Edebiyyat.az » Proza » Lamiyə Məmmədova - Soyuq otaq

Lamiyə Məmmədova - Soyuq otaq

Lamiyə Məmmədova - Soyuq otaq
Proza
nemət
Müəllif:
23:31, 23 fevral 2019
2 282
0
Lamiyə Məmmədova - Soyuq otaq



   Məni bura bir saat əvvəl gətirdilər. Olduqca soyuq bir otaqdır. Burada məndən başqa biri qadın olmaqla 3 nəfər də var. Qadın və kişilərdən biri yaşlıdır. Birinin isə 19 yaşı ancaq olar. Yaşlı kişi kimsəsiz idi. Küçədə soyuqdan və aclıqdan əldən düşdüyü üçün burada idi. Yaşlı xanımı isə qocalar evindən gətirmişdilər. Oğlunu gözləyirdi. 19 yaşlı gənci bura oğurladığı maşın gətirmişdi. O da valideynlərini gözləyirdi. Mən də... mən də məni çox sevən həyat yoldaşımı gözləyirdim. Soyuğa dözə bilmirdim. Buna görə də çox az danışırdım. Aramızda ən çox danışan yaşlı kişi idi. Danışanda dilin donmur?-deyə soruşdum. Gülümsəyərək dedi:
 - Cavan oğlan, mən soyuğa vərdiş etmişəm. Buzu çarpayı bilib yatdığım gecələr az olmayıb.
    Ən birinci 19 yaşlı gəncin valideynləri gəldi. Daha sonra yaşlı xanımın oğlu gəldi. Növbədə mənəm deyə düşündüm. Amma əksi oldu. Heç gözləmədiyimiz anda çox danışan qocanın varlı nəvəsi gəlib onu apardı. Buz kimi otaqda mən tək qaldım.
                                      * * *
Mənim 30 yaşım 4 gün əvvəl tamam olmuşdu. Məni çox sevən həyat yoldaşım və yüksək gəlirli işim var. Təbii ki, bu kənardan belə görünür. Yüksək gəlirli işim var, amma hər gün bu işə getmək cəhənnəmə getməyə bərabərdir. Həyat yoldaşım da var, amma o məni o qədər də çox sevmirmiş. Onunla tanışlığımız universteti bitirən gün bütün tələbələrin iştirak etdiyi ziyafətdə oldu. Çox gözəl idi. Deyə bilərəm ki, ziyafətdə olan ən gözəl qız o idi. Həmin gündən sonra onunla görüşməyə başladıq. Atası böyük bir şirkətin hüquqşünası idi. Çox varlı idilər. Mən isə kasıb biri. Biz tanış olduğumuz gündən 5 ay sonra evləndik. Başqa varlı ailələr kimi mənim kasıb olduğumu problemə çevirmədən ilk elçilikdə razılıq verdilər. Toyumuz gözəl keçdi. Evləndiyimiz gün atası mənə işlədiyi şirkətdə vəzifə verildiyi haqda mavi rəngli qovluq verdi. Mən bir-bir səhifələri çevirərək imza atdım. Və artıq şirkətin işçisi idim. Xoşbəxt idim. Evləndikdən sonra onunla birlikdə tez-tez tədbirlərə gedirdik. Çox sevinirdim. Belə tədbirlərdə iştirak etdiyim üçün qürurlanırdım. Sonralar bütün bunlar məni yormağa başladı. Şirkətdə özümü artıq hiss edirdim. Müdir tapşırıqla işə götürüldüyümü hər dəfə mənə tənə edirdi. İşdən yorğun gəlib yatırdım. Artıq həyat yoldaşımla nə gəzintiyə, nə tədbirə, nə qonaqlığa gedirdim. Heç özü də təklif etmirdi. Evdən işə, işdən evə. Aramızda soyuqluq yaranmışdı. Evdə çox az söhbət edirdik. Əvvəl getdiyi yer haqqında məni məlumatlandırmaq üçün mesaj yazar yaxud zəng edərdisə, artıq buna lüzum olmadığını düşünürdü. Ona görə də heç bir məlumat vermirdi. Bir gün işdə olarkən plan qurdum. Həyat yoldaşıma sürpriz