Nemət Mətinin yeni kitabı oxuculara təqdim edildi
Təqdimat
Nemət Mətinin yeni kitabı oxuculara təqdim edildi
Avqustun 20-də “Çinar kitab evi”-də gənc yazıçı Nemət Mətinin "Gözəgörünməzlər" kitabının təqdimatı keçirildi. Tədbirdə "Ədəbiyyat və kütlə", "Sonuncu uçuş" kitabları ilə yanaşı növbəti “Gözəgörünməzlər” adlı hekayələr toplusu müəllifin imzası ilə oxuculara təqdim olundu.
Onu da qeyd edək ki, kitab oxucular tərəfindən xüsusi maraqla qarşılanıb. Həmçinin təqdimatda ölkəmizin sevilən yazıçıları Azad Qaradərəli, Kənan Hacı, Miri Rəsulzadə və s. də iştirak edib.
İlk kitabı "Ədəbiyyat və kütlə" adlanan yazıçının ikinci kitabı "Sonuncu uçuş" adı ilə çap olunub. Bu kitab Türkiyədə "Son uçuş" adıyla da oxucuların ixtiyarına verilib. Üçüncü kitabı isə hekayələr toplusu olan "Gözəgörünməzlər"-dir. Kitab cəmiyyətimizdə gözəgörünməyən maraqlı insanların həyatından bəhs edən hekayələr toplusundan ibarətdir.
Gələcəkdə roman yazmağı düşünən yazıçı "Gözəgörünməzlər" kitabını Güney Azərbaycanda da çap etdirəcəyini düşünür.
Mövzuya uyğun linklər:
Türkan Nağıyeva - Ağrı estetika ola bilərmi?
Matanat Teymurlu "Masterpieces of Western European Painting at the National Museum of Art of Azerbaijan"
Mətanət Teymurlu- "Azərbaycan Milli İncəsənət Muzeyində Qərbi Avropa rəngkarlıq İnciləri"
Ədəbiyyat üzrə Nobel mükafatının qalibi kim ola bilər?
Şəbnəm Nəbiyeva – Səttar Bəhlulzadə: həyat və yaradıcılıq yolu




