Edebiyyat.az » Söhbət » Quentin Tarantino ilə “ Ucuz Roman “ filmi üzərinə müsahibə

Quentin Tarantino ilə “ Ucuz Roman “ filmi üzərinə müsahibə

Quentin Tarantino ilə “ Ucuz Roman “  filmi üzərinə müsahibə
Söhbət
Necef Esgerzade
Müəllif:
11:09, 04 aprel 2019
1 763
0
Rezervuar Köpəkləri kimi uğurlu və hərəkətli bir film ilə meydana atılmağın ən böyük təhlükəsi bəlkə də sıradakı filmlərə dair gözləntilərin daima yüksək olmasıdır. Amma rejissor Quentin Tarantino “Ucuz Roman” (Pulp Fiction) filmiylə demək olar ki, mümkünsüzü həyata keçirdi. Qeyri-adiliyin üstünə çıxdı.İstedadlı və bacarıqlı bir rejissorun zirvəyə çatdığında necə bir iş ortaya biləcəyinin nümunəsi olan bu film, həm də əsrarəngiz bir səyahətdir.
"Rezervuar Köpəkləri" (Reservoir Dogs) kimi uğurlu və hərəkətli bir film ilə meydana atılmağın ən böyük təhlükəsi bəlkə də sıradakı filmlərə dair gözləntilərin daima yüksək olmasıdır. Amma rejissor Quentin Tarantino “Ucuz Roman” (Pulp Fiction)  filmiylə demək olar ki, mümkünsüzü həyata keçirdi. Qeyri-adiliyin üstünə çıxdı.İstedadlı və bacarıqlı bir rejissorun zirvəyə çatdığında necə bir iş ortaya biləcəyinin nümunəsi olan bu film, həm də əsrarəngiz bir səyahətdir.
Üç hekayənin kəsişdiyi film, sanki dedektiv roman yazıçıları Dashiell Hammet ile Raymond Chandlerin hekayələri ajiotaj yaratdığı dönəmin Los Ancelesin də baş verir. Rejissor Tarantino qara film ilə mafia hekayəsini birləşdirib, bunu 90-ci illərin atmosferinə uyğunlaşdırdı və hər cəhətdən tamaşa üçün təsiredici bir hekayə təqdim etdi.
Uma Turman, Con Travolta, Samuel L. Cekson  ve Brus Uillis kimi oyuncuların yer aldığı filmdə hər bir detal xüsusi bir incəliklə işlənmişdir. Ən kiçik vəziyyətdə belə ironika özünü büruzə etdirir, ölüm də belə komediyaya yer verilir. Keçmiş əsərlərdən geri qalanları orijinal fikirlərlə birləşdirən Tarantino, Ucuz Roman filmini nəzərdə tutulanın əksinə gözlənilməz şəkildə başqa bir istiqamətdə irəli aparır.
Quentin Tarantino ilə hər qatı zənginləşən “Ucuz Roman” filmində, əlaqəsiz görünən insanların əhvalatları qəribə, komik, bənzərsiz hekayə hörgüsüylə bir yerə toplanaraq bir şahəsərə çevrilib.
Aşağıda oxuyacağınız müsahibədə isə rejissor Quentin Tarantino, "Ucuz Roman" filmində istifadə etdiyi diqqətçəkici hekayə nəql etməsinə toxunur, kinomatoqrafiyada şiddətin cəmiyyətdəki şiddət ilə bağı olub-olmadığı sualına cavab verir - Ekrandakı şiddət ilə cəmiyyətdəki şiddət arasında korrelyasiya (asılılıq) olduğunu düşünürsünüzmü?                

