Edebiyyat.az » Söhbət » Şvartsman - Adı “Məhəbbət üçün ürəkbulanma” olacaq. Köhnə məhəbbət romanları üçün qusuntu.

Şvartsman - Adı “Məhəbbət üçün ürəkbulanma” olacaq. Köhnə məhəbbət romanları üçün qusuntu.

Şvartsman - Adı “Məhəbbət üçün ürəkbulanma” olacaq. Köhnə məhəbbət romanları üçün qusuntu.
Söhbət
admin
Müəllif:
01:07, 13 avqust 2020
2 053
0
Şvartsman - Adı “Məhəbbət üçün ürəkbulanma” olacaq. Köhnə məhəbbət romanları üçün qusuntu.

 




- Xoş gördük Şvartsman(Tamerlan Güliyev). Şvartsman adını ilk dəfə eşidəndə alman vətəndaşı olduğunu düşünmüşdüm. Mənasını bilmək olar? 

- Salam. Adın mənası “Qara adam” deməkdir. 


- Hekayələrində fərqli tərz yaratmağa çalışırsan. Qadın kişi münasibətlərinə, seksə, insan psixologiyasına üstünlük verirsən. Hər hekayən üçün xüsusi poster hazırlayırsan. Məqsədin nədir?

- Əgər sən yazmağı sevirsənsə, bu işi keyfiyyətli görməlisən. Yazıçının oxucu qarşısında məsuliyyəti varsa, bu məsuliyyət budur ki, səni oxuyanlar vaxt ayırıb oxuduğuna peşman olmamalıdır. 


- Nə vaxtsa özünü dünya ədəbiyyatında peşəkar yazıçı olaraq görürsən? 

- Bilmirəm. Düzü bu haqda danışmaq hələ tezdir. Ümumiyyətlə, bu haqda düşünmürəm. Yazdığımın daha yaxşı alınmasını istəyirəm. 


- Çağdaş ədəbiyyatımızın inkişafı üçün nə çatışmır? 

- Yeni insan. Nə müxalifətçi, nə iqtidarçı olan. Yazmağın sənət olduğunu bilən və bu sənəti pula çevirən adam. Və xaricdə yaşayan çoxlu yazıçılar lazımdır. 


- Yazıçılar birliyi gənclərə dəstək olurmu?

- Bilmirəm. Bəlkə kiməsə dəstək olub, kiməsə yox. 


- Azərbaycan ədəbiyyatının biznes tərəfi inkişafdan qalıb. Yazıçılar, şairlər haradan qazanmalıdırlar? 

-Sən elə yazmalısan ki, kitab sənə pul qazandırmalıdır. 21-ci əsrdə yaşayırıq, reklam dünyasında. Toyuğun götünü də file kimi camaata satmaq olar. Yazıçı yaxşı qazanmaq istəyirsə, yaxşı yazmalıdır. İnsan sevdiyi işdən pul qazanmalıdır. Yazıçı olmaq qumar oynamaqdır. Yazıçılar birliyinin təxminən 1000 nəfərdən çox üzvü var. Fərz edək ki, üzv olmayan, qıraqda öz çevrəsində tanınan 1000 nəfər də yazan var. 2000 nəfər. Biz 2000 nəfərdən yalnız 20-30 nəfəri tanıyırıq. Ən çox tanınan onlardır və pul qazananlar da onlar olacaq. Yerdə qalan 1970 nəfər bu qumarda uduzdu. Çünki bu kazinoda sənə təkcə şans lazım deyil, sözlərlə oynamaq istedadı lazımdır. 


- Yeni kitabın haqqında danış. 

- Adı “Məhəbbət üçün ürəkbulanma” olacaq. Köhnə məhəbbət romanları üçün qusuntu. Məhəbbətə fəlsəfi yanaşmaq. Romanda personaj yaşadıqlarını sorğulayır və müxtəlif yanaşmalar təqdim edir. Əslində məhəbbət köhnə mövzudur və qeyri-ciddi qəbul olunur. Bu roman Məhəbbət romanları üçün anti-standart olacaq. Çapdan çıxanda insanların reaksiyası maraqlıdır mənə. 


- Roman yazmağı düşünürsən?

- Yazıram. Adı “Məhəbbət üçün ürəkbulanma”. 


- Azərbaycan yazıçısı olaraq xalqın problemləri haqqında yazırsan. Çıxış yolu varmı?

- Əsas problemi göstərmək deyil, həll etməkdir. Hekayə yaxud romanda yazıçı problemin həllini problem yaradan adamları ələ salmaq, gülməklə həll edə bilər. Və bir də alternativ yollar göstərməklə. Çıxış yolu həmişə var, onu göstərən adam varsa əgər. 


- Səmimi söhbət üçün çox sağ ol. 

- Sən sağ ol, Nemət.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)