Etgar Keret - To th Moon and Back
Proza
Etgar Keret - To th Moon and Back
Oğlumun doğum gününü bir gün sonra qeyd edirəm. Bu həmişə ya 1 gün əvvəl ya da sonra... Niyə? Çünki cənab hakim uşağın ad günündə anası ilə birlikdə olmağına qərar vermişdi. Hər nə qədər anası ofisdə ona təbəssüm edən hər axmaqla mazaqlaşan biri olsa da. Ata isə o qədər də vacib deyil...
Lidor ilə mall-a getdik. Hədiyyə almayacağıq. Sonuncu dəfə bura gələndə ona dron almışdım. Nə az, nə çox 89 dollar! Qutunun içərisinə dronu idarə edən pult üçün batareya da qoymamışdılar. Mall-a bunun üçün gedirik, bəli məhz batareya almağa. Amma Lidora əylənmək üçün getdiyimizi deyirəm. Başqa nə deyə bilərəm axı? Atan hədiyyəni 1 gün gec verdi, üstəgəl də qutunun içərisində batareyanın olub-olmadığına baxmadı. Bunu heç cürə deyə bilmərəm.
Qancıq... Dünən ona partiyə gəlməyimə icazə ver, 10 dəqiqəliyinə uşağı görmək istəyirəm demişdim. Oğlanı öpüb, şamları üfürərkən şəklini çəkəcədim, sonra isə gedəcəkdim. Təhdidləri, uzaqlaşdırma qərarını filan xatırlatdı. Mənimlə danışarkən hüquq məsləhətçisi sevgilisinə mesaj yazırdı, klaviyaturasının səsini eşidirdim... Məni binanın həndəvərində görərsə həyatımı məhv edəcəyini dedi. Lidora get nə istəyirsən seç deyirəm, amma tək bir şey olsun, istədiyini alacağam.
Lidor dronu uçurtmaq, sonra mall-a getmək istəyirdi. Amma pultda batereya yox idi, bunu isə deyə bilməzdim. Ona 3-cü mərtəbədəki şirniyyat mağazasına, Süngər Bob şarları satılan dükana gedəcəyimizi deyirəm. Orada ona istədiyi hər hansı bir hədiyyəni alacağımı söyləyirəm. Lidor bu təklifimi bəyənir, yenə də daha əvvəl dronu uçurtmağı təkid edir. Ona yalan deyirəm, alış-veriş mərkəzinin tez bağlanacağına inandırıram. Bəxtim gətirib ki, o buna inanacaq qədər kiçikdir. Günorta saat 3-də Ticarət Mərkəzində qələbəlikdir. Oğlumun ad gününə görə işdən yarım gün icazə almışam. Deyəsən ölkədə işləyən tək adam mənəm. Lidor isə çox şirindir, daim təbəssüm edir, digər uşaqlardan fərqli olaraq mızıldamır. Sırada gözlədiyimiz anlarda belə sakitdir. Eskalatorun tərs tərəfi ilə hərəkət etməyə çalışır. Məni də özünə qoşur. Yuxarı çıxmaq üçün əks tərəflə var gücümüzlə irəliləyirik. Eyni həyatda olduğu kimi. Digər tərəfdəki yaşlı bir qadın bizimlə mübahisə edir. Öz-özümə düşünürəm ki, bir neçə il ömrü qalıb, həyatını sakit keçirmək yerinə bizə ilişir. Ona cavab vermirəm. Nəhayət 3-cü mərtəbəyə çatırıq. Şirniyyat mağazasında görməyə öyrəşdiyimiz sarı dişli o qadın yoxdur. Yerinə üzü sızanaqlarla dolu yeniyetmə bir oğlan var. İlahi, bu uşaq necə arıqdır, mənə kürdanı xatırladır. Lidora nə istəyirsən seç, istədiyini alacağam deyirəm. Oğlan həyəcanlanır. Aptekə girmiş narkoman kimi dükanda gəzməyə başlayır. Rəflərə baxıb nələrisə əlinə alır, sonra yerinə qoyur. Bu ərəfədə fürsəttən istifadə edib batereya alıram. Yeniyetməyə pulu önündə tutduğum halda niyə almadığını soruşuram. Ağzındakı saqqızı çeynəyərək uşağın qərar verməsini gözlədiyini deyir. Kassanın, pulu ayrı-ayrılıqda deyil, 2-ni də birlikdə qəbul edəcəyini deyir. Ondan pulları ayrı-ayrılıqda almağını tələb edirəm. Uşaq bura gəlmədən surpriz etməli olduğumu deyirəm. Pulun qalığını qəpiklərlə verir, kassada kağız pul qalmadığını deyir. O anda Lidor yanımıza gəlir. "Ata nə aldın" deyə soruşur. Heç, saqqız deyirəm. Bəs saqqız hanı deyə soruşur.