- Cavabım dünyada verilə biləcək ən sadə cavab. Mənim üçün bu sadəcə bir film və mən belə hiss edirəm! İnsanların bir filmi görməsiylə çölə çıxıb, həyatda onu gerçəkləşdirə biləcəyinə bağlı olaraq heç bir şəkildə korrelyasiya olmadığına inanmıram. Ancaq məsələn; insanlar belə deyir: “Borgia ailəsinə nə deməli? O zamanlar film yox idi.” Daha vacibi Tokyoya nə deməli? Tokya indiyə qədər getdiyim nə təhlükəsiz şəhərdir, buna baxmayaraq eyni zamanda gördüyüm ən şiddət dolu kinematoqrafiyaya da sahiblər. Yenə də kütlə və görüntünün nə qədər bağlı olduğununa yönəlik bir cavabım yoxdur. Ancaq on bir yaşındakən hazırlıq görmədən  “Vəhşi Dəstə” (The Wild Bunch) və “Qurtuluş” (Deliaverance) filmlərini izləyərək böyüdüm və yaxşı bir insan olduğumu bilirəmUzun sözün qısası; mənim ilk əvvəl məsuliyyətim yaratdığım xarakterlər qarşısındadır, geniş bir kütlə ilə bağlı deyil.                                                                                                                                  
Onlar qarşısında dürüst olmaqdır məsuliyyətim. Bir axmağın filmi izlədikdən sonra nə edəcəyini dayanıb düşünmək məcburiyyətində qalırsanız, heç bir iş edə bilməzsiniz.

- Təmsilcinlə görüşdüm, mənə zaman axınını danışdı və səhv etdiyini başa düşdü. Sonra düşünməyə başladıq və ikimizin də beyni qarışdı. Hekayədə zaman paradoksu varmı? Xronologiya, imkansızlığı özündə ehtiva edirmi?

- Hər şey xüsusi diqqət ilə yazıldı. Bu eynilə Bunuelin eyni bölümü oynaması üçün iki fərqli aktyora rol verməsi kimidir. Elə bir şey edərsəniz, tamamilə özünüzdən tam əmin olmanız lazımdır. Həyata keçirəcəyiniz ən pis şey izləyicinin beynini qarışdırmaqdır. “Ucuz Roman” filmində beyniniz qarışa bilər, amma filmi izləyərkən gözdən yayınan nüansları bərpa etmək üçün sizə yetərli ipucu verilmişdir.- Sizinlə bağlı deyilən məsələlərdən biri də romana xas texnikalardır ki,  bunu film çəkərkən və kinematoqrafiyanızda istifadə edirsiniz.

- Amerikanın hadisəsi...  Amerikanı unudun. Hollivudun hadisəsi bunu dünyadakı hər kəsdən daha yaxşı etməsi idi. Həqiqət yaxşı hekayə danışırdıq. Avropa xarakter təməlli, duyğu təməlli filmlərin olduğu yer idi, fəqət Amerikada yaxşı hekayələr danışırdıq. İndi bu məsələdə ən pisi bizik.Biz bir hekayə danışmırıq, vəziyyəti başa salırıq. Hollivuda qarşı deyiləm, çünki Hollivud sistemini qanuniləşdirəcək sayda yaxşı film sistem içərisindən çıxır. Amma çıxan filmlərin böyük əksəriyyəti ilk 10-20 dəqiqəsinin ardından demək olar ki, görəcəyiniz hər şeyi əvvəlcədən bilirik. Bu hekayə deyil. Hekayə daima genişləyən bir mövzudur. Bəhs etdiyim sürətlə sola və ya sağa dönmək, ya da böyük bir süpriz yaratmaq deyil. Burada genişlənməkdən bəhs edirəm.
Uzun sözün qısası, mənim hekayə nəql etmə axınım hər yerdədir, irəli-geri gedər. İşin əsli “Ucuz Roman” filmini bir roman olaraq yazmış olsaydım və proqramınıza çıxarsaydım, romanın strukturunu ucundan olsa belə gündəmə gətirməzdiniz. Çünki roman bunu heç bir problem olmadan göstərir. Romanlar demək olar ki, hər zaman hər bir hekayəni uyğun gördüyü şəkildə danışmaq sərbəstliyinə malikdir. Mənim etmək istəyimdə budur.

Haşiyə: Bu yazıda kino tənqidçisi Rocert Ebert ilə Çarli Rozun rejissor Quentin Tarantino ilə 9 oktyabr 1994 və 14 oktyabr 1994 tarixlərində aldıqları müsahibələrdən əlavə Reel Wiews da yer alan yazıdan da istifadə edilmişdir.

Tərcümə etdi: Nəcəf Əsgərzadə
Mənbə: http://gazetekarinca.com/2018/05/quentin-tarantino-ile-ucuz-roman-uzerine/
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)