Edebiyyat.az » Proza » Cerom Devid Selincerin yeni kitabı

Cerom Devid Selincerin yeni kitabı

Cerom Devid Selincerin yeni kitabı
Proza
nemət
Müəllif:
20:06, 12 mart 2019
1 681
0
Cerom Devid Selincerin yeni kitabı
 


  Amerika klassik ədəbiyyatının nümayəndələrindən olan Cerom Devid Selincerin heç yerdə çap olunmayan yazıları çap oluna bilər. Bunun haqqında "Çovdarlıqda uçurumdan qoruyan" əsərinin müəllifinin oğlu Mett Selincer the Guardian qəzetinə verdiyi müsahibəsində danışıb.
 Yazıçının oğlu bildirib ki, atası tənha yaşadığı illərdə, New Hampshire ştatının Korniş şəhərində yaşayanda qələmini kənara qoymamışdı. Selincer hər zaman ədəbiyyatla nəfəs alırdı. Müsahibədə Mett qeyd edib ki, O, indiyə qədər nə yazıbsa, hamısı hansısa anda çap olunacaq. O, istəyirdi ki, mən bütün yazdıqlarını çap elətdirim. Özü də biirdi ki, bunun üçün uzun zaman lazımdır. Çünki 50 ildə xeyli yazı yığılıb. Mett məsələyə aydınlıq gətirərək deyib ki, hər şey hazır olandan sonra oxucuların ixtiyarına buraxılacaq.
 Mett atasından xatirələr danışıb. "Atamın bitib-tükənməz fikirləri var idi. Hətta maşın sürəndə belə tez-tez maşını saxlayıb mənə danışardı. Çox vaxt isə danışmazdı, sadəcə saxlayıb bloknotunda qeydlər edərdi. Evdə hər stulun yanında bloknot var idi. O, təkliyi sevirdi və hər bir yazıçı olmaq istəyənə bunu məsləhət görərdi."
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)