-Uddum.
-Amma saqqız udmaq pis şeydir, mədəyə yapışır. Sızanaq sifət qəhqəhə çəkir.
Mövzunu dəyişdirərək, hədiyyə istəyirsən ya yox bir şey seç deyirəm. Bunu istəyirəm deyərək kassanı göstərir. Kassa satış üçün deyil, başqa bir şey seç deyirəm. Lidor israr edir, ata mənə söz verdin deyir. İstədiyim şeyi alacaqsan deyir. Lidor "Yalan dedin sən" deyə bağırır, var gücü ilə qıçıma təpik vurur. "Anam düz deyirmiş yalançısan sən!"
Gözləmədiyim bir şəkildə təpik ağrıtdı, əsəbiləşmişdim. Özümü ələ almalıyam, oğlumu dünyada hər şeydən çox sevirəm. Bu gün xüsusi bir gündür, oğlumun doğum günü. Daha doğrusu ad günündən ertəsi gün. Qancığı xatırladım... Yeniyetməyə soyuqqanlılıqla bu kassa üçün nə qədər ödəməliyəm deyə soruşuram. O isə mənə "6 yaşın filan yoxdur ki?" bu satış üçün deyil deyə cavab verir. Məni küncə sıxışdırır, tərəfimi seçməliyəm ya Lidor ya da o. Əlimi ona uzadıb min şekel deyirəm, razı olsa aşağıdakı ATM-dən pulu çəkib kassanı alacağam. Oğlan burada sadəcə işçi olduğunu , bunu almaq üçün müdirlə görüşmək lazım olduğunu deyir. Dükanın sahibi kimdir o sarı dişli qadın? Ona zəng etməyini, bu pula yenisini, bundan daha yaxşısını ala biləcəyini söyləyirəm. Lidor mənə super qəhrəmanmışam kimi baxır. Oğlunuzun sizə bu cür baxmasından gözəl bir şey ola bilməz. Taylandakı tətildən daha gözəldir. Oral seksdən daha gözəldir. Layiq olan birinə yumruq vurmaqdan daha gözəldir. Kassiri itələyib yenidən zəng vurmağını tələb edirəm. Əsəbi olduğum üçün yox, oğlum üçün... Sızanaq-sifət telefonla astadan danışaraq bizdən uzaqlaşır. Hara getsə onu izləyirəm, Lidor da arxamızdan gəlir. Lidor xoşbəxt görsənir. Daha əvvəl onu evdən götürəndə çox sevinmişdi, indi isə uçur...
Yeniyetmə yox deyir. Telefonu əlindən qapıram. Bu Lidorun gülməsinə səbəb olur.
-Tirza, salam, mənəm Gabi, sadiq müştərinəm. Bəlkə də adımı bilmirsən, amma üzümü görsən tanıyarsan. Əlaçsız qalmışam. Min şekelə yeni kassa alarsınız. Sənə minnətdar olaram.
-Min şekeli necə qəbul edəcəyik bəs? Pullar kassada qeyd olunmalıdır.
