Edebiyyat.az » Söhbət » Rasim Ramazanoğlu - Yol.

Rasim Ramazanoğlu - Yol.

Rasim Ramazanoğlu - Yol.
Söhbət
admin
Müəllif:
04:18, 09 iyul 2021
2 338
0
Rasim Ramazanoğlu - Yol.






Yolun inşasına təyin edilmiş işçilər yola düşməyə hazır idilər. İnsan keçdiyi  bütün  mərhələlərdə daima yuxarıya çıxaraq aşağıya məsafə saxlayırdı. Bu insanın təbiətində var

desək , yanılmış olarıq. Ya da, tüğyan  edən  olan  insan  üçün normal olmasını düşünək. Bizim cəmiyyət isə digər məsələlərin inkişaf prosesini buna vermişdi sanki. Bu idarənin işçiləri çox

çox nadir hallarda qaynayıb qarışırdı. Yeni yolun inşasına yollanan  işçilər də, iki maşınla, iki qurupa bölünmüşdülər. İşçi sinifi yenə düşünürdü ki, onlara verilən az imkanla

yenə dayanıqlı yol inşa edəcəklər. Rəhbərlikdə olmayan bir qurup(çox halda çoxusu)rəhbərlik  düşüncəsiylə bu yoldan da əlavə pul tutmağı düşünürdülər. Ümumən uslubum olmadığına

görə, işçi sinifini belə təsvir elədim. X adlı  qəhrəmanımızda  işçi sinifiylə birgə idi. İnşa ediləcək yolun əhəmiyyəti böyükdü. Belə ki, bu yol şagirdlərin məktəbə , kənd camaatının isə  poçt,

 xəstəxana kimi yerlərə rahat getməsinə kömək olacaq. Kiçik mühəndis olan X adlı qəhrəmanımız daima çalışıb ki, belə yolların çəklişində iştirak etsin. Lakin pul ilə oynayan həyatın qurbanlarından olmuşdur X.

Fikirlərinə görə elə illərdi kiçik mühəndis olaraq qalmışdır. Ucqar , uzaq yerlərdə olan işlərə isə bizim qəhrəmanımız arzu olunan mühəndislərdən olurdu.Keçək məsələyə. X yol

boyu rəhbərlik olan maşınla deyil, özü kimi olan insanların(yani aşağıdan gələn) maşınında idi. Çox az rastlanan bu hal işçi sinifində də diqqət yaratmışdı. Mütiləşən insan,

həm də,tüğyan edən olur. Bu tip hallarda sualı verən də, alan da məqsədli olurdu. Çox az hallarda  bu işçilərdən işini sevən olurdu. Bu samanlıqda itməyən iynəni tapmağa

bərabər olar. Ana fikir isə işçilər arasında bu olurdu ki, görəsən rəhbərlik bizə də əlavə ödəmə edərmi? Əslində bütün idarələrdə bu sual işçilər üçün keçərlidir. Xülasə,

uzatmayaq.Yol inşası başlamış, iş gedir və  ən əsası  verilən vaxta yetişirdi. Diqqət çəkən məqam isə hər kəs razı idi. Bölgü aşağı və yuxarıya qane edici formada  bölünmüşdü.

Yol inşası insan həyatına bənzəyir. Təməli sağlam qoyulmayanda çöküşlər olur.İnsanda həyatında verdiyi qərarları sağlam düşüncəylə verməyəndə çökmə başlayır. Hər ikisində

təmirə uzun vaxt ayırmaq lazımdır. Məsələn, əvvəlcə çökütnüyə səbəb olan mənbə axtatılır.(əslində bəhanə) Sonra səbəbkar axtarılır.(əslində isə hamısı bilir ki, səbəb və səbəbkar özləridir). Axtarış sonunda  tapılır və cinayətə

cəlb edilir. İnsan da eynən belə edir. Səbəb və səbəbkar özü olduğu halda kənardan birini tapır. Beləcə, yenə günahkar olaraq qalır insan. Bu işçilər arasında ən gülməli hal isə, rəhbərliyə salam vermə yarışı idi.

Uydurma olmayan, yuxu məhsulu olan bu yazı,daha doğrusu kiçik bir yazı burda yekunlaşır. Axı yuxuların da, çox  az  bir  hissəsi dəqiqliklə yadda qalar...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)