Qao Sinszyan | müsahibə
Söhbət
Qao Sinszyan çinli nasir, tərcüməçi və dramaturqdur. 1940-cı ildə anadan olub. Hazırda Fransada yaşayır. Onun əsərləri əksinqilabi təbliğata xidmət etdiyi üçün Çində qadağan edilib. Qaonun ən məşhur əsəri “Ruh dağı” romanı hesab olunur. 2000-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Yazıçının 2010-cu ildə Yazıçıların Praqa Festivalı çərçivəsində verdiyi müsahibə
— Nə vaxtdan fransızca yazmağa başladınız? Çin dilindən sonra bu çətin gəlmirdi ki?
— Əlbəttə, çətin idi. Mən 1990-cı ildə fransızca yazmağa başladım. Bu çox məzəli idi. O vaxt mən artıq iki il idi ki, Parisdə yaşayırdım. Bu Fransa Mədəniyyət Nazirliyinin sifarişi idi. Çin dilində yazmağa davam etməyin mənası yox idi… vaxt gedir, mən çalışırdım… Amma yad dildə yazmaq əlbəttə avantüradır. Hər halda maraqlı işdir.
— Çində sizin yaradıcılığınıza münasibət necədir, hələ də...?
— Qadağan edilmişəm, özü də çox ciddi şəkildə. Budur, artıq 23 ildir belədi.
— Amma mənim eşitdiyimə görə sizin əsərləriniz Müasir Çin Poeziyası antologiyasına daxil edilib, bu belədir?
— İnanmıram.
— Nobel mükafatı almağınıza Çində reaksiya necə oldu?
— Çin hakimiyyəti üstümə hücuma keçdi, onlar hətta İsveç akademiyasını da tənqid edirdilər.
— Bəs vaxt ötdükcə, dünyada tanınmağınızı nəzərə alsaq, heç nə dəyişmir?
— Heç nə dəyişmir.
Nobel akademiyasının katibi Qoras Enqdal hesab edir ki, «Ruh dağı» yalnız Çin ədəbiyyatının deyil, müasir ədəbiyyatın da ən əhəmiyyətli əsərlərindən biridir. Nobel komitəsinin qətnaməsində bildirilir ki, mükafat «universal əhəmiyyətinə, acı həqiqətləri dilə gətirməyinə və dilçilik yaradıcılığına» görə təltif edilib. Qao bu mükafatı 2000-ci ildə almışdı. Çin ədəbiyyatı ilk dəfə böyük ədəbi mükafata layiq görülürdü.
Çində Qaonu «intellektual əxlaqsızlıq”da və „mühitin ideoloji çirkləndirilməsində“ ittiham edirlər. Hərçənd onun „Ruh dağı“ romanında nə Çin Kommunist Partiyası, nə də insan haqları haqqında bir söz yoxdur. Romanın süjeti belədir: xərçəng xəstəliyindən sağalmış baş qəhrəman əcdadların dağına ziyarətə gedir. Hərçənd, qeyd etmək lazımdır ki, onun 1989-cu ildə yazdığı „Qaçaqlar“ kitabının fabulası 1987-ci ildə Tyananmen meydanında baş vermiş hadisələr barədə idi.
— Bildiyim qədəri ilə Nobel komitəsi sizə mükafatı təltif edəndə bir çox tənqidçilər təəccüblənmişdilər… Axı sizi onda heç tanımırdılar.
— Mən mükafat alanda “Ruh dağı” artıq ingilis dilinə tərcümə edilmişdi. Amma Amerika və ingilislərin RAP Collins kimi böyük nəşriyyatları onu dərc etmirdilər, mənim mükafat almağımı gözləyirdilər .
— Siz heç rus dilinə də tərcümə edilməmisiz.
— Tərcümə olunmuşam. Amma dəqiq bilmirəm. Rus naşirləri ilə əlaqəm yoxdu. Nəsə böyük bir ədəbi jurnalda çıxdı, amma mən nə tərcüməçinin kimliyini bilirəm, nə də hansı əsərin tərcümə olunduğunu. Bunu təsdiq etmək üçün məndə kitab yoxdu.
“Ruh dağı” çex dilində 2010-cu ildə nəşr olunub. Qao özünü dissident hesab edir və Parisdə siyasi sığınacaq istəyib. Mürəkkəblə şəkil çəkir, sərgiləri keçirilir. Həmçinin dramaturgiya üzrə dərsliklər yazır. Onun 18 pyesi var.
— Siz Milan Kundera kimi Parisdə yaşayırsınız, onun yaradıcılığıyla tanışsınız?
— Kunderanı tanıyıram, amma şəxsi tanışlığım yoxdur.
— Bəs çex ədəbiyyatını necə, oxumusuzmu?
— Çox az. Kafkadan başqa… Çox güman ki, Qaşeki oxumuşam yalnız. Cəsur əsgər haqqında çox gülməli romandı və olduqca orijinal əsərdi.
— Praqada birinci dəfədir olursuz?
— Mən ilk dəfədir Praqadayam. Çox şadam ki, belə bir möcüzəvi şəhəri özüm üçün kəşf eləmişəm. Çox gözəl şəhərdi.
— Siz daha çox rəssam, yoxa yazıçısız?
— Həm rəssam, həm də yazıçı. Amma mənim tablolarım Avropada məşhurdur. Hə, ABŞ-da da sərgilərim olub.
— Bahalıdırlar?
— Hə. Mən bunun hesabına dolanıram. Parisdə yerləşəndən sonra mən ancaq bunun hesabına dolanıram. Artıq 20 ildən çoxdur.
Praqa Radiosu, 09.06.2010
Mənbə: kayzen.az

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Günter Qrassın nobel nitqi
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Akutaqava Rünoske - Cəhənnəm iztirabları
Nəcəf Əsgərzadə- Məryəm surəsini "Yad dildə" oxuyanlar
Milan Kundera - Yetmiş üç söz (esse)