Andre Morua - Yaşamaq elminin dörd qaydası
Proza
Sizə köhnə mənəvi dəyərlərin keçmişdə qaldığını təlqin eləyiblər. Bu yalandı. Əgər müasir insana diqqətlə baxsanız, söz örtüyünün altında tapdığınız insanın bütün dövrlərdə eyni olduğunu görəcəksiniz.
Yazıçılar klassik mədəniyyətin sona çatdığını bağırırlar. “Faktlar amansızdı, — onlar deyirlər. — Qətiyyən şübhə yoxdu ki, XX əsr bəşəriyyətin beşminillik inkişaf mərhələsinin – böyük klassik mədəniyyətlər erasının — sonudur və biz yeni eranın kandarında dayanmışıq… Onun keçmişlə heç bir ortaq nöqtəsi olmayacaq; əvvəllər yenilənmiş ruh tarixlə şərtləndirilmiş cismə keçib; artıq təzə ruh təzə vücudu canlandıracaq”.
Təzə vücudda təzə ruh? Belə şey qətiyyən olmayacaq. Mən heç bir təzə vücuda inanmıram. Məgər bizim ürəyimiz, böyrəyimiz, arteriyalarımız, sinirlərimiz ibtidai insanlardakılarla eyni deyil.
O ki qaldı ruha… Mənəvi dəyərlər – çürük əxlaqçıların mənasız uydurması deyil.
Onları buna görə dəyər adlandırırıq. Çünki onlarsız nə cəmiyyətin sonrakı inkişafı mümkün deyil, nə də xoşbəxt həyat.
Başlanğıc üçün bu dünya qədər qədim olan bir neçə həqiqəti sizin yadınıza salacam. O həqiqətləri ki, nə texniki tərəqqi, nə də nihilist fəlsəfə onları ləğv etməyə qadir deyil.
Birincisi, təkcə özün üçün yaşamaq olmaz. Yalnız özü haqqında düşünən insan özünü bədbəxt hiss eləməkdən ötrü hər zaman minlərlə səbəb tapacaq. O, heç vaxt eləmək istədiyi və eləməli olduğu şeyləri reallaşdırmayıb. Öz fikrincə layiq olduğu şeylərin heç birini almayıb. Nadir hallarda sevilmək istədiyi qədər sevilib. O, daima öz keçmişində eşələnərək yalnız peşmanlıq, bir də vicdan əzabı hiss eləyəcək. Yeri gəlmişkən, bunların hər ikisi mənasızdı.
“Bizim səhvlərimiz unudulmağa məhkumdu, onlar başqa heç nəyə layiq deyil”.
Onsuz da keçmişin üstündən xətt çəkmək qeyri-mümkündü, yaxşısı budu, nəticəsi ilə fəxr edə biləcəyiniz bir indi qurun. İnsanın öz-özü ilə mübarizə aparması- ən böyük pislikdi.
Başqaları üçün – öz ölkəsi üçün, bir qadın üçün, yaradıcılıq üçün, aclar və səfillər üçün — yaşayan hər kəs öz kədərini və xırda məişət qayğılarını sanki sehrli çubuğun köməyi ilə unudur.
“Əsl zahiri dünya — əsl daxili dünyamızdı”.
İkinci qayda: hərəkət eləmək lazımdı. Dünyanın absurd olduğundan şikayətlənmək yerinə taleyin bizi atdığı balaca guşəni dəyişməyə çalışaq. Kainatı dəyişmək bizim imkanlarımız xaricindədi, heç buna can atmırıq da. Bizim hədəflərimiz daha yaxın və daha asandı: öz işinlə məşğul olmaq – onu doğru seçmək, dərindən öyrənmək və o işdə ustalığa nail olmaq.
Hər kəsin öz fəaliyyət sahəsi var: mən kitab yazıram, xarrat mənim üçün kitab şkafı düzəldir, nəzarətçi küçə hərəkətini tənzimləyir, mühəndis sxemlər çəkir, mer kommunanı idarə eləyir. Əgər insan hər hansı peşəyə mükəmməl şəkildə yiyələnibsə, işi ona xoşbəxtlik gətirir. İnsanlar hətta asudə vaxtlarında da əliboş oturmurlar – onlar, ilk baxışda faydasız görünən işlərlə — oyun oynamaqla, idmanla- məşğul olurlar. Reqbiçi hətta rəqibi onu palçığın içinə yıxanda da xoşbəxt olur. O ki qaldı faydalı işlərə, biz onların nəticələrinə sevinirik: mer şəhərdə nizam-intizamın qorunmasına nəzarət eləyir, keşiş yanına gələn möminlərə tövsiyələr verir — və hər ikisi öz zəhmətinin bəhrəsindən zövq alır.
