Bu, özünü görməkdir. Hər yazıçı, şair yaradıcı adam deyil. Hər yaradıcı adam yazıçı, şair, nə bilim, rəssamdır. "Yaradıcı adam həşeydəəvvəl bir məhvedici olmalıdır"-Nietzsche belə deyirdi. Bu bilirsən nə deməkdir? Yaradıcı adam mövcud dəyərlər sistemini məhv edib, yerinə yeni dəyərlər yaradan adamdır. Məhv edir və yaradır. Bir şeyi dağıdır və yaradır. Bizim yazıçıların əksəriyyəti şedevr, ədəbiyyat yaratmağa çalışırlar. Demək istəyirsən ki, qardaşım, heç nə yaratma, birinci məhv et, dağıt. Mövcud əxlaq qaydalarını, ictimai və mədəni normaları, sürüləşmiş düşüncəni. Bizimkilər öz nəcislərinin üzərində gül əkməyə çalışırlar. Yazıçının deməyə çoxlu sözü olmalıdır. Günəşin belə çıxmağı, quşun səmada elə uçmağı, pişiyimin öz paçasını yalamağı heç kimə lazım deyil. Sadəcə istəyirəm ki, mənim bu hekayələrim onların onların yalançı günəşinə qara bulud kimi çöksün. 

-Yadımda düşmüşkən, keçən dəfə Anar Məmmədxanaovun ölümü ilə maraqlanırdın.-ona xatırlatdım.

- Hə… Nəsə müəmmalı gəlir onun ölümü. Təkcə onun yox, Rail Rzayevin, Yelmar Məmmədovun da.  

-Anar Məmmədxanov ürək çatışmazlığından ölmədi? İnfarktdan öldü də.

-Hə, ekpertiza belə bəyanat verdi-telefondan oxumağa başladı – “A. Məmmədxanovun ölümü ilə bağlı Məhkəmə Tibbi Ekspertizasının yekun rəyi artıq prokurorluğa daxil olub. Həmin rəyə görə, mərhumun ölümünə ürəyin işemik xəstəliyi nəticəsində inkişaf edən kəskin ürək çatışmazlığı səbəb olub. Faktla bağlı aparılan araşdırmalar tamamlanaraq A. Məmmədxanovun ölümü ilə bağlı cinayət işinin başlanması rədd edilib.”  Mənə maraqlıdır ürəyində, ümumiyyətlə sağlamlığında problemi olmayan adam necə qəfildən evdə tək olanda ölə bilər? Ekspertiza nədən öldüyün deyir, amma infarkta səbəbi açıqlamır. Ürəyin dayanmağı üçün bir səbəb olmalıdır. Ürək elə mühərrikdir ki, orta hesabla 60 il gecə-gündüz dayanmadan işləyir. Bu dərəcədə dözümlü orqanın birdən dayanması məntiqli deyil. Ya güclü daxili stress yaşamlı idi, Anar Məmmədxanovda bu yox idi. Ya da ki qıraqdan müdaxilə. Keçən dəfə səndən xahiş etdim ki,  bacına denən ki, tibbdə oxuyan rəfiqələrindən soruşsun ki, ürəyi qəfildən dayandıran dərman ya zəhər var? 

-Hə, yadımdadır. Onların səslərini göndərmişdim sənə

-Səs qeydlərində ümumi deyilirdi ki, ağrı kəsici və dozası yüksək dərmanlar ürəyi dayandıra bilir və qəfil ölümə səbəb olur. Morfinin adını çəkdilər. Sibutramin dozası yüksək olduqda ürəəzələsinə təsir göstərib ürəyi dayandırır. Narkotik analgetik qrupundan Fentalin. Antidepressantlardan imipramin. Maykl Ceksonun ölümünə səbəb anesteziya dərmanı propofol olub. 

-İndi demək istəyirsən ki, Anar Məmmədxanovu öldürüblər? 

-Mən heç nə demirəm. Sadəcə ölümü şübhəlidir və inandırıcı deyil. Ailəsi deyir ki, evdə tək olub, facebookda onlayn və birdən qəfildən ürəyi sağlam adam ürəkdən ölür. Sən buna inanırsan?

-Kim öldürə bilər ki? -özümə səsli sual verdim və ona baxdım.

-Bilmirəm. Məncə bu ölkədə vətənini, millətini sevən adamlar çox yaşamır. Ya da yaşatmırlar. Rail Rzayev-hava hücumundan müdafiə sistemini sıfırdan quran adam. 2009-cu ildə evindən çıxanda başından vurularaq qətlə yetirilir. Hadisə baş verəndən bir müddət sonra baş prokuror Zakir Qaralov      jurnalistlərə açıqlamasında Rail Rzayevin qətlindən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə olunduğunu və oradan bəzi maddi əşyaların oğurlandığını bildirib.  Yelmar Məmmədov-onu Azərbaycanın “ilk rəsmi milyarderi” adlandırırlar. Qarabağ döyüşlərində cəbhəyə humanitar yardımlar göndərir. Azərbaycana daha çox yardım etmək üçün Bakıda “Yelmar İnternational” adlı koorperasiya yaradır.1995-ci ildə Daşkənddə həyat yoldaşı ilə birlikdə müəmmalı şəkildə vəfat edir. Rəsmi məlumatlara görə, onlar yatandan sonra otağa qaz sızıb. Yəni öldürüblər. Varlı insanlar təsadüfən ölmürlər. “Sprut” serialında italyan mafiyasının otağa qaz sızma ilə öldürmə üslubu vardı. Şəxs yuxuya gedir və ayılmır. 

