Edebiyyat.az » Musiqi » Cinslərarası münasibətdə musiqinin rolu

Cinslərarası münasibətdə musiqinin rolu

Cinslərarası münasibətdə musiqinin rolu
Musiqi
Necef Esgerzade
Müəllif:
17:42, 20 may 2019
1 490
0
Çarlz Darvinin insan cəmiyyətində və sosial cinslərarası münasibətdə musiqinin vacib roluna dair hipotezi təcrübə yolu ilə təsdiq edilib. Belə ki, musiqi kişiləri qadınların gözündə həqiqətən daha cəlbedici edir.
Musiqi, məlum olduğu qədərilə, bu və hər hansı bir digər formada istənilən insan cəmiyyətlərində mövcuddur. Təkamül nəzəriyyəsinin banisi olan Çarlz Darvinin dövründən bəri musiqinin münasibətlərdəki əhəmiyyətini təkamül üstünlükləri ilə əlaqələndirməyə çalışırlar. Darvin özü hesab edirdi ki, musiqi bacarığı potensial partnyorlara koqnitiv xüsusiyyətlər (intellekt) və motorika (orqanizmin hərəkət fəallığı) səviyyəsinin nümayişində köməklik göstərir – eynən oxuyan quşlarda olduğu kimi. Ancaq burası da var ki, bu fikri tamlıqla əsaslandırmaq indiyəcən mümkün olmurdu.
Yeni tədqiqatın müəllifləri Manuela Marin və onun Avstriyadan olan həmkarları qeyd edir ki, səsyazan cihaz və pleyerlərin icadına qədər sosial qarşılıqlı əlaqələr kontekstində musiqi ancaq “canlı” səslənirdi. Alimlər musiqi qavrayışının əks cins nümayəndələrinin cəlbediciliyinə necə təsir göstərdiyini aydınlaşdırmağı qərara alıblar.    

“Psixoloji ədəbiyyatda, əgər iki stimul ard-arda gəlirsə, “maraq oyatma ötürülməsinin” mövcudluğu ilə bağlı bir neçə sübutlar tapmaq olar, – Manuela Marin izah edir. – Birinci stimulun bərpası daxili “təhrik hissini”, artmış psixoloji aktivliyi oyadır ki, daha sonradan bu, növbəti bərpa olunan stimula keçirilir. Bu, praktiki olaraq, şüursuz şəkildə baş verir və bizim partnyor seçimi kimi qərarlarımıza təsir edə bilər”.

Hipotezin yoxlanışı üçün hər iki cinsdən 96 heteroseksual könüllü seçilib. Onlar, musiqi sahəsində xüsusi təcrübəyə malik deyildilər. Könüllülərə, əvvəlcədən seçilmiş və qulağa daha “xoş” hala salınmış XIX əsrin 80 piano pyesinə aid fraqmentlər ifa edilib. Ardından onlara əks cinsdən olan 20 nəfərin fotoşəkilləri verilib. Üzərində təcrübə aparılanlar şəkillərdəki kəslərin nə dərəcədə cəlbedici olduğunu qiymətləndirərək, onlardan hansı ilə münasibət qurmağa hazır olub-olmadıqlarını cavablamalı olublar. Maraqlısı budur ki, qiymətləndirmə prosesi tamamilə səssiz mühitdə yerinə yetirilib.

Nəticələrə əsasən, kişilərin verdiyi qiymətlərə musiqi təsir etmir. Başqa deyimlə, kişilərin qadınları qiymətləndirməsində musiqi rol oynamır. Qadınlar isə çalınmış musiqilərin fonunda fotoşəkilləri təqdim olunmuş kişilərin daha cəlbedici olduğunu etiraf edib və onlardan hər hansı biri ilə görüşüb, şəxsi münasibət qurmağa hazır olduqlarını kişilərlə muqayisədə daha çox vurğulayıblar. Nəticələr göstərir ki, ifa olunmuş musiqi nə qədər qulağa xoş və mürəkkəbdirsə, təsiri bir o qədər güclü müşahidə olunur. Təcrübənin müəllifləri burada qeydi adi bir şey olmadığını deyirlər: “Əsasən kişilər qadınları özünə çəkmək üçün belə göstərişlərə əl atırlar, qadınlarda isə əksinə olaraq bu xüsusiyyət yoxdur.”
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)