Edebiyyat.az » Təqdimat » “Hədəf Nəşrləri” dünya bazarına çıxacaq...

“Hədəf Nəşrləri” dünya bazarına çıxacaq...

“Hədəf Nəşrləri” dünya bazarına çıxacaq...
Təqdimat
nemət
Müəllif:
12:27, 24 dekabr 2019
1 564
1
“Hədəf Nəşrləri” dünya bazarına çıxacaq...




 Nəşriyyatdan aldığımız məlumata görə, həm “Hədəf Nəşrləri” MMC, həm də “XAN” nəşriyyatı MMC-nin fəaliyyətinin auditi nəticəsində ortaya çıxan çatışmazlıqları aradan qaldırmaq, faydalı iş əmsalını yüksəltmək, Hədəf konseptini, markanın sosial imicini qorumaq və zamanla ayaqlaşmaq məqsədi ilə 2020-ci ildən yeni format, yeni struktur, yeni layihələrlə işləmək məqsədi ilə dəyişikliklərə getmək qərara alınıb. “Hədəf Nəşrləri” MMC-nin təsisçisi f.ü.f.d., dosent Şəmil Sadiqin qərarı ilə əvvəllər nəşriyyatda baş redaktor, direktor müavini vəzifəsində çalışmış gənc yazıçı Səbuhi Şahmursoy icraçı direktor təyin edilib.

“Hədəf Nəşrləri”nin yeni təyin olunmuş icraçı direktoru Səbuhi Şahmursoy mətbuatda yayılmış bəzi dezinformasiyalara aydınlıq gətirib: “Hədəf Nəşrləri” 10 ildir ki, kitabçılıqla məşğul olur və yetərincə ciddi nəşriyyatdır. Rəhbərliyi mənə həvalə olunan nəşriyyat təkcə metodiki ədəbiyyat nəşr etməklə kifayətlənməyib, əvvəlki kitab silsilələrini davam etdirəcək. Sadəcə nəşriyyatın fəaliyyətində əvvəllər rast gəlinən problemləri aradan qaldırmağa yönələcəyik. Bunlar arasında müəllif hüquqları məsələsindəki qərarlılıq, kitabların poliqrafik keyfiyyətləri, qiymət siyasəti, əsər seçimi məsələləri də var. Ümumiyyətlə, yerli kitab bazarına uyğun addım atmaqla yanaşı, nəşriyyatın yeni ildəki ilk layihəsi istər klassik, istərsə də müasir Azərbaycan ədəbiyyatı nümunələrini rus dilində çap etmək olacaq. Bununla da Rusiya və Orta Asiya bazarına çıxmağı planlaşdırırıq. Hədəf Şirkətlər Qrupunun qarşısına qoyduğu hədəf bütün sahələrdə dünya markası olmaqdır. Bunun üçün yeni ildən “Hədəf Nəşrləri”ndə yeni ştat da olacaq – müəllif hüquqlarının alışı və satışı ilə məşğul olan agent. Bununla da, istər nəşriyyatın layihələrinin, istərsə də azərbaycanlı müəlliflərin əsərlərinin xarici nəşriyyatlara satışını təşkil edəcəyik”.

Sonda Səbuhi Şahmursoy keçmiş iş yoldaşlarına uğur arzulamağı da unutmayıb.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)