Uraqan Abdullayev - Yazıçı əsgərlər
Proza
Uraqan Abdullayev - Yazıçı əsgərlər
Belə günlərdə müharibə həqiqətlərini görüb sosial aktivlik göstərməyən yazarlarımızı bu mübarizəyə qoşulmağa səsləyirəm:
Özünü ali irq kimi göstərib "müharibə istəmirəm, müharibəyə yox" deyərək, "müharibə siyasi oyunlardır" , insanlar barış və sülh içində yaşamalıdır deyə düşünənlər az deyil. Bir çoxuna elə gəlir ki, "müharibə vəhşilikdir, humanistlikdən uzaq bir barbarlıqdır". "Bizi də ana doğub, onları da ana doğub" deyə düşünürlər. Sizə elə gəlir ki, ermənilərin yaşlı nəsli Xocalı soyqırımını törətdikləri üçün günahkardırlar, amma səngərdə ölən 19-20 yaşlı gəncin heç bir günahı yoxdur?!
Siz bilmirsiniz, düşmən postları ilə üzbəüz dayanan əsgərlərimizin hansı hisslər keçirdiyini. Ermənilər bu tərəfdən dayanıb bizim əsgərlərə "Qarabağ bizimdir, Gəncə də bizim olacaq, Bakı da bizim olacaq" qışqırdıqlarını. Bunları yazarkən gözlərim dolur, ağlamaq istəsəm də gözyaşlarımı silib yazmağa davam edirəm.
İnanın mənə aranızda ən çox müharibəyə nifrət edən mənəm. Amma bu gün öz torpaqlarımızı qorumasaq, dünən Xocalıda zorlanan qadınlar bu gün sənin hər hansı bir yaxının olacaq. Buna göz yummağa davam etdikcə sabah eyni tale sənin özünü gözləyəcək. Düşünürsünüz ki, siz humanist olduğunuz üçün onlar sizə rəhm edəcəklər? Xeyr, belə olmayacaq. Mədəni bir insanın qarşısında susmaq qızıldır, özünü ali irq sayıb faşistlik edən insanlıqdan kənar məxluqlara qarşı bunu gözləmək isə səfehlikdir.
Mən nə edə bilərəm ki, hansısa həçyerlimi almaniyada gəzərkən sırf türk olduğum üçün 9 erməni üstünə düşərək təkləyib çırpır?! Və ya sən nə edə bilərsən ki, xaricdə istirahətdə olarkən sırf azərbaycanlı olduğun üçün "sən də türksən" deyib bir qrup erməni tərəfindən təcavüz olunursan? Quran oxumaqla donuz darıdan çıxmaz. Sopanı əlinə alıb çıxararlar. Bu gün bizlər o döyüşlərin astanasındayıq. Dünənə kimi keçmişimizi axtaranda orada şanlı tarix tapmaqda çətinlik çəkmişik. Bu gün o tarixi yazmağa çox yaxınıq. Bunu yalnızca müharibədə döyüş yolu ilə qazanmırlar. Mən heyranam o kəslərə ki, cəbhədəki əsgərlərimizə könüllü olaraq təmənnasız yardım edirlər.
Bizim vəzifəmiz nədir? Qələm əhli olaraq susmamalıyıq, amma "kimin yanında danışmalıyıq?" Önəmli olan budur. Öz-özümüzə erməni müzakirə edib, onlara lənətlər yağdırmaqla, və ya erməniləri öz aramızda söyməklə iş düzəlmir. Səsimizi dünyaya çatdırmalıyıq. Bunu da edə bilmək üçün paylaşımları ingiliscə, rusca, yeri gəldikdə erməni dilində paylaşmalıyıq. Bir çox məşhur erməni separatçılığını görüb öz profillərində paylaşdıqları dəstəyi geri çəkiblər. Və biz sussaq onlar bizi vəhşi biri kimi tanıyacaqlar. Onlara maraqlı olmayacaq sən humanistsən, insanlara tolerant yanaşırsan ya yox. Onlar bir şey deyəcək, sən Azərbaycanlısan. Belə günlərdə əsl birliyimizi ortaya qoymalıyıq, içimizdə bir-birimizə bəslədiyimiz küskünlükkəri kənara atmalıyıq. Bu nifrəti özümüzə deyil, düşmənə yönəltməliyik.
Sərhəddi keçərək Azərbaycana gizlicə daxil olan erməni kəşfiyyatı az deyil, dilimizi də mükəmməl bilirlər. İstərdinizmi hansısa nifrət bəslədiyiniz şəxsin metroda partlayış xəbərini eşidəsiniz, ya tanımadığınız yüzlərcə həmyerlilərinizlə birlikdə qətlə yetirildiklərinə şahid olasınız?
Soyuqqanlı olmalıyıq. Bu müharibədir. Müharibədə sən öldürməsən səni öldürərlər. Müharibə başlamadan sənin sülhə çağırış etməyin normaldır. Heç kim müharibə istəmir, ən çox da o müharibədə döyüşən əsgərlər bunu istəmir. Amma sənin-mənim can rahatlığım üçün bunu etməyə məcburdular. Və sən onları ruhdan salaraq bu cinayətdir deməyə haqqın çatmır. İşdir birdən məni də çağırsalar və geri qayıtmasam, sizə qarşı elədiyim bütün pislikləri yadınıza salıb, bir şeyi də unutmayın, bu insan mənə görə, bu torpaqlarda rahat yaşaya bilməyimiz üçün öz canını fəda etdi" deyin. Önəmli olan torpaq deyil, torpağın üzərində yaşayan insanlardır. Biz o torpaqlarda yaşadığımız üçün onlar müqəddəsdir. Onu qorumağa məcburuq hamımız. Bizlər bu gün Qarabağ uğrunda mübarizə aparmasaq, üzü Bakıya kimi bütün torpaqları itirə itirə gedəcəyik.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Seyid Hüseyn - Həzin bir xatirə