Edebiyyat.az » Proza » Polyanna sindromu - Polyanna əsəri

Polyanna sindromu - Polyanna əsəri

Polyanna sindromu - Polyanna əsəri
Proza
nemət
Müəllif:
09:37, 22 avqust 2019
2 284
0
Polyanna sindromu - Polyanna əsəri




“Polyanna sindromu” konsepsiyası ilk dəfə 1978-ci ildə psixoloqlar Matlin və Stanq tərəfindən irəli sürüldü. “Pollyanna sindromu” insanın hətta pis hadisələrin belə yalnız müsbət tərəflərini görə bilməsi deməkdir. Təxminən gözünüzə çəhrayı eynək taxmış kimi olursunuz. Məsələn, maşınınız xarab oldu, eybi yoxdur piyada gəzəcəksiniz. Piyada gəzmək sağlamlığa xeyirdir. Bu sindromu araşdırmaq üçün psixoloqlar “Polyanna” əsərinə müraciət ediblər. 

Polyanna əsəri Amerikalı uşaq yazıçısı Eleanor Porter tərəfindən 1913-cü ildə yazılıb. Qısa zamanda «Polyanna» bir uşaq ədəbiyyatı nümunəsi olaraq uşaqların, xüsusən, də qızların sevimli əsərinə çevrilib. Roman çap olunandan sonra qəhrəmanı Polyannanı ədəbiyyatçılar ən nikbin ədəbi personaj adlandırmışlar.  

«Polyanna» 11 yaşında yetim qalmış və vaxtilə zəngin olan anasının kasıb bir oğlanla ailə qurmağını heç cür bağışlaya bilməyən və illərdir küsülü olduğu xalası tərəfindən ictimai qınaqdan qurtulmaq üçün himayəyə götürülən bir qızın hekayəsidir. Qızın qeyri-adi xasiyyəti, təmiz qəlbi bir müddət sonra sərt və soyuq xalası Polli Harrinqtonu da yumşaldır. Xüsusən onun atasının öyrətdiyi «Məmnunluq oyunu» Polyannanı yaşadığı şəhərdə tezliklə məşhur edir. Bu oyuna görə insan həyatında başına gələn bütün hadisələrin gözəl yönünü tapa bilməlidir. Hətta həmin hadisələr nə qədər çox ağır olarsa, oyun bir o qədər də maraqlı alınır. 

Əslində bizim bildiyimiz «hər şərdə bir xeyir var» məntiqinin daha əyləncəli və asan anlaşıla bilən halı əsərdə işlənib. Bu oyun sayəsində Polyanna həmişə şəndir, gümrahdır, həyatcanlıdır. Eyni zamanda bu əhval-ruhiyəsi ilə ətrafındakılara da sevinc qaynağıdır: xalası Pollinin soyuq və cansıxıcı həyatına isti nəfəs gətirir, qaraqabaq və qaradinməz Con Pendeltonun özünə qapanıq xasiyyətini dəyişdirir, həyatdan küsmüş, deyingən bir yataq xəstəsi olan xanım Snouya ondan daha ağır vəziyyətdə olanlardan danışıb, həyatında gözəl şeylərin də olduğunu göstərib onu bu əzabdan xilas edir, yetim Cimmi Binin isti bir evdə rahat bir şəkildə yaşaması üçün əlindən gələni edib, axırda buna müyəssər olur və nəhayət ən sonunda illər öncə küsüb ayrılmış xalası və Tomas Çiltonun barışmasına səbəb olur.  

Yazıçı beləliklə, həyata pozitiv yanaşıb, stəkanın dolu tərəfini görənlərin, başına gələnlər üçün səbir edib, hər şeydə şükür etməyə səbəb tapanların həm özlərinin, həm də ətrafindakıların həyatına necə müsbət təsir edəcəyini açıq-aydın göstərib. 

Lakin, qulağa nə dərəcədə xoş gəlsə də Polyanna sindromunun mənfi tərəfləri də var. Bu sindroma tutulma zamanı insan reallığı görə bilmir və özünü “yaxşı” dünyada yaşayan “pis” biri kimi təsəvvür edir.

Polyanna sindromu daha çox valideynləri tərəfindən sevgi hiss etməyən uşaqlarda yaranır. Uşaq özünü valideynə göstərmək üçün dəridən qabıqdan çıxır. Nəticədə öz şəxsi istək və arzularını hiss etmək qabiliyyətini itirir. 

portal.azertag.az 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)