Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİNİN “PETROL TARLALARI” ROMANI İSTANBULDA ÇAP OLUNUB

AZAD QARADƏRƏLİNİN “PETROL TARLALARI” ROMANI İSTANBULDA ÇAP OLUNUB

AZAD QARADƏRƏLİNİN “PETROL TARLALARI”                ROMANI İSTANBULDA ÇAP OLUNUB
Proza
Necef Esgerzade
Müəllif:
11:51, 19 yanvar 2020
1 580
0


Yazıçı Azad Qaradərəlinin  “Kuma-Manıç çökəkliyi” romanı İstanbulda Kaynak yayınları Boyalıquşda “Petrol tarlaları” adı ilə çap olunub.  Müəllifin ədəbi bioqrafiyası ilə başlayan kitabda roman haqqında bu sətirlər yer alıb:

            

“Azad Qaradərəlinin “Petrol tarlaları” romanı 20-ci əsrin sonlarında Azərbaycanda baş verən hadisələrin təsiri ilə qələmə alınıb. Ölkənin ikinci dəfə müstəqilliyinə qovuşması, 70 il Sovet işğalında qalan millətin türk kimliyini dərk etməsi, 20 Yanvar 1990-cı il tarixdə rus ordusunun Bakını gülləyə tutması, ermənilərin ruslara güvənərək Azərbaycan torpaqlarını işğal etməsi, bu yöndə əsərin obrazları Haşım Cavanşirov, Hafiz müəllim, Sabir Əhmədov kimi aydınların xalqın qarşısına çıxıb fikir bildirməsi romanda fərqli bir biçimdə anladılmışdır.

            

Əsərdə Lallar kəndinin adamları, Xosrov-Səkinə xətti, sevginin necə olursa olsun axırda zəfər çalması əsrarəngiz bir dillə təsvir edilmişdir.

            

Odlu Diyarıın (petrolla zəngin Azərbaycanın ikinci adı “Odlu Diyar”dır) odlu-atəşli insanlarının duyğuları, gələcəyi görən Yapon Səmədin mistik söhbətləri oxucuları sehrli bir aləmə aparır.”

            

384 səhifəlik romanın nəşriyyat redaktoru Eylül  Yaran Yalçın, Türkiyə türkcəsinə çevirən Oqtay Hacımusalıdır.

            

Müəllif kitabın PDF variantını oxuyaraq dəyərli məsləhətlərini verən qələm dostu Ahmet Yıldıza, nəşriyyatın rəhbəri Tunca Arslana təşəkkürünü bildirir. 

 

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)