Edebiyyat.az » Proza » L. Tolstoyun etirafı...

L. Tolstoyun etirafı...

L. Tolstoyun etirafı...
Proza
nemət
Müəllif:
18:45, 12 fevral 2019
1 519
0
L. Tolstoyun etirafı...



   Baxmayaraq ki, mən yazıçılığı əhəmiyyətsiz, boş bir fəaliyyət hesab edirdim, bu on beş il ərzində mən hələ də yazırdım. Mən artıq yazıçılığın şirinliyini, cuzi, dəyərsiz işə görə iri pul mükafatları və alqış şirinliyini dadmışdım və onunla yalnız öz maddi durumumu yaxşılaşdırmaq və qəlbimdəki şəxsi və ümumi həyatın mənasına dair bütün sualları boğmaq üçün məşğul olurdum.
   Mənim üçün yalnız bir həqiqət var idi – elə yaşamaq lazımdlr ki, özünə və ailənə yaxşı olsun və mən yalnız buna öyrədərək yazırdım. Mən beləcə yaşayırdım, lakin beş il bundan əvvəl mənimlə nə isə qəribə bir şey baş verməyə başladı: məni əvvəlcə caşqınlıq, həyat dayanmaları dəqiqələri bürüyürdü, mən elə bil bilmirdim necə yaşayım, nə edim və özümü itirir, ruhdan düşür və məyus olurdum. Lakin bu ötüb keçirdi və mən əvvəlki həyatıma davam edirdim. Sonra bu məyusluq dəqiqələri dahada tez-tez və elə əvvəlki şəkildə təkrar ulunmağa başladılar. Bu həyat dayanmaları daim eyni suallarla ifadə edilirdi: Nə üçün? Bəs sonra?
   Əvvəlcə mənə elə gəlirdi ki, bu belə - mənasız, yersiz suallardı. Mənə elə
gəlirdi ki, bunlar hamsı məlumdur, və əgər mən nə vaxtsa onların həlli ilə məşğul
olmaq istəsəm, bu mənim üçün heç bir çətinlik törətməz – indi isə bununla
məşğul olmağa mənim sadəcə olaraq vaxtım yoxdur və əgər nə vaxtsa bu fikirə
düşsəm, elə o zaman cavabları taparam. Lakin bu suallar daha da tez-tez
təkrarlanmağa başladılar, daha da inad və təqidlə cavablar tələb olunurdular və bir
yerə düşən nöqtələr kimi bu cavabsız suallar qara bir ləkə şəklini aldılar.

   Daxili ölümcül xəstəliyə tutulmuş insanla baş verən bir vəziyyət alındı.
Əvvəlcə nasazlığın, xəstə əhəmiyyət vermədiyi, cuzi əlamətləri üzə çıxır, sonra
bu əlamətlər tez-tez təklrar olunurlar və zaman baxımından ayrılmaz bir iztiraba
birləşirlər. Iztirab artır və xəstə gözünü açıb-yumunca artıq dərk edir ki, nasazlıq
kimi qəbul etdiyi hal, onun üçün həyatda ən mühüm, ən əhəmiyyətli olan bir
şeydir, bu – ölümdür. Eyni hal mənimlə də baş verdi. Mən anladım ki, bu təsadüfi nasazlıq, naxoşluq deyil, əksinə nə isə çox ciddi mühüm bir şeydir və əgər eyni suallar təkrar olunurlar sa, onda onlara cavab vermək lazımdır. Mən cavab verməyə cəhd etdim. Suallar olduqca mənasız, sadə görünür və uşaq suallarına bənzəyirdilər. Lakin onlara toxunduqda və həll etməyə cəxd etdikdə mən dərhal əmin oldum ki, birincisi, bunlar heç də mənasız və uşaq sualları deyillər, əksinə həyatda ən mühüm və dərin suallardı, və, ikincisi, mən nə qədər düşünürəm sə düşünüm onları heç cür həll edə bilmirəm. Samaradakı mülklə, uşağın tərbiyəsi, kitabın yazılması ilə məşğul olmaqdan əvvəl bütün bunları nə üçün etdiyimi bilməliyəm. Mən bunları nə üçün etdiyimi bilməyənə qədər , heçnə edə bilmərəm. O zaman məni çox düşündürən təsərufatla bağlı fikirlər arasında, ağlıma birdən belə bir sual gəlirdi: ” Yaxşı, tutaq ki sənin Samara quberniyasında 6000 desyatin torpağın, 300 baş atın olacaq, bəs sonra? “, və mən tamamilə çaşıb qalaraq, sonra nə düşünəcəyimi bilmirdim. Yaxud, uşaqları necə tərbiyyə edəcəyim haqda düşünməyə başlayanda, özümə deyirdim: “ Bundan mənə nə? “ Yaxud, xalq necə rifaha, xoş guzarana çata biləcəyi haqda düşünəndə, özümə deyirdim: “ Bundan mənə nə? “ Yaxud, mənim əsərlərimin, mənə gətirəcək şöhrət haqda düşünəndə, özümə deyirdim:” Yaxşı, tutaq ki, sən Qoqoldan, Puşkindən, Şekspirdən, Molyerdən, dünyada bütün yazıçılardan şöhrətli oldun – hə, nə olsun!..” - ...və mən heçnə, heçnə cavab verə bilmirdim. Mənim həyatım dayandı. Mən yeməyi, içməyi, yatmağı, nəfəs almağı bacarır yeməməyi, içməməyi, yatmamağı, nəfəs almamağı bacarmırdım; lakin mən yaşamırdım, çünki elə bir istək yox idi ki, onun razı salınmasını mənasız hesab etməyim. Nəyi isə arzuladıqda, mən artıq əvvəlcədən bilirdim ki, bu
arzuma çatıb çatmayacağımın heç bir əhəmiyyəti yoxdur.

Əgər sehrbaz gəlib istəklərimi həyata keçirəcəyini təklif etsə idi, ondan nə istəyəcəyimi bilməzdim. Əgər sərxoş dəqiqələrimdə arzu deyil, keçmiş arzularımın adətləri varsa belə, artıq ayıq dəqiqələrimdə mən bilirəm ki, bu yalandır və arzu olunmalı heçnə yoxdur. Mən hətta həqiqətin nə olduğunu bilmək istəmirdim, çünki başa düşürdüm, həqiqət odur ki – həyat boş mənasız şeydir.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)