Edebiyyat.az » Poeziya » Fərid Muradzadə - Bədbəxt qadın.

Fərid Muradzadə - Bədbəxt qadın.

Fərid Muradzadə - Bədbəxt qadın.
Poeziya
admin
Müəllif:
20:23, 04 fevral 2021
1 407
0
Fərid Muradzadə - Bədbəxt qadın.







Bir zamanlar eşqində 
mən əsirəm deyirdin, 
Hər gün səni görməyə 

tələsirəm deyirdin. 
Nə oldu,  harda qaldı 
Sənin əsir günlərin
Hər gün məni görməyə 
Tələsdiyin günlərin… 
Deyirdin bu həyatda
Sənsiz qala bilmərəm. 
Sən olmasan inan ki 
nəfəs ala bilmərəm. 
Deyirdin sonsuzadək
Yalnlz sənin olacam. 
Bir yuvam olacaqsa 
Onu sənlə quracam. 
Sənin kimi tacirin 
sözüm yox hiyləsinə. 
Ruhunu  mənə satın 
Cismini özgəsinə. 
Maraqlıdır, görəsən
Onu necə sevirsən
Mənə dediklərindən
Onadamı deyirsən, 
Məni sevdiyin kimi
Onudamı sevirsən?! 
Mən sonradan inandım, 
Yalanmış əhdin, andın. 
Həyatı saxta səhnə
Yalançı bədbəxt qadın...


23.01.2021
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)