Edebiyyat.az » Proza » Modernizm

Modernizm

Modernizm
Proza
Necef Esgerzade
Müəllif:
20:53, 04 sentyabr 2019
2 255
0
XX əsrin ictimai-siyasi, iqtisadi, mədəni, elmi-texniki sahələrində baş verən köklü keyfiyyət dəyişiklikləri incəsənətə böyük təsir göstərmişdir. Qarmaqarışıqlıq ideyası, yəni varlığın irrasional, dərkedilməz, absurd olması anlayışı və insanın dünya ilə əlaqəsinin pozulması Modernizmin əsas ideyalarındandır. Bütün mədəniyyət xadimlərinin yaradıcılığı keçmişdə qaldı, varlığı tam əhatə edən əsərlər artıq yoxdur. Bədii əsərlərin mövzusu, modernistlərə görə, elmi tədqiqatın və fəlsəfi əsərlərin mövzusu kimi dar, natamam, tək, təsadüfi, xarici, empirik məlumatlar ilə məhdudlaşır. İncəsənətin və fəlsəfənin xarakterlərinin oxşarlığını qeyd edərkən, onların eyni zamanda bir-birindən kəskin fərqləndiklərini də nəzərə almaq lazımdır. Modernistlər göstərirlər ki, əgər incəsənət əsəri hətta dar, na-tamam, məhdud sahədə gerçəkliyi əks etdirərkən öz simasını saxlaya bilirsə, fəlsəfi təlim dünyanı bütövlükdə dərk etmək və onun hər bir hissəciyini bütöv ilə əlaqələndirmək qabiliyyətini itirərkən öz simasını da itirir, öz mahiyyətindən imtina edir, mənəvi fəaliyyətin hansısa başqa formasına çevrilir.  
1966-cı ildə Parisdə tarixçi vo filosof Mişel Fuko (1926-1984) “Sözlər və əşyalar” adlı kitabını çap etdirir və bunula da postmodernizmin başlanğıcını qoyur. J.-F.Liotarın (1924-1998) «Postmodernin vəziyyəti» kitabı isə postmodernizmin geniş yayılmasına səbəb oldu.
XX əsrin axırlarından başlanan dövr Qərbdə postmodernizm adlanır. Mədəniyyət çox sürətlə dəyişən mühitin tələblərinə cavab verməlidir. R.İnqlhard (ABŞ) yazır: «Mədəniyyət adətən ləng dəyişir, lakin о son nəticədə, dəyişən mühitin çağırışına cavab verir. Sosial-iqtisadi sahədə baş verən dəyişikliklər fərdin həyat təcrübəsinə təsir edərək bu yolla fərdi səviyyədə əqidələrin, mövqelərin və dəyərlərin yenidən formalaşmasına kömək edir. Mədəniyyətlər birdən-birə dəyişmir. Yetkinliyə çatarkən insanlar adətən necə olmasından asılı olmayaraq dünyaya əvvəldən qazanılmış münasibəti saxlayırlar. Beləliklə, mühitdə baş verən əhəmiyyətli dəyişikliklər adətən daha çox şəxsi təşəkkül illərində yaranan yeni şəraitdə yaşayan nəsillərə təsir edir».

Postmodernizm hər şeydən əvvəl mədəni-intellektual fenomenlərə aiddir. Birinci fenomen «fundamentalizm»dən, yəni biliyin müşahidə edilən faktlar əsasında yarandığını təsdiq edən elm fəlsəfəsindən imtina etməklə bağlıdır. İkinci fenomen bütün bilik, zövq və mülahizələrin parçalanması ilə, deməli, ilk növbədə universal deyil, lokal sahələrə maraq ilə əlaqədardır. Üçüncü fenomen kitabın teleekran tərəfindən sıxışdırılması, sözdən obraza, məntiqdən tamaşaya keçmək ilə əlaqədardır.
İlyinin postmodernim haqqında kitabının üz qabığıPostmodernizm tədqiqatçılarının çoxu hesab edir ki, bu cərəyan əvvəlcə bədii mədəniyyət (ədəbiyyat, arxitektura və b.) sahəsində meydana gəlmiş və sonradan başqa sahələrə də keçmişdir (fəlsəfə, siyasət, din, elm).
Öz zamanında modernist incəsənətin yaradıcılarını cəlb edən transsendental ideallardan imtina etmək, mədəniyyətin demokratikləşdirilməsi və ali dəyərlərin aşağı salınması haqqında postmodernist ideyalar bədii yaradıcılıqda yeni gedişlərin axtarılmasına, adresantların unifikasiyasına təkan verdi. Postmoder-nizmin yaradıcılarından biri hesab edilən M.Haydeggerin fikrincə, ali dəyərlərin aşağı düşməsi — dağıtmağa doğru yönəldilmiş hər hansı kor ehtirasdan, mənasız yeniləşdirmə hərisliyindən baş vermişdir. Bu vəziyyət dünyanı keçid, aralıq məhəlləsi olmaq rolundan xilas etmək zərurətindən doğmuşdur. Mədəniyyətdən imtina etməyin dərəcəsi müxtəlif modernist nəzəriyyəçilər tərəfindən müxtəlif cür başa düşülür: modernist dəyərlərin qətiyyətlə inkar edilməsindən onların müxtəlif yollarla yenidən nəzərdən keçirilməsinə qədər.
Qeyd etmək lazımdır ki, postmodernizm ilk növbədə moder¬nist dəyərləri rədd edir, keçmişin klassik mədəniyyətindən söhbət gedəndə isə onu yenidən nəzərdən keçirməyə, çox cəhətləri qəbul etməyə, artıq işlənib hazırlanmış formaları tətbiq etməyə meyl göstərir.
 
