Edebiyyat.az » Təqdimat » Filologiya elmləri doktoru, professor İsmayıl Kazımov - Fikrin, düşüncənin palitrası.

Filologiya elmləri doktoru, professor İsmayıl Kazımov - Fikrin, düşüncənin palitrası.

Filologiya elmləri doktoru, professor İsmayıl Kazımov - Fikrin, düşüncənin palitrası.
Təqdimat
admin
Müəllif:
11:36, 10 may 2021
1 880
0
Filologiya elmləri doktoru, professor İsmayıl Kazımov - Fikrin, düşüncənin palitrası.
  



 Yazar Azad Qaradərəlinin ,,Ucubuluq,, romanını birnəfəsə oxudum, ,,Kitabi-Dədə Qorqud,,u oxuduğum kimi. Roman əslində ,,Dədə Qorqud,,un 13- cü boyu kimidir yaxud dastanın dekonstruksiyasıdır.
Romanı sözün həqiqi mənasında tarixi-mədəni hadisı saymaq olar. Belə bir hadisə əsərin postmodern olduğunu göstərən keyfiyyətlərdəndir. Romandakı hadisə və əhvalatlar tarixi bədii istiqamətə uyğun, xronoloji cərcivədə inkişaf edir. Hadisələr yeni dövrdə böyüdülür, şişirdilir, duyğulandırılır. Postmodernizm təsəvvüründən gələn modernizm problemləri üzərində inkişaf edir, ona görə də buradakı paradiqma dərk edilir, Türk dünyasına xüsusi, əlahiddə baxış formalaşır.
Azad qədim dünyanı müasir dünya ilə əlaqələndirərək, dil mənzərəsini metaforik yolla modelləşdirir. Özü də bilmədən. Cünki yazar metaforlaşma prosesinin mahiyyətini dilçi qədər hiss etmir. O, dünyanın postmodern mənzərəsini tarixi kecmişə ekskursiya etməklə yaradır.Azadın postulatları bu baxımdan inandırıcı görünür. Metaforik obrazlar metaforik zonada insan konseptini funksionallaşdırır. İnsanın sosial və təbiətlə əlaqəsi, tarixə münasibəti inkişafda verilir. Bu konseptləri Azad birləşdirir (,,konseptual inteqrasiya,, nəzəriyyəsi)
Məlumdur k i, dil kodlaşdlrılmış sistemdir. Dil işarələr sistemidir. Azad romanında sanki Azərbacan dilini kodlaşdırır, köhnə ədəbi dilə qayıdır, bu üsluba yeni calarlar verməyə calışır.
Azadın romanının dili Azərbaycan dilinin tarixi inkişafının xarakterini müıyyən edə bilir. Dil Dədə Qorqud dövrünün dili ilə tarixi-tipoloji əlaqəni formalaşdırır.
Azadın mətnində fikrin, düşüncənin palitrasını bədii dilin estetik normaları yaradır.
Ədibin bu romanında tolerantlıq sosium (cəmiyyət) həyatının çox mühüm göstəriçisi kimi öz əksini tapa bilib. Tolerantlıq cətin və mürəkkəb şəraitdə yaranır və dilə tətbiq olunur.
Azadın bu romanında tolerantlıq elastikdir, dil normalarının elastikliyi kimi...
Beləliklə, Azad, heç şübhəsiz, müxtəlif türk tayfa dillərinin xüsusiyyətlərini, nitq vərdişlərini, nitq davranışlarını bu və ya digər dərəcədə, müəyyən tarixi qaydaya uyğun əks etdirmişdir. O, romanda dilimizin təşəkkül prosesinin, yazıyaqədərki dövrünün tarixi ,,məntiqi,,ni uğurla faktlaşdıra bilmişdir. Mətnin tarixi əlaqəliliyi prinsipi ilə oxucunu düçünməyə, kecmişi yada salmağa, əhvalatlarl ardıcıl izləməyı vadar edir...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)