Edebiyyat.az » Proza » Eşqin Məmmədov - Vətən torpağı

Eşqin Məmmədov - Vətən torpağı

Eşqin Məmmədov - Vətən torpağı
Proza
admin
Müəllif:
19:25, 05 noyabr 2020
1 184
0
Eşqin Məmmədov - Vətən torpağı

 





  1970 – ci il. Sovetlər ölkəsi. Hər il olduğu kimi bu il də , yenə hərbi çağrış üçün  ailələrə povestkalar göndərilirdi. O zamanlar bizim kəndimizdə poçtaliyon  Həmid dayı idi. Səhər qapının üstündəki poçt qutusuna nəzər yetirəndə  , məktub gəldiyini gördüm . Məktubun üstü ən sevdiyim markalardan biri ilə bəzədilmişdir. Mən məktubun üstünü oxuduqda , artıq məsələnin nə yerdə olduğunu anladım . Tez anama xəbər etdim ki , ayın 3 – ü əsgər gedirəm . Bir gün öncə qohum - tanış bizə yığılıb , məni yola saldılar. Səhər , Salman kişinin at arabası ilə kəndin çıxışına , yəni  “ Poçt yolu “ deyilən əraziyə kimi gəldik. Burdan rayon mərkəzinə isə Allah kərimdir deyib , piyada tərpəndik. Mənimlə bərabər  qonşu kənddən Azad adlı oğlan da gedirdi . Bir xeyli yol qət etmişdik ki , Salahlı kəndidndən kolxoza məxsus Zil markalı maşın çıxdı. Əl edib, saxladıq.
A bala nə lazımdır ? Deyə sürücü soruşdu.
Əmi bizi rayona qədər apararsan?
Buyurun ,əyləşin .
  Biz rayona yetşdik. Vayonkamatın  qarşısında xeyli insan toplaşmışdır.  İzdihamın içindən keçib , həyətə daxil olub  növbəyə durduq . Daha sonra bizi avtomobillərə mindirib , Bakıya gətirdilər. O zamanlar hamı Biləcəridən yola salınırdı . Bizi sıraya düzüb yenə böldülər. Azad Kuril adalarına getməli oldu . Mən isə qərbə , yəni Şərqi Almaniyaya. Bizə hərbi forma verilən zaman , hələ kənddən özümlə götürdüyüm büküncəyi güclə gizlətdim . Nəhayət biz molodoy tabora gəldik . Bir neçə ay təlim keçdikdən sonra məni zastavaya aparıdlar . Artıq xidmət günləri başladıqca , vətən üçün darıxmaq , xatirələr oyanmağa başlamışdır. Bu zastavada 3 azərbaycanlı idik. Qalanları isə başqa xalqların nümayəndələri ididlər. 2 ilə az qalmışdır , Novruz bayramı ərəfəsi idi , biz üç azərbaycanlı gənc , el - oba üçün , xüsusən də  bayram üçün, çox darıxmışdıq. Həmin günü heç keyfimiz yox idi. Serjantlardan biri alman Fridrix idi. Nəhəng bir bədənə malik idi. Zahirən qorxunc görünsə də , ürəyi yuxa adam idi. Starşinamız Bandarçuk da əla oğlan idi. Kambatımız  Tejeloviski biraz qaba adam  idi. Onunla hər zaman dil tapmaq mümkün deyildir. Uşaqların keyfini açmaq üçün Firidrixdən icazə istədim.
-Yoldaş Serjant , icazə olar sizə sual verim
- Buyurun .
- Bu gün bizim milli bayramımızdır , əgər icazə versəydiniz , biz bir saat  sinif otağında qalardıq?
- Buyurun . Ancaq sakit.
Oldu deyib , ayrılaraq uşaqların yanına gəldim. İcazə vercəyin bilirdim , amma çərənçilik edəcəyini də yəqin etmişdim , amma soruşmadı.  Uşqlar həmin vaxt  iş görürdülər. Mən plastın başından onlar səsləndim :
Seymur və Asif , tez  sinif otağın gəlin . Yoldaş starşinadan izacə almışam . Bu zaman , erməni Arman qışqırdı:
Cəlil biz də?
Yox ,siz pasılka gələndə gələrsiz .
Beş dəqiqə sonra biz sinif otağında cəm olduq . Seymur soruşdu :
Cəlil , sən canı yenə nə hoqqa tapmısan ?
Əşi nə hoqqa , bayram deyil?
Byaramdır .
Helədirsə , dedim keyfiniz biraz açım.
Kəndən bəri min əziyələ saxladığım , büküncəyi nəhayətki kitelin altına tikdiyim , parçanın arasından çıxarıb , stolun üstünə qoydum . Uşaqlar təəccüblə bunun nə olduğuna baxırdılar. Aramla büküncəyi açdım , içində isə kənd torpağı idi. Asif soruşdu :
Bu nə torpağıdır ?
Vətən torpağı
Hər üçümüz min kilometrlərə aralıda bu bir damcı torpağı öpüb , ağladıq . İçimizdəki fırtına sakitləşdi . Qalan xidmət zamanı hər gün uşaqlar gəlib xəlvət o torpağı öpürdülər. Biz tərxis olunduqdan sonra , topağı yenə yerinə qaytarıb, tökdüm.Bəli , bizi 3 il min əziyyətə dözməyə sövq edən , məhz o Vətən Torpağı idi.Onun üstündə yenidən yerimək üçün , ancaq hərəkət etmək lazım idi.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)