Edebiyyat.az » Palitra » Sənət və Əməkdaşlığın Bayramı: “Rənglərin Sehri” Sərgisi

Sənət və Əməkdaşlığın Bayramı: “Rənglərin Sehri” Sərgisi

Sənət və Əməkdaşlığın Bayramı: “Rənglərin Sehri” Sərgisi
Palitra
admin
Müəllif:
15:42, 30 iyul 2025
52
0
Sənət və Əməkdaşlığın Bayramı: “ Rənglərin Sehri ” Sərgisi

Sənət və Əməkdaşlığın Bayramı: Rənglərin Sehri Sərgisi 


Beynəlxalq Qalereyanın “Qonaqpərvər” zalında  MM Tədris Mərkəzinin  müəllim və tələbə kollektivi ilə birgə layihə rəhbəri Aygün Əzizovanın olduğu Rənglərin Sehri adlı qrup sərgisi təşkil olunduSərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova qonaqları və sərgi iştirakçılarını salamlayaraq, MM Tədris Mərkəzinin geniş fəaliyyətindən, yerli və xarici sərgilərdə fəal iştirakından söz açdı. Həmçinin, sərgidə müxtəlif texnikalarda işlənmiş 25  əsərin nümayiş edildiyini  bildirdi.

Sərgidə MM Tədris Mərkəzinin rəhbəri Məhsəti Mehnətova, Mərkəzin meneceri Aynurə İsmayılova, rəsm müəllimi Könül Məmmədli, fəxri qonaq olaraq isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının  (ADRA) müəllimi Zinaida Mirzəzadə,  rəssam Nihad Əliyev, “Xalq” qəzetinin əməkdaşı və Edebiyyat.az xəbər saytının redaktoru Fidan Salmanova,  həkim, rəssam Səadət Cəfərova, vokalist, rəssam Aynur Yunusova, rəssam, müəllim Mehriban Zeynalova və başqaları çıxış edərək, MM Tədris Mərkəzinə uğurlar arzuladılar. Sonda isə  iştirakçılar diplomla təltif olundular. Xatirə fotoları çəkildi.

MM Tədris Mərkəzinin rəhbəri Məhsəti Mehnətova müsahibə verdi: “Biz mərkəz olaraq bir sıra sərgilərdə iştirak edirik. Bugünki sərgi də “Rənglərin sehri” adlanır. Mərkəzin tələbələri ilə birgə bu rəsmləri işləyib hazırlamışıq. Mərkəzimiz Ramanıda - “Şuşa” qəsəbəsində yerləşir. Xüsusi rəssamlıq qabiliyyəti olan uşaqları mərkəzimizə dəvət edirik. Bugünki sərginin təşkilinə görə isə Qalereyanın rəhbərliyinə təşəkkür edirik”.

Qeyd edək ki, sərginin məqsədi gənc rəssamların yaradıcılıq enerjisini və müxtəlif texnikalarda işlədilmiş əsərlərlə rənglərin gücünü ön plana çıxarmaqdır.

Bu əsərlər, gənc rəssamların dünyagörüşünü, fərdi yanaşmalarını və yaradıcı gücünü təcəssüm etdirir. Bu tip sərgilər gənc yaradıcı ruhların cəmiyyətlə daha sıx təmas qurmasına, özünüifadə imkanlarına və peşəkar inkişafına zəmin yaradır. 

 

Müxbir: Fidan SALMANOVA 

Foto: Camal

Edebiyyat.az

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)