-Çox ölümdən danışdıq -dedim ona. Danışdıqları nə qədər maraqlı olsa da, ürəyimi sıxdı. 

-Bilirsən, bəzən ölümdən də kədərli şeylər var.- o nəsə nostaljiyə dalmaq istəyir.

-Nə?

- Ölmüş adamın paltarları… Atam öləndə 11 yaşım vardı. Anam atamın paltarlarını məscidə aparıb verdi. Dedim ki, “niyə verdin, qalıbdı da”. Anam dedi ki, “niyə qalır, kim geyinəcək?”Qonşumuzda bir kişi var, arvadı maşın qəzasında öldü. Qonşular deyirdilər ki, hər gecə arvadının paltarlarını qucaqlayıb ağlayırmış.  Məncə anam atamın əşyalarını görmək istəmirdi. Bu, daha çox adamı incidir. O vaxtı başa düşməzdim. Amma indi anlayıram ki, insanın ölümündən çox, ondan qalan əşyalar daha kədərli  görünür.  

Mən onun üzünə diqqətlə baxırdım. Bəzən gözlərinin yana qaçdığını, ya da çox vaxt aşağı baxdığını görürdüm.  Bu o deməkdir ki, danışdıqlarını hiss edir və düşünür. Və birdən nəsə oldu və o, söhbətimizin harmoniyasına uyğun olmayan tərzdə dedi: 

-Bilirsən, sənə qarşı nəsə şübhəm və inamsızlığım var- ciddi və soyuq dedi. Mən üşüdüm. – Beynimdə belə bir gic fikir var: bugün ərini aldadan sabah məni də aldadar! 

-Mən bilirdim həmişə mənim haqqımda pis fikirdə olmusan- gözlərim dolur- siz hamınız eynisiz. Alçaqsız. Sənə qarşı olan hisslərimi anlamırsan. Heç anlamırsan. – deyib vannadan çıxmaq istəyəndə qolumdan bərk tutdu.

-Məni aldatma heç vaxt. Qolundakı nədir hə?! – sağ biləyimi göstərib qışqırır. 

- Kəsmişəm – ağlayıram artıq – Sənə görə kəsmişəm. 

-Niyə daha dərindən kəsmədin həəə?? Oyun oynayırsan mənimlə? İstəyirsən sənə yazığım gəlsin? Özünə diqqət çəkəsən? 

-Bəsdi, məni incidirsən. Əclafsan  sən. Mənim nə çəkdiklərimi bilmirsən! Səni aldatmaq? Niyə aldadım? Özü də mən ərimi aldatmamışam, arxasınca iş çevirməmişəm. Demişəm ki, başqasını sevirəm. Mən dürüst davrandım. Nifrətə və şübhəyə layiq deyiləm. Sənə görə döyülən, söyülən, biləyini kəsən qadın səni başqasıyla aldadar heç?? Sən özün də onların əleyhinə olsan da dərinliyə gedəndə onlar kimisən! Bütün azərbaycan kişiləri kimi əri ola-ola başaqasını sevənə ciddi yanaşmırsız, fahişə damğası vurursuz. Siz bizim həyatımızı haqqında heç nə bilmirsiz…

Qolumu buraxdı. Mən ağlayıram. Çox pis ağlayıram. Ağlaya -ağlaya danışıram. O, məni çox incitdi. Sanki bilmir ki, ürəyim zəifdir. Dediklərindən peşman olmuş kimi gözlərini qaçırdır. Adımı deyir. Mən də cavabında “zəhləm gedir səndən” deyirəm. Məni sakitləşdirməyə çalışır. Heç bir xeyri yoxdur. Mən bu heyvanxanaya lazım olmayan insanam. Xoş söz və incə rəftar – budur istəyim. Başqa heç nə.

İkimiz də eyni vannada və heç bir şəhvət qığılcımı yox. Sanki kimsə iki cansız bədəni bir vannaya qoyub ki,  yaxşı bir hekayə yaza bilsin. O kişi hormonlarının təsirinə düşdüyü üçün peşmandı və üzr istəyir. Mənim isə situasiyasının harmoniyasına uyğun olmayan tərzdə beynim çönür. Vannada ayağa qalxıb ayaqlarımı yüngülcə aralayıb onun başını sinəmə sıxıram.O, məni daha içdən, daha bərk qucaqlayır. Anasını qucaqlayan uşaq kimi.  Dzima Kobeshavidze & İrakli Baladze – Red Wine ilə şəhvətli hisslərə hüzn qatıram. Yarımçıq şərab dolu bokalı əlimə götürüb ona yuxarıdan aşağı baxıb deyirəm: 

-Fransızlar deyir ki, şərabı qadının körpücük sümüklərinə tök. Şərab qalarsa, qadın gözəldir.

Şərabı tökdüm, məndə qalmadı. Döşlərimin arasında onun dilinə süzüldü. Yazıçının üstünə oturdum, vannanın suyu köpükləndi. Sadəcə içimdə məni yaşadan o qığılcımın ölməməsi üçün bunu etdim. 


25.08.2019





Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)