“Buker” mükafatının 2022-ci ilki qalibi “Maali Almeydanın yeddi ayı” romanı ilə Şehan Karuntilaka oldu.

Təqdimat
“Buker” mükafatının 2022-ci ilki qalibi “Maali Almeydanın yeddi ayı” romanı ilə Şehan Karuntilaka oldu.
Şehan Karuntilaka 1975-ci ildə Şri-Lankada doğulub. O, “Çinli: Pradipe Metyu haqqında əfsanə” kitabıyla məşhurlaşıb. Mükafat alan əsər müəllifin ikinci romanıdır.
“Maali Almeydanın yeddi ayı” romanının mövzusu belədir: Maali Almeyda müharibə fotoqrafı, qumarbaz və gizli geydir. O, gözünü açıb, özünü səmavi bir viza ofisində, təxminən, əraf kimi bir yerdə görür. Onun parçalanmış cəsədi gölündə batmaqdadır, bilinmir ki, onu kim öldürüb. Onu öldürə biləcəklərin siyahısı çox uzundur, ancaq Maali Almeydanın vaxtı azdır, onun sevdiyi qadın və kişiylə əlaqə saxlamaq, eləcə də Şri-Lankanı sarsıdacaq fotoların olduğu fləş karta yönləndirmək üçün yeddi ayı var.
Mövzuya uyğun linklər:
Cavadova Səkinə- Azərbaycan memarlığında kaşı nümunələrinin bədii xüsusiyyətləri
Xədicə Həmidova- Silah qınından çıxdı
Taqorla Eynşteynin söhbəti
Gülər Natiq İsaq - Səadət Cahangirin "Elegiya"sına ekspersionist baxış.
Bugünkü həmsöhbətim Azərbaycan Respublikasının "Əməkdar Rəssamı", "Tərəqqi" medallı Rafael Həşimovdur.
Həmçinin oxuyun: