Leonore Fleyşer "Yağış adam"
Təqdimat
Leonore Fleyşer "Yağış adam"
"Yağış adam" (ingiliscə "Rain Man") - Ədəbiyyata jurnalistikadan gələn Leonore Fleyşer “Washington Post”, “New York magazine”, “Publishers Weekly” üçün yüzlərlə məqalədən savayı, onlarla bədii əsərin müəllifidir. Amma o daha çox Hollivud incilərinin romanlaşdırılması ilə məşhurlaşıb. Bu bestsellerlərin içərisində “Yağış Adam” (1989) aparıcı yer tutur.
“Yağış Adam” dünya kino sənətinin nadir nümunəsidir. Film ilk gündən o dərəcədə məşhurlaşıb ki, cəmi iki həftəyə öz büdcəsindən ($25 milyon) təxminən iki dəfə artıq gəlir gətirib, səkkiz nominasiya üzrə “Oskar” mükafatına təqdim edilib, bunlardan dördünü qazanıb və “İlin ən yaxşı filmi” elan edilib.
Gənc biznesmen Çarli Bebbit qəfildən öyrənir ki, vəfat edən milyonçu atası mirası ona deyil, autizmdən əziyyət çəkən xəstə qardaşı Reymonda qoyub. Əvvəllər qardaşının varlığı haqqında heç nə bilməyən Çarli onu xəstəxanadan aparmaq, mirasın yarısı ona verilənədək geri qaytarmamaq qərarına gəlir. Bu yolda qardaşların başına gələn hadisələr onların yaxınlaşmasına səbəb olur.
Tərcümə: Arif Əliyev
***
Autizmə düçar olan adamlar yalan danışa bilmirlər! Yalan - məqsədin olmasını göstərir. Yalan - hansısa səbəbdən doğur: insan nəyisə gizlətməyə, ya qazanmağa can atır. Reymond kimi xəstələr, hətta onun qədər dahi autistlər isə belə şeyləri bacarmırlar. Onlar heç vaxt plan qurmurlar, məqsəd güdmürlər. Buna görə də yalan danışmırlar.
***
Əsas o idi ki... iki gənc ehtiraslarını söndürdükdən sonra da özlərini doğma və bir-birinə yaxın hiss edirdilər.
***
Gündüzlər Las-Veqas ənlik-kirşanını yumağa heyi olmadan yuxuya getmiş fahişəyə oxşayırdı.
***
Lotoreya - saçlarına xına yaxan, hər karta iki dollar qoymaqla uduş həsrətində gün keçirən xanımlar üçündür. Bu, əmziklə süd içməyə oxşayır. Çox xırda balıqdır.
***
Onun ürəyindən qara qanlar axırdı, özünü tənha hiss edirdi. İstəyirdi ki, kimsə halına acısın. İlk dəfə idi ki, kimdənsə şəfqət gözləyirdi. Çarlinin heç vaxt uzunmüddətli əlaqələri, başqa insanlara ciddi bağlılığı olmamışdı, ətrafdakılardan əşya kimi istifadə eləmişdi. Musiqini həmişə özü sifariş vermişdi, amma pulunu başqalarına ödətmişdi. Və indi həmin bu Çarli Bebbitt etiraf edirdi ki, onun kiməsə ehtiyacı var, kimisə sevməyi və kiminsə onu sevməsini arzulayır.
***
Həyat da qumar kimi bir şeydir: bütün oyunçular öz sözünü deməmiş kartlarını açmamalısan.
***
Xatirələr onu kövrəltmiş və müdafiəsiz qoymuşdu.
Mənbə: Kitabı karandaşla oxuyanlar
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
ŞvartsMan - Sukaşnik (hekayə)
ŞvartsMan - Başqasının dodaqları (hekayə)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr