Edebiyyat.az » Ədəbi tənqid » Rasim Əlizadə - Xoşbəxt olun

Rasim Əlizadə - Xoşbəxt olun

Rasim Əlizadə - Xoşbəxt olun
Ədəbi tənqid
admin
Müəllif:
20:26, 21 fevral 2024
1 628
0
Rasim Əlizadə - Xoşbəxt olun

     


 

 Mörfi qanununa görə bir şey pisə doğru gedirsə həmin şeyin yaxşılaşma ehtimalı azalacaq, əksinə  daha da pisləşəcək.  Ölkədəki gündəmə, baş verənlərə baxsaq bunun canlı şahidi olarıq. Bu hadisələr də bir başa insanların əhval ruhiyyəsinə təsir edir. Bizim insanımızın üzündə səbəbli və ya səbəbsiz  yerə kədərli, aqresiv ifadə var. Hamıya aid olmasa da çoxumuz beləyik. Yaxşı buna səbəb nədir? Sosial rifahın olmaması, işsizlik, əmək haqqının az olması, şəxsi münasibətlər, təklik? Bu cavablar da doğru ola bilər amma məncə əsas səbəb bu deyil. Məncə, biz sözün əsl mənasında xoşbəxt deyilik, ümumiyyətlə xoşbəxtlik nədir, necə olur, kimə xoşbəxt demək olar? bunları bilmirik. Məsələn məndən soruşsalar ki, xoşbəxtlik nədir donub qalaram, cavab verə bilmərəm, hansı ki, verilən çox suala göstərdiyim reaksiya kimi. İnanmaq istəməzdim amma inanıram ki, çox insan da mənim vəziyyətdədir.  Həqiqətən e, görəsən xoşbəxtlik nədir, kimdir xoşbəxt insan? Əgər ətrafınızda xoşbəxt insan varsa da o da gizli şəkildə öz xoşbəxtliyin yaşayır ki, birdən kimsə bilər  xoşbəxtliyin əlindən alar, onu da özü kimi edər. Axı bizim kimi cəmiyyətlərdə xainlik var axı, hansısa xoşbəxt insanı görməyi həzm edə bilmirlər. Əşi necə ola bilər e, biz burada zülm çəkirik o orada xoşbəxtdir. Altında nəsə başqa şey axtarırlar. Az qala utanmasalar kimsə güləndə, şən görünəndə, ya  içkilidir ya da nəsə qəbul edib deyərlər. Yəni o dərəcə şən, gülən insanlar azalıb cəmiyyətdə. Burada  Halil Sezainin mahnısından bir yer yadıma düşdü, təxmini belə bir ifadə idi, mən bədbəxt ikən insanlar haradan tapır gülünəcək şeyləri. İllərdir, mahnılar, filmlər, şeir, romanlar yazılır xoşbəxtliyə, sevgiyə. İnsanların çoxu xoşbəxtliyi sevgidə, hansısa insanda görür. Amma məncə xoşbəxtlik bu deyil, bu ola bilməz, kimdənsə, nədənsə asılı bir vəziyyətdə. Xoşbəxtlik çünki xarici faktorlardan asılı olmamalıdır, insan daxilən onu hiss etməlidir, çünki xarici faktorları aradan götürsək xoşbəxtlik də uşaqların əlindən buraxdığı  şar kimi göyə qalxıb uzaqlaşacaq. Orxan Zeynallı (Aid) müsahibəsində ; zaman keçdikcə başa düşürsən ki, xoşbəxtlik hansısa ölkədə yox öz içində olur, yəni fərqi yoxdur hansı ölkədəsən, oyananda yanında kimdir, qarajda hansı maşındır, sən xoşbəxtsənsə xoşbəxtsən, çünki xoşbəxtlik bir hissdir, hansısa insan, əşya, ölkə deyil. Sevgini xoşbəxtlik ona görə saymıram ki, bir birini dəli kimi sevən o qədər cütlük saymaq olar ki, həqiqətdə xoşbəxt ola bilmirlər, birlikdə xoşbəxt ömür yaşaya bilmirlər. Kəramət Böyükçöl sevginin bu dünyaya aid hiss olmadığını deyir və əlavə edirki birini niyə sevdiyini bilmirsən amma niyə nifrət etdiyini bilirsən çünki nifrət bu dünyaya aid hissdir.

