Edebiyyat.az » Təqdimat » Corc Gerşvin

Corc Gerşvin

Corc Gerşvin
Təqdimat
nemət
Müəllif:
23:58, 16 may 2020
1 545
0
Corc Gerşvin



Corc Gerşvin Amerika operasının yaradıcısı hesab olunur. O, çoxsaylı musiqili komediyaların, operettaların, caz musiqilərinin müəllifi kimi də məşhurlaşmışdır.

Corc Gerşvinin əsərlərində musiqi sənətinin müxtəlif janrları və istiqamətləri uğurla işlənmiş, eyni zamanda, Amerika cəmiyyətində təmsil olunan müxtəlif musiqi ənənələri də təqdim olunmuşdur.
Gerşvin Rusiyadan Nyu-Yorka köçmüş yəhudi ailəsində anadan olmuşdur. Gerşvin məktəbdə yaxşı oxumur, dərslərə maraq göstərmirdi. 10 yaşı olanda ilk dəfə viyolonçelin səsini eşidir və bu onda musiqiyə maraq yaradır. Corc 11 yaşında olarkən qardaşı üçün alınmış işlənmiş piano ilə istedadını ortaya çıxarmış, 15 yaşından isə professionallığa addım atmışdır. 

Musiqi sahəsində böyük uğurlarına baxmayaraq Gerşvin musiqi təhsili almamışdı. Maddi imkanları yaxşı olmadığı üçün ailəsi onu oxuda bilmirdi. Hər şeyin öhdəsindən Corc özü gəlməli idi.
Corc Gerşvin 16 yaşında pianist-satıcı kimi Broadveyin musiqi salonunda işləməyə başlayır, böyük qardaşı Aron ilə birlikdə pop mahnılar yazır.

Gerşvin 18 yaşında ilk operettasını yazır. Yorulmadan, həvəslə işləyən Gerşvin operettalarla yanaşı lirik və satirik musiqili komediyalar yaratmış, filmlərə musiqi bəstələmişdir.

1922-ci ildə Gerşvin “135-ci küçə” operasını yazmışdır.
O, məşhur amerikalı ifaçı və bəstəkarlar Roger, Berlin və Porter ilə birlikdə Broadvey teatrında rəqsləri müşayiət edən musiqilər və mətnlər yazır. 

20-ci əsrin əvvəllərində xüsusi caz ənənəsi yaranmış, mətn və musiqi, ritm və melodiya bir-birilə vəhdət yaratmışdır. Bu dövr Gerşvenin yaradıcılığının çiçəklənmə dövrü hesab olunur.

1924-cü ilin fevral ayında “Blüz tonlarda rapsodiya” əsərinin premyerası keçirildi. Premyeraya gələn qonaqlar arasında ön sıralarda musiqi dünyasının görkəmli insanları: Raxmaninov, Qodovski, Stravinski yer almışdılar. Möhtəşəm premyeradan sonra Gerşvinin şöhrəti daha da artdı.


Corc Gerşvin məşhurlaşdıqca maddi vəziyyəti də yaxşılaşmağa başladı. Gerşvinin ailəsi ev aldı və üç illik Avropa səyahətinə getdilər. Londondan başlayan səyahət Parisdə davam etdi və Vyanada sona çatdı.
Gerşvin Avropa səyahətindən “Parisdə amerikalı” simfonik poeması ilə qayıtdı.

Poemanın təqdimatı Nyu-York Filarmoniya cəmiyyətində keçirildi. Təqdimatdan üç il sonra “Parisdə amerikalı” Londonda Queen's Hall-da səsləndirildi. 

Getdikcə şöhrətlənən Corc böyük qardaşı Ayreni də yanına dəvət etdi. Qardaşların birgə yaradıcılığı çox uğurlu oldu. Onlar Broadvey və kino üçün təxminən 20 musiqili əsər yaratdılar.
“Lady be good” XX əsrin ən yaxşı sevgi balladası adlandırıldı. 
Bəstəkarın yaradıcılığının zirvəsi sayılan əsərlərindən biri də “Porgi və Bess” («Porgy and Bess») (1935) operasıdır. 



“Porgi və Bess”-in premyerası 1930-cu il sentyabrın 30-da Bostonda keçirildi və böyük uğur qazandı. Sonradan opera Avropada, Moskvada və Leninqradda təqdim olundu. 

Gerşvin yaradıcılığı özünün qeyri-adiliyi və yeniliyi ilə seçilirdi. O, öz əsərlərində Avropa musiqi klassiklərinin və Afrika-Amerika folklor ənənələrini birləşdirirdi.

Corc Gerşvin dövrünün ən nümunəvi klassiklərində biri idi. Ölümündən sonra bəstəkardan sevənlərinə qalan ən dəyərli miras onun əsərləri oldu.  Ən önəmlisi isə Gerşvin sevilən və peşəkar bir musiqiçi olmağı bacardı.

mənbə: azertag.az 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)