Üçüncü qayda: insan iradəsinin gücünə inanmalıdı. Gələcəyin əvvəldən axıra və bütünlüklə yazıldığı fikri doğru deyil. Dahi insan tarixin gedişatını dəyişməyə qadirdi. İstəməyə cəsarəti çatan insan öz gələcəyini dəyişə bilər. Təbii ki, bizim heç birimiz qüdrətli deyilik; insan azadlığının sərhədləri var. O, imkanlarının və arzularının sərhədində yaşayır. Mənim müharibəyə mane olmaq qüdrətim yoxdu, ancaq şifahi və yazılı çağırışlarım milyonlarla başqa insanların çağırışlarına qoşulub müharibə təhlükəsini azalda bilər. Həmvətənlərimə “sizi təhqir eləyiblər və şərəfiniz öz həyatınız, ölkənizin həyatı bahasına qisas almağı tələb eləyir” cümləsini hər fürsətdə, səbəbli və səbəbsiz təkrarlamamaq mənim özümdən asılıdı. Mənim savaşda qalib gəlməyə gücüm çatmaz, ancaq igid əsgər olmaq və borcumu yerinə yetirmək öz əlimdədi.
Və bir halda ki “bizim imkanlarımız bacardıqlarımızdan asılıdı”, onların məhdudluğu haqqında düşünmədən həmişə formada olmaq lazımdı. İnsan özünə güzəşt eləyəndə tənbəlləşir, qorxaq olur: amma iradəsinin gücü ilə özünü vicdanla işləməyə və qəhrəmanlıqlar eləməyə zorlayır. Bəlkə də iradə gözəl məziyyətlərin şahıdı.
Dördüncü qayda da son dərəcə vacibdi: Sədaqətli olmaq lazımdı. Başqalarına və özünə verdiyin sözə, götürdüyün öhdəliklərə sadiq olmaq, heç vaxt heç kimi yarı yolda qoymayan insanlardan olmaq lazımdı. Sədaqət – ağır məziyyətdi. İnsanı yoldan çıxara biləcək minlərlə tamah var. İndi deyəcəksiniz ki “Necə? Deməli, əgər mən işvəkar, yalançı və səfeh qadınla evlənmişəmsə, ondan ayrıla bilmərəm? Əgər seçdiyim peşə məni məyus eləyibsə, onu dəyişə bilmərəm? Əgər mənim üzv olduğum təşkilat bütünlüklə alçaq, acgöz riyakarlardan ibarətdisə, ləyaqətli insanların qurduğu başqa bir təşkilata keçə bilmərəm?”
Xeyr. Sədaqət kor-koranə olmamalıdı. Ancaq unutmayın ki, adətən, sədaqətsizliyin altında uğursuz seçimlərdən daha çox adi vasvasılıq yatır. Alen yazır: “İnsan heç nə eləmədən oturanda istənilən seçim pisdi, ancaq istəyəndə hər bir seçim uğurlu ola bilər. İnsan ixtisasını həmişə kor-koranə seçir – axı, onu yalnız seçim eləyəndən sonra öyrənmək mümkündü. Sevgi də belədi”.
Bununla belə həmişə (ya da, demək olar ki, həmişə) qadını tərbiyə eləmək, seçdiyin sahədə məhsuldar işləmək və təşkilatın ruhunu dəyişmək mümkündü. Sədaqət öz zəminini özü yaradır.
Bəlkə bu həyat qaydaları sizə həddindən artıq sərt və həddindən artıq ümumi təsir bağışlayacaq. Mən bunu çox gözəl başa düşürəm, amma başqa nəsə tövsiyə eləyə bilmərəm. Mən sizdən həyatınızı sərt qaydalara əsasən yaşamağınızı tələb eləmirəm. Özünüzdə yumor hissini inkişaf etdirin. Öz- elə mənim də- sözlərinizə və əməllərinizə gülməyi bacarın. Əgər zəifliklərinizin öhdəsindən gələ bilmirsinizsə, onlarla barışın, amma nəyin sizə güc verdiyini də yaddan çıxartmayın.
Vətəndaşları təkcə əyləncə və mənsəb haqqında düşünən istənilən cəmiyyət, ədalətsizliyə və zorakılığa şərait yaradan istənilən cəmiyyət, insanların bir-birinə cüzi də olsa, güvənmədiyi istənilən cəmiyyət, üzvləri məqsədsiz yaşayan istənilən cəmiyyət – məhvə məhkumdu.
Nə qədər ki Roma qəhrəmanlar şəhəri idi, çiçəklənirdi. Elə ki onu yaradan dəyərləri unutdu, məhv oldu.
Texniki tərəqqi fəaliyyət növlərini dəyişir, ancaq fəaliyyətin əhəmiyyəti və ona olan tələbat dəyişməz qalır.
Əvvəllər belə olub və həmişə belə olacaq.

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
F.ENGELS - AİLƏNİN, XÜSUSİ MÜLKİYYƏTİN VƏ DÖVLƏTİN MƏNŞƏYİ
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Ziqmund Freyd - Biz və ölüm
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Mario Varqas Lyosa - Ədəbiyyatsız Dünya