Edebiyyat.az » Proza » Xavər Şəfiyeva - İntihar nəğməsi

Xavər Şəfiyeva - İntihar nəğməsi

Xavər Şəfiyeva - İntihar nəğməsi
Proza
admin
Müəllif:
13:00, 11 mart 2021
1 634
0
Xavər Şəfiyeva - İntihar nəğməsi



 Göy üzünü qara pərdələr örtməkdə davam edirdi. Buludların əl-ələ tutaraq tələsik harasa yan alması şəhərdə baş verən hadisələrində özlərini günahkar biləcəklər deyə ehtiyat edərək uzaqlaşırmış kimi görünürdü. Hava tutqun və buludlu olmasına baxmayaraq beton üzərindəki qan ləkələri uzaqdan qaraltı kimi gözə çarpırdı. Hadisənin baş verdiyi ərazini lentlərlə mühasirəyə alınması axtarış-tədqiqat işlərin hələ də davam etməsindən xəbər verirdi. Ara-sıra gələn polis maşınları qonşuları sorğu sual edir, mənzil-mənzil gəzərək hadisə şahidlərini dindirməyə aparırdı. Eyni məhəllədə eyni saatlarda iki ölüm hadisəsinin baş verməsi nəinki məhəlləni bütün mikrarayon əhalisini təşvişə salmışdır. Hadisələrin cinayət yoxsa intihar olması araşdırılıb dəqiqləşdirdikdən sonra bəlli olacaqdır.
  Əmim Nizami rayon polis şöbəsində işləyir. Dünən gecə saat 23:00 radələrində edilən zəng lada markalı minik avtomabilinin gənc xanımı vurulması və ölümlə nəticələnən avtoqəza hadisəsindən xəbər verirdi. Şəxsiyyəti təsdiq edən heç bir sənəd üstündə olmadığından hadisə qurbanının adını hələ də açıqlamamışdılar.
   Digər hadisə araşdırmaları da bir nəticəni üzə çıxarda bilməmişdir. Yaşadığım bina ilə üzbəüz olan beşmərtəbəli binanın üçüncü mərtəbəsindən intihar edən Bədirbəyli Günelin nə ölümünü nə də dirisini tapa bilməmişdilər. Beton üzərində qat  şəklində qalan qan ləkələri qızın sağ qalmaq ümidini azaldırdı. Bütün məhəllə, hətta polislər belə  hadisənin bir cinayət olmasını və izini itirmək üçün cəsədin aradan götürülməsi kimi fikirlər irəli sürürdülər. Gözümüzün qabağında böyüyən Günelin belə bir iş tutması inanılmaz idi. Məhəllədə sakitliyi ilə seçilirdi. Piano kurslarna gedirdi. Onu intihara  sürükləyən səbəb nə ola bilərdi, axı? Günelin sağ tapılması üçün  hamımız dua edirdik. Qızın yoxa çıxması o biri cinayət hadisəsini düşüncəmdə kölgəyə salırdı.
  Əmimə yığıb  təzə xəbərlərin olub olmadığını soruşdum. Axtarışlar nəticəsində intihar edən binadan əlli metr aralığında, yola çatmamış  damcılar  şəklində yeni qan izlərin aşkarlandığını söylədi. Qanın hadisə qurbanına məxsus olub olmadığını sübut etmək üçün hər iki yerdən analizlər götürərək labaratoriya şöbəsində göndərilib. Bəli, hər iki yerdən götürülən qanın eyni adama məxsus olduğunu deyilir artıq. Deməli, Günel ölməyib. Şükür sənə, İlahi! Hadisə yerindən ora qədər yeriyə bilibsə, demək ciddi xəsarət almamışdır. Əmimi bir də yığıb qızın təcili tapılması üçün axtarışlara tələsmək lazım olduğunu, lazım gələrsə özümün də  ora gələcəyimi söylədim.
 —Gecikmişik!
 Əmimin sözün bitirməsi və telefonun qapatması ilə eyni oldu. Əsəbi halda  söylədiyi "gecikmişik" kəlməsi şimşək kimi beynimdə səs saldı. Xəyalımdan min cür şey keçirdi. Nə baş verdiyini öyrənmək üçün birbaşa  polis şöbəsinə getməyi düşündüm. Həyətdə kişilər, qadınlar, uşaqlar yığılıb həyəcanla nələrisə danışdığını eşidirdim. Nəsə ağır xəbərlərin olduğu hiss olunurdu. Xəbərlər ağızdan-ağıza ildırım sürətiylə yayılırdı.
 Məhəlləmizdən əsas yola kimi  4-5 yerdə qan izləri  aşkarlamışdır. Həyəcandan bədənim baş barmağımdan  başımın son tükünə kimi əsirdi. Avtoqəza baş verən yerdən götürülən qan izləri ilə  məhəlləmizdə ayrı-ayrı yerlərdə tapılan izlərin  cavabları eyni nəticəni vermişdi. Maşın vurması nəticəsində dünyasını dəyişən qızın adı açıqlandı: Bədirbəyli Günel. Demək Günel? Bir cana neçə dəfə qəsd olunub, İlahi!
Qız bir dəfə özünü  yaşadığı otağın pəncərəsindən atmış, canından qurtula bilmədiyi üçün yaralı halda ikinci dəfə maşın altına atmışdır. Hadisənin  mahiyyətini, intihara gətirəcək qədər səbəblərini öyrənmək üçün təhsil aldığı məktəbdən oxuduğu kitablara qədər, yaşadığı otaqdan işlətdiyi telefona qədər araşdırırdılar. Polislər Günelin yaşadığı otağın  pəncərəsindən üstündə bir neçə cümlə yazılan kağız  və pianoda özü ifa elədiyi  "İntihar nəğməsi " adlanan musiqisini  açıb, olduğu kimi kilidləyib qoyan telefon tapılmışdır.
Kağız parçasında yazılanlar:
 《Əziz valideynlər! Əsas da atalar!
Siz övladınızı qorxutmaqla, döyməklə, söyməklə hansısa psixoloji  və ya mənəvi zoraklıq göstərməklə  onları tərbiyələndirdiynizi düşünürsünüzə, etməyin.
Onları tərbiyə adı ilə sıxışdırmayın, xoşbəxt  edəcək  hisslərdən məhrum etməyin. Bizim də xoşbəxt olmaq haqqımız var! Burada tapa bilməyəcəyim xoşbəxtliyi, orada tapacağam deyə, yola çıxıram. Əlvida》!
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)