Edebiyyat.az » Təqdimat » 10 qısa animasiya filmi

10 qısa animasiya filmi

10 qısa animasiya filmi
Təqdimat
nemət
Müəllif:
16:03, 27 avqust 2019
1 508
0
10 qısa animasiya filmi


1. Father and Daughter (Ata və Qız) 
2000-ci ildə Oskara layiq görülmüş bu animasiya hollandiyalı rejissor MichaëL Dudok de Wit tərəfindən çəkilib. Filmdə bir ata qızı ilə vidalaşır və gedir. Holland mənzərələri mövsümdən-mövsümə keçərkən, qız da öz həyatının fəsillərini yaşayır. Gənc qadın olur, ailə qurur, yaşlanır amma hər zaman içində atasına qarşı dərin bir həsrət duyur.  


2. Harvie Krumpet  
Mary və Max-ın rejissoru Adam Elliotun diqqətləri ilk çəkdiyi, 2003-cü ildə Oskar aldığı qısa animasiya.  
Polşada doğulub, uşaqlıqda başına gələn faciədən sonra Avstraliyaya köçən və boynuna asdığı kitabçaya hər zaman qeydlər edən Harvinin qəribə hekayəsinə kədərlənərkən,  eyni zamanda filmdəki maraqlı yumor sizi güldürəcəkdir.  


3. La Maison en Petits Cubes (Kiçik kublardan ibarət ev) 

Oskar qazanmış növbəti qısa animasiya. 2008-ci ildə yaponiyalı animator Kunio Katōnun çəkdiyi bu qısa filmdə su basqının qarşısını almaq üçün evinə kərpiçlər əlavə edən bir qocanın xatirələrindən bəhs edir. 


4. Alma (Ruh) 
2007-ci ildə Rodrigo Blaas tərəfindən çəkilən, Barselona küçələrində yaşanan gözəl duyğusal bir animasiya. Qeyd edim ki, “alma” ispanca “ruh” deməkdir. 


5. Benigni (Mərhəmətli) 
Jasmiini Ottelin, Pinja Partanen və Elli Vuorinen tərəfindən çəkilən bu qısa animasiyada yalnızlıqdan bəhs edilir. İnsan yalnız olanda içində bir nəfər daha doğulurmuş. Film bizə bunu anladır.  


6. Skhizein (Şezofreniya) 
Özündən 91 sm uzaqda yaşayan birinin hekayəsi.  Filmin rejissoru Jeremy Clapinin ilk işi olsa da, istər vizuallıq, istərsə də duyğu baxımından orjinal və uğurlu bir animasiyadır. Hüzünlü bir xarakter və xoş musiqinin müşayiəti ilə şezofreniyanı olduqca təsirli anladan bir hekayə.  


7. Destiny (Tale) 
Bu qısa animasiyada isə insanların öz gələcəklərini (talelərini) dəyişdirə bilib-bilməyəcəklərindən  bəhs olunur.  


8. El Empleo (Məşğulluq) 
Kapitalizmi təndiq edən, 102 mükafat almış möhtəşəm bir animasiya.  
 

9. Zero (Sıfır) 
Zeronun yaşadığı cəmiyyətdə hər kəsin statusuna görə bir nömrəsi var. Təbii ki, qəhrəmanımızın nömrəsi də, “zero” yəni sıfırdır. Ayrıseçkilik haqda olan bu sevgi hekayəsi bir çox mükafata layiq görülüb.  


10. French Roast (Fransız kofesi) 
Parisdə bir kafedə yaşanan hekayə. Sosial mesajlarla dolu bu animasiya 2009-cu ildə Oskara namizəd görülüb.  


Nuranə Bəşirzadə 

Kultura.az 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)