-Bu günlük kassadan istifadə etməsən olmaz? Sanki qarşında vergi müfəttişi filan var... O, telefonu kassirə verməyimi istəyir. Bir dəqiqəyə yaxın danışdıqdan sonra "Yox, mümkün deyil!" deyir. Lidor ciddi səslə "Kassanı istəyirəm, mənə söz verdin" deyir. 2000 verə bilərəm deyirəm, amma ATM-dən bir dəfədə sadəcə 1000 çəkə bilirəm qalanını sabah gətirərəm, vəsiqəmi burada qoya bilərəm. Oğlan "Tirzanın atası vəfat edib, yasdadır" ona bir daha zəng etməməyimizi söylədi. Əlimi yeniyetmənin çiyninə qoyub təsəlli edirəm. Ona bir daha 2000 şekelin böyük pul olduğunu xatırladıram. Tirzanın başı qarışıq olduğundan pulun nə qədər olduğunu anlaya bilmir, sənin rədd etdiyini eşitsə çox əsəbiləşər. Kassanı açıb rəfdəki pulları onun cibinə qoyuram. Məni burada gözlə min şekellə qayıdacam. Mağazalar kassalarını satmaz deyir. Lidoru alıb ATM-ə gedirəm. Başqa vaxtı problem çıxaran bu aparat bu gün min şekeli 200-lük əskinaslar halında qusur. Qayıdanda bığlı, tərli, kök bir adamın sızanaq-sifətlə danışdığını görürəm. Adamı tanıyıram, yan tərəfdəki qasidin sahibidir. Yeniyetmə barmağı ilə məni göstərir. Pulları masaya qoyuram. Sonra cibinə doldurmağa çalışıram. Onu bezdirmə deyir gombul. O hələ uşaqdır. Oğluma söz verdim nə etməliyəm axı. Kök adam Lidoru təbrik edir, dondurma təklif edir. Onunla danışarkən gözlərini mənə zilləyir. Lidor yenə təkid edir və kassanı istədiyini deyir. Dondurma satan adam "Kassa sənin nəyinə lazımdır axı" deyir. Bizim qasiddə də köhnə bir dənəsi var, amma işlətmirik. Bunun yerinə atan sənə kinectli xbox alsın. Bu fikir ağlıma yatır. Digər tərəfdən Lilia bu kassanı görsə məni danlayacaq. Lidor qıçıma sarılır və kassa deyir. Adama mənə kömək et deyirəm, o isə mağaza mənim deyil nə edə bilərəm axı deyir. Oğlana problem yaratsa polisə zəng et deyir və oradan uzaqlaşır. Həqiqi qəhrəman...
Min şekeli masaya qoyuram kassanın kabellərini dolayıram. Lidor çəpik çalır. Sızanaq-sifət polisə zəng edəcəyəm deyir. Telefonu yenə onun əlindən alıram. Niyə belə edirsən axı? Bu gün oğlumun doğum günüdür, hər kəs xoşbəxtdir, bizə maneə olma. Oğlan qaçaraq mağazadan uzaqlaşır. Lidora təbəssümlə kassanı götürüb evə gedək və anaya nə aldığımızı göstərək deyirəm. O isə yox əvvəl dronu uçurdacayıq deyir. Hə deyirəm, amma bu kassa ağırdır 2-ni eyni anda daşıya bilmərəm. İndi kassanı götürək sabah dərsdən sonra parkda dronu uçurarıq. Lidor bir anlıq fikirləşir və indi dron sabah kassa deyə cavab verir. Sızanaq-sifət yanında mühafizəçi ilə mağazaya daxil olur. Mühafizəçinin "Nə edirsən?" sualına bu gün oğlumun doğum günüdür, onu güldürməyə çalışıram deyə cavab verirəm. Lidoru təbrik edir və bizim oranı tərk etməyimizi tələb edir. Hə deyə Lidor sevinir, nəhayət ki dron uçurdacayıq. Lidor və mən parkta dronla oynayırıq. Broşürdə 40 metrə kimi uzağa getdiyi yazılır amma 15-dən sonra siqnal kəsilir, pərvanəsi dayanır və yerə düşür. Bu Lidoru əyləndirir. "Bu dünyada Lidoru ən çox kim sevir?" deyə soruşuram, "ata" deyə cavab verir. Bəs Lidor atasını nə qədər sevir deyə soruşuram. Dron ətrafında uçarkən çox, çox deyə qışqırır.
"Aya gediş dönüş yolu bu qədər" imiş deyə düşünürəm.
Telefonum cibimdə titrəyir, Lilia olmalıdır. Dron yenidən bizdən uzaqlaşır. O zaman ikimizdə çəməndə qaçıb onu tutmağa çalışacağıq. Lidor məndən əvvəl çatsa, o möhtəşəm qöhqəhəsini bir daha eşidəcəm. Bu çirkli dünyada uşaq gülüşündən daha gözəl bir şey ola bilməz...
(Tərcümə: Ayaz Məlikov)
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
ŞvartsMan - Sukaşnik (hekayə)
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
ŞvartsMan - Başqasının dodaqları (hekayə)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