Edebiyyat.az » Palitra » İlk sərgi kataloqu harda hazırlanıb?

İlk sərgi kataloqu harda hazırlanıb?

İlk sərgi kataloqu harda hazırlanıb?
Palitra
Necef Esgerzade
Müəllif:
17:05, 20 may 2019
1 700
0
Bugün demək olar hər sərgidə kataloqlara rast gəlmək olur. Kataloqlarda adətən rəssam yaxud rəssamlar barədə qısa məlumat, onların əsərləri və əsərlər barədə ümumi məlumat verilir. Düşünürəm ki, kataloqlar aydın və xüsus diqqətlə hazırlanmalıdır.
Bəs ilk kataloq nə vaxt hazırlanıb?
1673-cü ildə təşkil olunan Salon üçün kataloq hazırlanır. Bunu tarixin ilk sərgi kataloqu adlandırmaq olar. Kataloqa ən yaxşı əsərlər əlavə olunur, onların müəllifləri haqqında qısa məlumat və akademik vəzifələri qeyd olunurdu.
   
Dövrün filosofları, sənətşünasları, yazıçıları (D.Didro, Stendal, T.Qote, E.Zolya və s.) tərəfindən yazılmış kataloqlar da “Salon” adlanırdı. O dövrdə hazırlanmış kataloqlar, bugünkü gün sənətşünaslar üçün çox dəyərli mirasdır.  

1759-cu ildə Didro “Paris Salonu«nun xronikasını (1759-1781) yazır. Bunu incəsənət mövzusunda ilk tənqidi yazı kimi qəbul etmək olar. Qazetlərdə, jurnallarda, xüsusi nəşrlərdə çap olunduqca, maraq doğurmağa başlayır, insanlar tərəfindən çoxlu reaksiya gəlir. Didro bununla incəsənət tənqinin sonrakı inkişafına böyük töhvə vermiş olur.

Mənbə: aartaaz 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)