Eklektizm

«Eklektizm» incəsənətdə müxtəlif üslubların bir nümunədə toplanmasıdır. Hətta bir-birinə zidd olan məqamların belə eyni nümunədə yer aldığını görmək olar.

Sözün özü yunancadan “seçici”, “seçən” mənalarında tərcümə olunur. İlk dəfə II əsrdə, yeni fəlsəfə məktəbinin qurucusu olan Potamon tərəfindən istifadə edilmişdir. Quldarlığın süqut etdiyi vaxtda insanlar üçün təyin olunmuş yeni əxlaq normaları yaradılır və bu prossesdə digər fəlsəfi fikirlərə (Platon, Aristotel, epikürçülər və s.) əsaslanmağı qadağan edirlər. Əslində isə onları səthi şəkildə istifadə edir və guya yeni bir şey yaradırlar.   

İncəsənətdə də hər bir üslubun sırf səthi gözəlliyini, müəyyən elemetlərini seçərək, məntiqi bağlılığı gözardı edərək, hamısını bir nümunədə istifadə edirlər. Üslubların ayrı-ayrılıqda nə məna kəsb etməsi, nə üçün yaranması və s. heç bir əhəmiyyət kəsb etmir. Əsas odur qəşəng görsənsin, gerisi vacib deyil. 

İncəsənətdə bu termini ilk dəfə İohan Vankelman (18-ci əsr, alman sənətşünası) istifadə edib. O “eklektizm” sözünü yazılarının birində 17-ci əsrdə yaşayıb, yaratmış rəssam ailəsi olan Karaççilərin əsərlərini şərh edərkən istifadə edib.   



İlk yarandığı gündən bəri mənfi fikir formalaşdıran eklektizm anlayışı, incəsənətdə də birmənalı qarşılanmır. Lakin etiraf etmək olar ki, bu yanaşma incəsənətə gözəl sənət nümunələri bəxş edə bilib. Əsas da memarlıqda. Məsələn, dünyanın ən məşhur tikililərindən biri olan Barselonadakı «Sagrada Familia» məbədi.


Mənbə: aartaz 

Baxılıb: 60
Səhv tapdınız? Mətni seçin (qaralayın) və Cntrl + Enter düyməsini sıxmaqla bizə bildirin!

Rəylər(0)

Rəy bildir