Edebiyyat.az » Təqdimat » ELDAR BAXIŞIN 75 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR VƏ “VƏTƏN ŞAİRİ” KİTABININ TƏQDİMATI OLACAQ

ELDAR BAXIŞIN 75 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR VƏ “VƏTƏN ŞAİRİ” KİTABININ TƏQDİMATI OLACAQ

ELDAR BAXIŞIN 75 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR  VƏ “VƏTƏN ŞAİRİ”  KİTABININ TƏQDİMATI OLACAQ
Təqdimat
admin
Müəllif:
15:08, 10 sentyabr 2022
1 272
0
ELDAR BAXIŞIN 75 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR VƏ “VƏTƏN ŞAİRİ” KİTABININ TƏQDİMATI OLACAQ


                          


    Sentyabrın 17-də dünyadan vaxtsız köçmüş görkəmli şair Eldar Baxışın anadan olmasının 75 illyi qeyd olunacaq. Tədbirin 1-ci hissəsində şairin dostları, ailə üzvləri onun Xırdalandakı məzarını ziyarət edəcəklər. 

    Saat 15-də tədbirin əsas hissəsi başlayacaq. Şairin qələm yoldaşları, əsərlərinin pərəstişkarları olan oxucular və ailə üzvləri Eldar Baxışın yaradıcılığından danışacaq, xatirələrini bölüşəcəklər. 

    Tədbirin bavamı kimi yazıçı Azad Qaradərəlinin yenicə çapdan çıxmış “Vətən şairi” kitabının təqdimatı və imza günü də baş tutacaq.  Qeyd edək ki, kitabda A.Qaradərəlinin dostu haqqında  zaman-zaman yzadığı esselər, xatirə yazıları, “E.Baxışa məktub”, habelə ilk dəfə çap olunan geniş həcmli “Qarsiya Lorka və Eldar Baxış”, “Sabir Əhmədli və Eldar Baxış”, “Vətən şairi” məqalələri yer alıb.

    Kitabda yazıçının öz arxivindən götürüb nəşr etdiyi bir sıra yazılar da maraq doğuracaq.

    Eyni zamanda, A.Qaradərəlinin dostuna həsr etdiyi bədii yazılardan parçaları da yeni nəşrdən oxumaq mümkündür. (İlk növbədə oxuculara yaxşı tanış olan “Yuxarıda kim var?” uzun hekayəsini və başqa yazıları qeyd etmək olar.)

    Kitabın elmi redaktoru İstanbul Aydın universitetinin professoru Kamil Vəli Nərimanoğlu, redaktoru xanım şair Günel Rəcəbdir.

    Tədbir 17 sentyabr, saat 15-də Səməd Vurğunun ev muzeyində (Səbayel rayonu, Tərlan Əliyarbəyov – 6, Sahil metrosundan bir qədər aralıda) keçiriləcək.

    Tədbirə giriş sərbəstdir. Maraqlananlar təşkilat komitəsi ilə əlaqə saxlaya bilərlər. Telefonlar: 0503737121 və 0557173403.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)