Edebiyyat.az » Söhbət » Rauf Ra - ...istənilən fərqlilik istər keçmişə, istərsə də gələcəyə doğru getdikdə öz banallığına dönüşüb "boşboğazlıq" ifadəsini təsdiqləyir...(müsahibə)

Rauf Ra - ...istənilən fərqlilik istər keçmişə, istərsə də gələcəyə doğru getdikdə öz banallığına dönüşüb "boşboğazlıq" ifadəsini təsdiqləyir...(müsahibə)

Rauf Ra - ...istənilən fərqlilik istər keçmişə, istərsə də gələcəyə doğru getdikdə öz banallığına dönüşüb "boşboğazlıq" ifadəsini təsdiqləyir...(müsahibə)
Söhbət
admin
Müəllif:
17:48, 08 avqust 2020
1 810
0
Rauf Ra - ...istənilən fərqlilik istər keçmişə, istərsə də gələcəyə doğru getdikdə öz banallığına dönüşüb "boşboğazlıq" ifadəsini təsdiqləyir...(müsahibə)



- Xoş gördük, Rauf Ra. Nə üçün məhz Ra?
- Xoş gördük, Nemət. Təsadüflərə inandığımdan təsadüfün sonradan düşünüləcək səbəb boşluğunu azacıq mənalandırıb boş qoymamağı sevirəm. "Rauf"un yanına qoyulan "Ra"nın da mənalandırılması eyniylə hansısa bir ağacın budaqlarının yarısından masa və stul düzəldib həmin ağacın yarımçıq kölgəsində oturarkən masanın yarısına düşən gün işığına baxmağa bənzəyir. Yəni "Ra" yarımçıq kimi görünsə də, "Rauf"un yarımlıqdan tamlığa - keçmişə dönüşməsi və ya sadəcə bunu xatırlatmasıdır. Əlbəttə ki, boşboğazlıq olan bu mənalandırma macərasını fərqlilik xatirinə ilkin görünən mif simvolizmi ilə də davam etdirmək olar. Lakin, zənnimcə, istənilən fərqlilik istər keçmişə, istərsə də gələcəyə doğru getdikdə öz banallığına dönüşüb "boşboğazlıq" ifadəsini təsdiqləyir. Eyniylə "Rauf" və "Ra" kimi. (gülür)

- Səncə, Müasir Azərbaycan poeziyasında nə çatmır?
Möhürlənmiş basmaqəlibliyin üzərinə yorulmadan yenidən bənzər möhürlər vurulursa və bu zaman təqlidi realizm sənətdən qəlib realizminə çevirilirsə, bu mənzərə qarşısında sənin sualına məşhur filmimizdəki "emosiya çatışmazlığı" ifadəsinin tam əksi ilə bol olan poeziyamızı düşünüb, elə bu ifadəylə qafiyələnən "poeziya çatışmazlığı"nı xatırlayıb "pis oynamırlar bir az poeziya azdır... poeziya..." cavabını verməkdən özgə çarə qalmır. Təbii ki, əksəriyyətin kənarında qalan imzalar da var. Nə yaxşı ki də var, yoxsa "adə, bir az diri oynayın da..." deyəcək kimsə olmazdı.

- Öz şeirlərinin yazılma prosesindən danışa bilərsən?
- yazı masasından qalxdıqdan sonrakı proseslər haqqında danış desən, susub saatlarla nədən danışacağımı düşünərəmsə, bu halda yazı masasındakı proses haqqında danışmağın, fikrimcə, heç bir mənası yoxdur.

- Nə üçün minimalist şeirlərə üstünlük verirsən?
- Minimalizmin maksimallığın sonundakı maksimal bütövləşmə nöqtəsi olduğunu düşünürəm. Şkala ilə desək, minimallıqdan maksimallığa deyil də, maksimallıqdan minimallıqa qalxan hərəkət çizgisi. Müasir minimalizm sadəcə şrift sayı çərçivəsindəki minimalıqdır. Şrifdən özgə digər ünsürlər isə tamamilə maksimallıq təşkil etməyə çalışmalıdır. Zira şrift azlığının oxucuya verdiyi vaxt çoxluğunu oxucu digər ünsürlərin maksimallığını düşünməyə sərf etməlidir. Təbii ki, digər ünsürlərin minimalizm olmaması kimi bir məcburiyyət yoxdur, fəqət zamanın indiki səhifəsində bütünlüklə minimalizmdən ibarət mətnlər çoxdan izlənilib bitmiş, zəif ssenarili filmlər kimi görünür. Əlqərəz bu sualın cavabı təxəllüslə bağlı verdiyin sualın cavabı da ola bilərdi. Yəni cavablar arasında çox da fərq yoxdur.

- Sən öz yazdığın şeirlərin aqibətini necə görürsən?
- Şeirlərin aqibətinin necə olacağı haqqında nəsə deyə bilmərəm. Çünki hazırki vəziyyət bu barədə düşünməməyin ən yaxşısı olduğunu deyir. Bir növ buna əks paradoksallıq kimi səslənsə də, reallıqdan qaçmaq da, özünü reallıqda saxlamağa çalışmaq da demək olar. Sadəcə bir-birinə əks olan bu iki ifadədən birini seçmək lazımdır. Lakin bu seçimin də "dustaqların dilemması"ndan fərqlənmədiyi reallığını bilirəm. Ən yaxşısı seçim etməməkdir.

- Poeziyadan prozaya keçid nə zamansa mümkündür? Yəni sənin yaradıcılığını nəzərdə tuturam.
- Təbii ki. Onsuz da planlaşdırılan budur. Poeziyada sadəcə kiçik bir kitablıq yol getmək fikrindəyəm. Düzdür, kitab kiçik olsa belə, gediləcək yol həddindən artıq uzundur. Yəqin ki, tələsmədən getmək yarana biləcək bir iz olarsa, həmin izin bir qədər gec silinməsinə gətirib çıxarar.

- Cavablandırdığına görə təşəkkür edirəm. Yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.
- Mən də sənə təşəkkür edirəm, xoş oldu.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)