Edebiyyat.az » Təqdimat » İlk dəfə Azərbaycan dilində.

İlk dəfə Azərbaycan dilində.

İlk dəfə Azərbaycan dilində.
Təqdimat
admin
Müəllif:
19:56, 29 iyul 2021
1 703
0
İlk dəfə Azərbaycan dilində.




Amerikalı yumarist, yazıçı, radio aparıcı Devid Sedaris 1956-cı ildə doğulub. Onu ilk dəfə Çikaqoda Ayra Qlass kəşf edib. O, klubda 1977-ci ildən bəri yazdığı gündəlikdən fraqmentlər oxuyurdu. Ayra onu öz radiosuna dəvət edir. Bununla da, Devidin radio aparıcısı kimi fəaliyyəti başlayır. 1994-cü ildə esse və hekayələrdən ibarət “Çəllək qızdırması” adlı ilk kitabı çap olunur. Sedaris yumorunun böyük hissəsi avtobioqrafikdir. Əsərlərində evin altı uşağından ikincisi olan Sedarisin böyüdüyü mühit, orta səviyyəli ailədə necə tərbiyə alması, bir LQBT üzvü kimi həyatı öz əksini tapır.


 “Yazıçılar arasında rok ulduz” adlandırılan Sedarisin 1997-ci ildə esselerdən ibarət daha bir kitabı (“Çılpaqlar”) çap olunur. Bu kitab 1998-ci ildə qeylər üçün yazılmış bədii-sənədli əsər olduğuna görə Rendi Şilts mükafatına layiq görülür. Müəllif 2001-ci ildə Tyolber mükafatı qazanır. The New Yorker isə onu “İlin ən yaxşı amerikan esse müəllifi” adlandırır. Yeni çapdan çıxacaq ədəbi-bədii “Biz” jurnalında Günel Rəcəbin tərcüməsində müəllifin “Ailənə məxmər və pambıq geyindir” romanından parçalar veriləcək. Kitab müəllifin 2004-cü ildən bəri yazdığı 22 avtobioqrafik essedən ibarətdir.   

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)