Edebiyyat.az » Poeziya » Cavid Musadan uşaq şeirləri

Cavid Musadan uşaq şeirləri

Cavid Musadan uşaq şeirləri
Poeziya
admin
Müəllif:
08:20, 27 noyabr 2022
1 822
0
Cavid Musadan uşaq şeirləri



Çoban


Başında yun papağı,
Al qırmızı yanağı,
Gəzir dərəni, dağı,
Çoban quzu otarır,
İstirahət sayağı.


Nə vaxt çoban oturar,
Qoyun uzağa gedər.
Günorta isti olar,
Sürü dağ yamacına,
Çoban bulağa gedər.


Çobanın bir iti var
Uzun illər dostudur.
Onun da adəti var
Çobanı, həm sürünü,
Canavardan qoruyar.


Yolun düşə, rast gələ
Çobana qonaq olsan,
Quzu kəsər səninçin.
Soyuq bulaq başında
Kabab çəkər səninçin.


Bahar fəsli


Bahar uşaqların arzusudur
Bahar gəldi.
Parka getmək istəyirlər,
Bəhanələr bitdi daha.


Hər yan yaşıl çəmənlik,
Hər tərəf kəpənəklər.
Güllər, çiçəklər.
Parka getmək üçün
Bəhanə yoxdur ana.

Quşların cəh-cəhi,
Uşaqların bəh-bəhi.
Nəğmə dolu şehli hava,
Parka getmək üçün
Bəhanə yoxdur ana.

Daha hava soyuq deyil,
Daha yollar buz bağlamır,
Külək əsmir, göy ağlamır.
Parka getmək üçün
Bəhanə yoxdur ana.


Düşün danış


Səssiz qaldığım üçün heç üzülmədim
Danışığıma görə peşman olmuşam.
Neçə dost ilə, neçə tanışla,
Dediyim sözə görə düşman olmuşam.
O, nə söz idi mən danışmışam?!
İçim içimi elə yandırır.
Ruhum canımı alovlandırır.
O, sözü danışan zaman,
Hansı ağılda insan olmuşam?!

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)