 Və başqa ölkəyə getmək də xoşbəxtlik gətirən amil deyil əslində amma təbii ki, kimsə özünü başqa ölkədə daha rahat, azad, lap xoşbəxt də hiss edə bilər amma demək istədiyim məsələ odur ki, əgər sən bu ölkədə özünü xoşbəxt hiss etmirsənsə başqa ölkədə də hiss etməyin böyük ehtimalla çətin olacaq, çünki getdiyin hər yerə özünü, düşüncələrini aparacaqsan, özündən qaça bilməyəcəksən. İlber Ortaylı deyir ki, insan her yere kendini taşır.

Əşya, ev, maşını da vurğulamaq lazımdır ki, bunlar da xoşbəxtlik gətirmir. Xoşbəxtlik yəni bu qədər cılız bir şeydir ki, sənə iphone, 3 otaqlı ev və ya BMW vasitəsi ilə gəlir? Məncə, yox, özünü aldadırsan.

İnsanın öz işindən narazı olması, əmək haqqının az olması da xoşbəxtliyi məhdudlaşdıran bir şeydir. Burada günah kimdədir deyə soruşsanız mən deyərəm ki, insanın özündə. Sən  əgər işindən və əmək haqqından narazısansa edə biləcəyin ən məntiqli şey ərizə yazıb işdən ayrılmaqdır yox əgər bunu edə bilmirsənsə ya cəsarətin çatmır ya da hazır ki vəziyyətdə həmin gəlirə ehtiyacın var, aslısan, çıxış yolu tapmırsan. Deyingənliklə bir yerə çatmaq olmur. Sən xəyalların arxasıyca getmək istəyirsənsə özünə hədəf qoyub, öz üzərində işləyib həmin xəyala çatmalısan ayrı cür isə yerində sayacaqsan nə irəli, nə də geri gedə biləcəksən. İndiki dövrdə insanların çoxu hər şeyin günahını ölkədə və hakimiyyətdə görür. Ola bilər hansısa problemlər olsun hansı ki, var problemlər amma  tam da bunu onların boynuna yıxmaq da haradasa haqsızlıq olar. Çünki müşahidə edəndə görürsən ki, eyni univeristetin eyni ixtisasını bitirən 2 tələbənin gələcəyində olan fərqlər  yerlə göy arasındadır.Birisi çox irəliyə getməyi bacarmış birisi isə yüngül formada desək heçnə əldə edə bilməmiş. Deməli, biraz da hər şey insanın özündən aslıdır, fərdi, individual məsuliyyətdən. Bu gün insanlar çox öyrəşib kimlərisə, nələrisə günahlandırmağa. Amma nəyisə dəyişmək istəyən insan birinci özündən başlamalıdır, necə deyərlər əslində dəyişiklik səndən başlayır, sən buna inanmaya bilərsən amma kiminsə müsbət mənada dəyişməyi elə ölkənin dəyişməyi deməkdir. Dəyişən hər fərd sonda birləşib cəmiyyəti dəyişdirəcək. Tarixə baxsaq güclü və xoşbəxt ölkələrin formalaşması da buradan başlayıb. 