Postmodernist dünyagörüşünə xas olan bir sıra pozitiv cəhətlərin olduğunu göstərmək lazımdır. Postmodernizm təkcə on əsrlərlə mövcud olmuş mədəniyyətin tükənməsi probleminin daşıyıcısı deyil, həm də sonra nə baş verə biləcək məsələləri axtarmaq, gələcək mədəniyyətin yeni mənasını və prinsiplərini müəyyənləşdirmək problemləri ilə də məşğul olur. Postmodernist situasiya özünün və başqalarının mədəni dəyərlərini görmək  və onlara malik olmağın yeni təcrübəsini irəli sürür, müxtəlif  mədəniyyətlərin inteqrasiyasını stimullaşdırır, dünyaya bir bütöv  baxışın yaradılmasına kömək edir, ümumi bəşər mədəniyyətinin formalaşmasına imkan yaradır.
Postmodernistlər Qərbi ittiham etmir, modernizm ilə tradisionalizmi bir-birinə qarşı qoymur və universal ümumbəşəri dəyərlərin mövcudluğunu təkidlə sübut etməyə çalışırlar.
İki növ postmodernizm olduğu göstərilir: konstruktiv və dekonstruktiv postmodernizm. Konstruktiv postmodernizm analitik fəlsəfənin irəli sürdüyü dil oyunları konsepsiyası ilə sıx varislik  əlaqəsindədir. Dekonstruktiv postmodernizm fransız poststruktralizminin varisidir.
Fəlsəfi postmodernizm hermenevtikadan başlamış Frankfurt məktəbinin tənqidi nəzəriyyəsi və analitik fəlsəfəyə qədər bir sıra fəlsəfi cərəyanlardan kənarda mövcud ola bilməz. Postmo¬dernizmin əlaqədə olduğu tərəfdaşları var: romantizm və klasssizmdən başlayaraq kubofutorizm və postimpressionizmə.
Modernizmlə birlikdə törəyən ideologiyaların ən böyük yanlışlığı da onların din əxlaqı olmadan da yaşaya biləcəklərini düşünmələridir. Bu isə həddindən çox böyük yanlışlıqdır. Din olmadan, Allah qorxusu olmadan, axirət gününə inam olmadan həqiqi mənada sevgi, hörmət və gözəl əxlaqın yaşanması mümkün deyildir. Post-modernizm isə, modernizm tərəfindən söhbətaçılan dəyər və hədəflərin anlamsızlığını dərk edən, ancaq bu doğru seçimdən yola çıxaraq, heç bir mütləq dəyər və hədəf tapılmadığı kimi səhv bir nəticəyə gələn bir düşüncədir. Post-modernistlərin ən böyük yanlışlığı, söz mövzusu «relativizm»dir, yəni bütün dəyər və inancların insanlara görə dəyişən, «relatif» fikirlər olduğu şəklindəki yanlışlıqdır. Həqiqətdə, insanın varlıq hədəfini göstərən çox önəmli bir həqiqət vardır. İnsanı Allah xəlq edib və insan bütün ömrünü Ona borcludur. Modernizm, bu həqiqəti rədd edib və ya gözardı etmişdir. Postmodernizm isə, bu həqiqəti «relatif bir fikir» kimi göstərməklə, bənzər bir aldanışa düşməkdədir. Postmodernizm insanlıq üçün bir qurtuluş deyildir. İnsanlığı heç bir mütləq dəyərin və hədəfin tapılmadığı fikri bir xaosa sürükləyən bir başqa aldanışdır. Bundan çarə insanın həqiqi hədəflərini anlamaqdır. Son iki əsrdə yaşanan bütün təcrübələr, bu gün insanlığın böyük əksəriyyətinin yaşadığı əxlaqi iflas və bu iflasın səbəb olduğu fəlakətlər, həm modernizmin həm də modernizm sonrası ortaya çıxan bütün din xarici axımların sonunu gətirmişdir. Bugün artıq materyalizm və ateizm, dolayısı ilə bu fikirləri dirək alan bütün ideologiyalar, sürətlə çökməkdədirlər. Darvinin ardından, Huxley və Russell kimi ateistlər və agnostiklər, həyatın tamamən təsadüf və təkamülün də radikal tərzdə hədəfsiz olduğunu göstərən bir təzə təməllər idi. Başda elm sahələri olmaq üzərə, materializmin dəydiyi bu böyük məğlubiyyət, materyalizmdən həyat tapan postmodern dünyagörüşünün də yox olmaya üz tutduğunun önəmli bir işarətidir.
post modernizm
İnsanlar haqq din olmadan nə şəxsi nə də ictimai sorğularına arxayıncılıq gətirə birələk cavablar tapa bilməzlər. Tarix boyunca din maarifi və əxlaqı olmayan cəmiyyətlərin tarixə qoyub getdikləri qaranlıq məsələlər hələ də qarşımızda problem olmuşdur. Əksəriyyəti belə kütlələr təşkil etdiyindən onların sualları da qalaraq cəmiyyətə mənfi təsir etmişdir. Adəm oğlu ilahi nurdan uzaq düşdüyü təqdirdə həm özü həm də cəmiyyəti sıxıntı və problem içində yaşayacaqdır. Çarə isə açıq və aydındır. Allahın bizlərə haqq olaraq göndərdiyi kitab və məsumların təfsirləri bizim üçün həyatın bütün sahələrini əhatə etmişdir. Bunlara riayət etdikdə insanı gerçək xoşbəxtlik tapır. İnsanlığın da azadlığı Rəbbin bizim üçün təyin etdiyi İslamdadır. Son zamanlarda insanlıq materializm caynaqlarından özünü qurtarıb, haqq tərəfə yönəlməkdədir.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)