Uraqan Abdullayev - Azərbaycanda vikipediya problemi
Azərbaycanda vikipediyaçılar öz vəzifələrini niyə düzgün icra edə bilmir? - Maddi qarşılıq axtarırlar?
Bilən bilir ki, artıq 6-cı ilimdir ki, yazıçılıq sektorundayam. Bu illər ərzində 9 kitab yazmış olsam da, onlardan sadəcə 3 ədədi çap olunub. 4-cü kitabım olan "Cəhənnəmin Xəritəsi" kitabım isə tezliklə işıq üzü görəcək. Bu illər ərzində vikipediaya öz adımı bir neçə dəfə daxil etsəm də, daha sonradan məqaləm silindi. Silinmə xətasının nədə olduğunu soruşduqda guya mənbələri düz göstərmədiyimi qeyd etmişdilər. Anlaya bilmədiyim şey o idi ki, əgər mənbə səhvdirsə, sadəcə redaktə edə bilərdilər, düzəliş etdikdən sonra yenidən vikipediaya əlavə oluna bilərdi. Amma onlar silməyi seçirdilər. Çünki özlərini əziyyətə salmaq istəmirlər. Ya da qonarar alaraq xüsusi sifarişlərə, daha doğrusu bu sifarişlərin silinməsinə əncam çəkirlər.
Bir neçə il əvvəl yazıçı tanışlarımdan birinə özünü necə vikipediaya əlavə etdiyini soruşduqda bildirmişdi ki, "mən pul vermişdim deyə mənim üçün bunu etmişdilər". İndi həmin insanla əlaqəsi qalmadığını bildirərək həmin şəxslə məni calaşdıra bilməmişdi. İndi məni bir sual maraqlandırır. Vikipediaçıların təxmini yaş ortalaması nə qədərdir? Bu platformaya üzv olmaq üçün hansı maddi maraq güdürlər? "Bəlkə, üçdən-beşdən qopardarıq" anlayışı bu gənclərimizin də beynini yuyub aparıb?
Həqiqətən, biz xarici vikipediyaçılardan nə qədər geri qalırıq? İşimiz-gücümüz sadəcə xarici vikipedia məlumatlarını "google translate"yə ataraq kopyala-yapışdır etməkdirmi?
Tək məndə deyil, tanıdığım bir çox yazıçılar bu problemlə üzləşib. Nə var, nə var 3-5 yeniyetmə bura toplaşaraq monopoliyanı əllərinə alıb, maddi maraq güdərək iş görürlər.
Tezliklə bu gənclərin arasından ələnərək yaxşılarını saxlamağı ümid edərək bu məqaləmi də burada bitirirəm. Ümid edirəm ki, tezliklə bizlərə də can yandıran tapılacaq. Çünki çoxlu sayda gənc yazar vardır ki, onların belə adı vikipediyada yoxdur. Bu məsələ bir çoxumuzun etmək istəyib də, qarşımızın alındığı bir məsələdir.
Bu hal azərbaycanlı vikipediyaçıların qeyri-ciddi tanınmasına gətirib çıxarır. Sistem düzgün qurulmayıb, ona görə ki hər peşə sahəsi üzrə fərqli adam məşğul olmalıdır. Son illərdə, demək olar ki, heç kimi əlavə etmirlər, çünki gözləyirlər ki, kimsə onların cibinə üçdən-beşdən basa, yalnız bundan sonra özləri əlavə edərlər. Əks təqdirdə onlar bu məqaləni silirlər və məlumatın azlığını bəhanə edərək "bizə heç bir kömək göstərmir" deyirlər. Bunu beynimdən atmıram, vikipediaya qəbul olunan tanışlarımın "biz pul vermişik, ondan sonra bizi əlavə ediblər" dediklərinə əsasən yazıram.
Amma neyləmək olar, hərə bir yolla pul qazanmalıdır, kimisi halal yollla, kimisi haram. Əgər sən kiməsə kömək edirsənsə, bunun maddi qarşılığını almağın normaldır, bu, halaldır. Ancaq qəsdən məqaləni sildirməyə çalışaraq daha vacib işlərimiz var, vaxtımız olsa, edərik deyirlərsə, demək ki, pul ver işini görək sözünə gətirib çıxartmağa çalışırlar.
Bu, haramdır, çünki sən birinin haqqına girirsən elə bil vikipediya sənin dədənin evidir, kiməsə yer verəndə sənin yerin kiçilir? Xeyr, əzizim, vikipediya hər kəsə xidmət etmək üçün yaradılıb. Sən bundan sui-istifadə edirsənsə, demək ki, qeyri-ciddi adamsan və şəxsiyyətin yoxdur. Sən pula görə öz vətənini də satarsan, şəhidlərin adını da silərsən siyahıdan.
Təbii ki, bu yazdıqlarım son deyil, davamı olacaq və oxuduqca anlamış olacaqsınız ki, vikipediyaçıların bir çoxu fake hesablardır. Özlərinə hörmət edən insan heç vaxt belə edib kiminsə qarşısını kəsməz.
Bu məsələdə tək mənim adım deyil, adlarını çəkdiyim digər yazıçıların da əlavə edilməsi gərəkdir. Son illərdə bir çox işlərə imza atsalar da, vikipediyanın qəbul etmədiyi digər yazıçılarımız aşağıdakılardır:
Elşən Məmmədli
Səddam Laçın
Tural İlyas
Nemət Mətin
Nicat Həşimzadə
Orxan Saffari
Nigar Mələk Səttarzadə
İlahə Səfərzadə
Tamerlan İsmayılzadə
Nəcəf Əsgərzadə
Ülvi Ağa
El Roman
Pərviz Seyidli
Elvin Arifoğlu
Seymur Oruc
Coşqun Kərimov
Ceyhun Hidayətli
Tamerlan İsmayılzadə