Bu gün əgər sən siqareti çəkib kötüyünü küçəyə atırsansa, yerə tüpürürsənsə, ictimai nəqliyyatda özünü apara bilmirsənsə, gecə saatlarında çöldə qadın görəndə onu pis insan kimi qələmə verirsənsə, kimlərisə istər real həyatda, istər sosial şəbəkədə narahat edirsənsə bunun  üçün ölkə, hakimiyyət neynəsin? Sən öz üzərinə düşən primitiv, adi şeyləri fərd olaraq məsuliyyət hiss edib etmirsənsə, edə bilmirsənsə bunun günahkarı sənsən. Baş verən pis hadisələrin səbəbkarlarına baxdıqda görürsən ki, hamısı özünü yertişdirə bilməmiş, fərdi məsuliyyətdən uzaq insanlardır. Ən çox sadalanan şeylərdən biri də ölkədə əmək haqqının az olmasıdır, razıyam, bəzi sahələrdə həqiqətən bu problem var, amma maddiyat hər şey demək deyil, mənəvi məsələlərin yanında maddiyat ikinci plandadır. Çünki insan əgər pisdirsə onun əmək haqqın istədiyi formada qaldırsanda o yenədə pis insan kimi qalacaq və elə yaşamağa davam edəcək. Yəni pul bir o qədər rol oynamır, onsuzda kimsə deyingəndirsə yenə deyinməyə nəsə tapacaq. Mənəvi cəhətdən yaxşı insan isə hər zaman yaxşıdır maddi gəlirin həcmindən aslı olmayaraq. Konkretləşdirsək, hər şey fərdlərdən, yəni  özümüzdən aslıdır. Bu gün hərə öz sahəsində məsuliyyətlə işləsə, həkim, müəllim, polis, usta, sürücü, fəhlə fərqi yoxdur hər hansısa sahə, kim dürüst və peşəkar şəkildə işinə yanaşsa ölkədə çox şeyin dəyişəcəyinə əminəm.  Biz də başqa ölkələr kimi güclü, xoşbəxt, rahat, azad və sosial rifah içində yaşaya bilərik,  bu cür insanlar da yetişdirə bilərik. Bilirsən necədi biz ölkəmizdə xoşbəxtliyimizi tapsaq başqa ölkələrdə xoşbəxtlik axtarmarıq. İnsan təbiətən bir yerdə xoşbəxt olmayanda alternativ yollar axtarır, bu məkan da ola bilər, hər hansı bir insan da. 

Ən əsası, gələcəyimiz uşaqlardır. Onlara verilən tərbiyə və təhsil yüksək səviyyədə olmalıdır ki, gələcəkdə ölkəni öz arxalarıyca apara bilsinlər. Yaşı ötmüş birini dəyişmək çox çətin olur bəzən amma uşaqlar təmiz bir səhifədir, onların səhifəsinə çirkli nəsə yazmaq olmaz, onların həyatının məsuliyyətini hər bir valideyn, dərs deyən hər bir müəllim daşımalıdır. Çox çətin bir şeydə yoxdur, sadəcə onları dinləməliyik ki, görək onlar nə istəyir, gələcəkdə özlərini necə və kim olaraq görürlər? Çox xahiş edirəm ki, bu yazını oxuyan hər kəs öz övladlarının gələcəkdəki seçimlərinə müdaxilə etməsinlər, uşaqlarımız azad və xoşbəxt böyüsünlər, istədikləri peşənin sahibi olsunlar, gələcək həyatlarını istədikləri kimi qursunlar. Xoşbəxt insanlar olsalar cəmiyyət də, ölkə də xoşbəxt olacaq. Bu gün əgər bizlər tam mənada xoşbəxt deyiliksə deməli bizim itirilmiş uşaqlığımız var.. Bizə azadlıq verməyən valideynlər mi günahkardır yoxsa bizə yaxşı təhsil verməyən müəllimlərimiz mi? Məncə bizlər yetişkin olaraq xoşbəxt deyiliksə günah özümüzdədir, individual məsuliyyətsizliyimizdədir. Keçmiş keçmişdə qaldı, qayıdıb dəyişə bilmərik, bu mümkün deyil, amma indiki an bizdən aslıdır. İndiki anı dəyişib gələcəydə xoşbəxt ola bilərik çünki indiki anlar birləşib gələcəy olur.. Lev Tolstoy deyirdi ki, xoşbəxt olmaq istəyirsinizsə olun. Bu qədər. Xoşbəxt olun..

                                                                

                                                                                                    

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)