Edebiyyat.az » Ədəbi tənqid » Əlibala Əhmədov - Rauf Ranın "Avtoportret"i

Əlibala Əhmədov - Rauf Ranın "Avtoportret"i

Əlibala Əhmədov - Rauf Ranın "Avtoportret"i
Ədəbi tənqid
admin
Müəllif:
17:42, 17 iyun 2022
982
0
Əlibala Əhmədov - Rauf Ranın "Avtoportret"i

 



 

 Yəqin hamımıza məlumdur - istedadlı şairləri həm də öz yazdıqlarından əmin olduğu üçün sevirik. Başqa sözlə öz yazdıqlarını fikir, düşüncə, hiss - daha sonra isə tekst kimi ilk öncə özləri qavraya bildiklərinə görə. Əgər bu dediklərimizdən biri şeirdə qırılsa və ya çatışmasa biz dərhal mətndə həmin boşluğu, müəllifdə isə ustalıq çatışmazlığını duyuruq.

Mürəkkəb və bəzən mücərrəd mətnlərin də ədəbiyyatda özünə yer tutub - tuta bilməmə məsələsi bu incə fərqə söykənir. Mətnlərdə, şeirlərdə mürəkkəblik və mücərrədlik əsasən iki faktordan doğulur:

1) Ustalıq və dərinlikdən.

2) Naşılıq və diqqət çəkmək istəyindən.

 

İkinci faktordan doğulan qəlizliyin eybəcərliyini təəccüblü ədəbiyyat biliciləri, yaxşı oxucular dərhal hiss edirlər.

Eləcə də birincini. XX əsrin ən böyük şairlərindən biri olan Tomas Sterns Eliotun şeirlərini ustalıqdan doğulan mürəkkəbliyin ən mükəmməl 

nümunəsi kimi önə çəkə bilərik.. Onun "Bəhərsiz torpaq" poeması, "Gerontion" və ya "Kül çərşənbəsi" kimi şeirlərində biz müxtəlif mürəkkəbliklər və göndərmələri, qəliz fəndləri görsək də, bütün bunların əsaslı və lüzümlu olduğunu da dərk edirik.

...Mürəkkəblik və qəlizliyin ustalıq və naşılıq arasında incə sərhədləri olduğu kimi şeirdə sadəliyin də həssas məqamları var. Bəzən mətnlərini zorla bəsitləşdirib oxucuların ürəyinə yola tapacağını düşünən şairlər sonda yalnız çəkisiz sətirləri yan- yana düzməkdən başqa nəyisə bacarmır. Nazim Hikmət kimi ustadlarsa sadəlikdə gizlənən sirri, özünəməxsusluq və spesifikanı ustalıqla ələ gətirir və bundan böyük mətnlər yaradır.

Sevinmək olar ki, bu gün Azərbaycan şairləri arasında da mətnlərində bu cür - sadəlikdəki dərinliyin təntənəsini göstərməyi bacaranlar, yüksək potensialın ilkin şölələrini göz önünə qoymağı bilənlər var.

 

"Avtoportret

geniş otaq.

bir tərəfi divara

sıxılmış yemək masası."

 

Bu şeir gənc müəllif Rauf Raya məxsusdur. Şeir bütün artıq fəndlərdən, yersiz priyomlardan azaddır, lakin öz lakonikliyindəki dərinliyi, çatdırmaq istədiyi mesaj və mənzərədəki sərrastlığı tamamilə özündə cəmləyə bilib.

Tənhalıq - bu o deməkdir ki, məkanının genişliyinin, adamların çoxluğunun, təbiətin gözəlliyinin, ehtirasların diriliyinin ruh üçün heç bir mənası qalmayıb..

Geniş otaq və küncə sıxılmış yemək masası... Müəllif mənəvi çökmüşlüyü, daralmış ruhun iztirabını o qədər ustalıqla, sakit, yersiz emosiyalar olmadan, xalisliklə təsvir edib ki, bu cür sənətkarlıq qarşısında yalnız qibtə hissi duyursan.

Şairin və şeirin xalisliyi - həqiqi poeziya başqa nədən yaranır ki?

 

Rauf Ranın bu qısa, lakonik, lakin yüksək peşəkarlıqla yazılmış şeirinin çağdaş 

Azərbaycan poeziyasının ən dəyərləri nümunələrindən biri olması faktı şəksiz və dəqiqdir.

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)