Edebiyyat.az » Söhbət » Ayaz Imranoğlu ilə müsahibə (Söhbətləşdi Elvin Rizvangil)

Ayaz Imranoğlu ilə müsahibə (Söhbətləşdi Elvin Rizvangil)

Ayaz Imranoğlu ilə müsahibə (Söhbətləşdi Elvin Rizvangil)
Söhbət
admin
Müəllif:
10:10, 25 may 2023
1 187
0
Ayaz Imranoğlu ilə müsahibə (Söhbətləşdi Elvin Rizvangil)





[22.05 20:41] Elvin Rizvangil: Salam

[22.05 20:41] Elvin Rizvangil:  Necəsən?

[22.05 20:42] Ayaz İmranoğlu: Salam

[22.05 20:42] Ayaz İmranoğlu: Sağ ol, qadası... 

[22.05 20:42] Elvin Rizvangil:  Nəsr, ya nəzm?

[22.05 20:44] Ayaz İmranoğlu: Nəsr

[22.05 20:45] Elvin Rizvangil: Hekayə, ya roman?

[22.05 20:45] Ayaz İmranoğlu: Roman

[22.05 20:45] Elvin Rizvangil: Romanın tərifini necə verərsən?

[22.05 20:47] Ayaz İmranoğlu: İnsan ömrünü hörgülərlə tikib məbədə çevirə bilən janr. 

[22.05 20:48] Elvin Rizvangil: İlk dəfə yazmaq ehtirasını nə vaxt duydun və ya qərar verdin ki, mən yazmalıyam.

[22.05 20:49] Ayaz İmranoğlu: Orta məktəbdə sevdiyim qıza hisslərimi çatdırmaq üçün məktub yazmalıydım. Yazırdım, sonra yazdığımı cırıb atırdım. Oğlan dostlarımın sevdiyi qızlara yazdıqları məktuba oxşayırdı. Mənsə istəyirdim fərqli olsun və yazdım;

Səni gözüm nuru mən gül yerinə,

Qoxumaq istərəm, öpmək istərəm.

Bütün ulduzları noğul yerinə,

Toy günü başına səpmək istərəm.

Belə bir şeir idi. O qız həyat yoldaşım oldu.

[22.05 20:50] Elvin Rizvangil: Yaşadığınız ömrü bir cümlə ilə necə ifadə edə bilərsən?

[22.05 21:00] Ayaz İmranoğlu: Mənalarla dolu ömrü boş yaşamadım. 

[22.05 21:05] Elvin Rizvangil: Stresdən uzaq olmaq üsulun?

[22.05 21:07] Ayaz İmranoğlu: Xanımımın üzünə baxıram və stress uçub gedir.

[22.05 21:12] Elvin Rizvangil: Sənət nədir?

[22.05 21:14] Ayaz İmranoğlu: Sənət mənim üçün özünü yaratmaqdır.

[22.05 21:15] Elvin Rizvangil: Səncə, doğrudanmı dünyanı gözəllik və sevgi xilas edəcək?

[22.05 21:15] Ayaz İmranoğlu: Dünyanı səmimiyyət xilas edəcək. Səmimiyyət çoxşaxəlidi. Sevgi, gözəllik  olun tərkib hissəsinə daxildi

[22.05 21:17] Elvin Rizvangil: Hansı əsəri yazandan sonra dərindən nəfəs alıb mən yazıçıyam dedin?

[22.05 22:18] Ayaz İmranoğlu: Məcnunsuz dünya povestini yazandan sonra

[22.05 21:19] Elvin Rizvangil: Özünü necə xarakterizə edərsən?

[22.05 22:21] Ayaz İmranoğlu: Səmimi olmağı sevən, dostları qəlbinin içinə buraxan, çox söz verən, təəssüf ki, hələ də yalançılığı olan... 

[22.05 21:24] Elvin Rizvangil: Səhv etmirəmsə, Tarkoviskinin sözüdür. Deyirdi ki, sənət adamı yuxu görməyi və yalan danışmağı bacarmalıdır. Yalan danışmağı bacarmayan adam yazıçı ola biməz. Sən necə düşünürsən?

[22.05 21:25] Ayaz İmranoğlu: Hə, elədir. )))

[22.05 21:27] Elvin Rizvangil: Nitşe deyirdi ki, əgər bir əsərin ideyası yeriyərkən ağlınıza gəlməyibsə, o ideyaya güvənməyin. Ayaz İmranoğluna görə yazı ideyası necə  yaranmalıdır?

[22.05 21:31] Ayaz İmranoğlu: Əsərin ideyası bir cümlədən, ya da xırda bir hadisədən doğula bilər. Xüsusi olaraq mövzu düşünmürəm. Mövzular özü qarşıma çıxıb ideyaya çevrilir.

[22.05 21:34] Elvin Rizvangil: Tanrıya bir cümləlik məktub yazmaq şansın olsa idi, nə yazardın? Və ya bu həyata son sözün?

[22.05 21:39] Ayaz İmranoğlu: Mən bu dünyada özümü axtarmağa gəlmişdim. Tapammadım. Məni bir də bu dünyaya gətirsən, bəndəlikdən, adamlıqdan qaçıb İNSAN olacağam. 

[22.05 21:42] Elvin Rizvangil: Təşəkkür edirəm.

 [22.05 21:42] Ayaz İmranoğlu: Çox sağol.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)