edəcəkdim. Uzun müddət idi birlikdə nəsə etmirdik. Həm də bu gün ad günüm idi. Amma bu saata qədər ondan və ailəsindən savayı hamı məni təbrik etmişdi. Bunu özümə dərd etmədim. Bahalı restoranlardan birinə zəng edib xüsusi masa hazırlatdım. İşdən çıxan kimi zərgərlik mağazasına gedib çox gözəl boyunbağı aldım. Ona zəng etdim açmadı. Evə çatana qədər bir neçə dəfə zəng etdim ki, hazırlaşmasını deyim . Amma o telefonu açmadı. Evə çatdım. Evdə də yox idi. Zəng etdim. Bu dəfə zəng çatmadı. Bütün sürpriz məhv oldu. Zəng edib gəlməyəcəyimizi dedim. Evə çox gec gəldi. Rəfiqələri ilə bərabər olduğunu dedi. Mən də heç nə demədim. Səhər bütün qəzetlər, saytlar tanınmış hüquqşünastın qızının həyat yoldaşına xəyanəti haqda məqalələr yazırdı. Başlığı və ikisinin birlikdə fotosunu görəndə boğazımda düyün əmələ gəldi. Nəfəs ala bilmədim. Gözlərim hədəqəsindən çıxmağa az qalmışdı. Başımı kompyuterin ekranına yaxınlaşdırdım. Elə bilirdim nələrisə səhv görürəm. Amma hər şey çox aydın şəkildə şərh olunmuşdu. Bu yanındakı axmağ görünüşlü, vicdansız adam həyat yoldaşımın uşaqlıq dostu idi. Deməli aramızda soyuqluğun yaranmasına səbəbkar O imiş. Həyat yoldaşımın tədbirlərə tək getməsi, dünən evdə olmaması buna görə imiş. Ayağa qalxıb otaqda aşağı yuxarı gəzdim. Pəncərənin önünə keçib bir tayını açdım. Təzədən masama yaxınlaşıb bir stəkan su içdim. Heç bir təsiri yox idi. Kobinetimdən çıxdım. Özüm də bilmirdim nə edirdim, hara gedirdim. Kolidorda qarşıma bir neçə nəfər çıxıb iclas olduğunu bildirdi. Heçnə görmür, eşitmirdim. İşçilər iki-iki, üç-üç dayanıb nəsə müzakirə edir, mənə baxırdılar. İti addımlarla qaraja çatıb maşına oturub, ən yüksək sürətlə şirkətdən uzaqlaşdım.
                                                                           * * *
   Şəhərdən xeyli kənarda qəza törətmişdim. Məni iki gün sonra gənc ailə tapıb polisə məlumat vermişdi. İndi də burada idim –morqda. 5 saat ərzində daxili orqanlarımın buz olduğunu hiss etdim. Görəsən günlərdi burada olanlar necə dözür deyə düşündüm. Kədərli idi. Hamı gedəndən sonra təklik və soyuq məni pis vəziyyətə salmışdı. Görünür o gəlməyəcək. Yəqin indi sevgilisi ilə birlikdədir. Mənim harda olmağım ona heç maraqlı da deyil. Bu fikir məni əsəbləşdirdi. Bu an həkim və yanında tibb bacısı içəri girdi. Həkim gənc tibb bacısından mənim dalımca kiminsə gəldiyi haqda soruşdu:
 -Xeyr heç kim gəlməyib.
 - Hmm... bu qədər imkan, vəzifə boşuna imiş...
 - Həkim, elə bilirəm ki, son yayılan söhbətlərdən sonra onun dalınca kimsə gəlməz.
 - Bu gecə qalsın. Sabaha bir şey düşünərik.
Bu sadəcə dəhşət idi. Deməli gecəni bu soyuq otaqda keçirməli olacaqdım.Bu an içimdən tək bir istək keçdi. Kaş Mayaya məni kimsəsizlər qəbristanlığında basdırmalarını deyə bilərdim. Onsuzda kimsə gəlməyəcək. Soyuq otaqda gecələmək istəmirəm.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)