Edebiyyat.az » Poeziya » Alis Uolker – Şeirlər

Alis Uolker – Şeirlər

Alis Uolker – Şeirlər
Poeziya
admin
Müəllif:
10:04, 05 dekabr 2021
1 054
0
Alis Uolker – Şeirlər




Alis Uolker (1944-) məşhur Amerikalı romançı, şair və ictimai aktivistdir. Onun “Bənövşəyi” romanı 1982-ci ildə nəsr üzrə Pulitser mükafatına layiq görülüb. Uolker afro-amerikalı qadın yazarlar arasında bu mükafatı qazanan ilk yazıçıdır.

Heç kəsin sevimlisi olma

Heç kəsin sevimlisi olma
Kimsəsiz ol!
Ağırlığı dəf etmək üçün
Həyatın ziddiyyətlərinə bürün.
Ağılsızlıqlarının insanları məhv etməsinə böyük zövqlə tamaşa et!
Onların səndən şübhələnməsinə icazə ver 
Və sən də onlardan şübhələn.
Kimsəsiz ol!
Tək-tənha gəzməkdən,
Səfehlərlə bir cərgədə dayanmaqdan qürur duy!
Həqiqəti söylədiyi üçün,
Minlərlə insanın məhv olduğu çaykənarına
Xoşbəxtləri topla.
Amma heç kəsin sevimlisi olma
Kimsəsiz ol!
Öz ölülərinlə yaşamağa hazır ol!

Orijinal mətnt: https://wordsfortheyear.com/2016/08/25/be-nobodys-darling-by-alice-walker/




İşgəncə

Bir ağac əkərsən
Əgər  zülm etsələr valideynlərinə,
Bir ağac əkərsən
Əgər  incitsələr qardaş-bacını.
Rəhbərlərini öldürsələr,
Sevdiklərini əlindən alsalar,
Və sənə işgəncə versələr 
Susmamaq üçün,
Danışmaq üçün
Yenə ağac əkərsən.
Və sonda bir ağaca qıysalar,
Məhv etsələr bütün meşəni,
Yenidən başlayarsan.

Orijinal mətn: https://www.poemhunter.com/poem/torture-26/


Tərcümə edən: Sonası Vəliyeva

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)